Magistr proqramı
Biznesin idarə edilməsiTəlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-11953
Sahibkarlıq, startap və innovasiyaların idarə edilməsi ruhunun formalaşdırılması ilə yanaşı, biznes modellərinin (Business Model Canvas, Lean Startup və s.) qurulması, investisiyaların cəlb edilməsi və biznes layihələrinin idarə olunması sahəsində işlərin təşkilini bacarmalıdır.
PLO 2PLO-61011
Biznes analitikası, süni intellekt (AI) və Big Data alətlərinin tətbiqi, əməliyyatlar və təchizat zəncirinin optimallaşdırılması, yaşıl biznes və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) standartları sahəsində dərin bazaya və peşəkar biliklərə sahib olmalıdır.
PLO 3PLO-47822
Müəssisənin daxili və xarici strateji inkişaf istiqamətlərinə dair mütəxəssis rəyi və konsultasiyası vermək, rəqəmsal transformasiya proseslərində təşkilati funksiyalara əlavə dəyər qatmaq və dəyişən qlobal bazar şəraitinə uyğunlaşma bacarığına sahib olmalıdır.
PLO 4PLO-71170
Agile idarəetmə metodologiyaları, beynəlxalq biznes strategiyaları və layihə menecmenti üzrə mürəkkəb konseptual anlayışlara yiyələnməli, qeyri-müəyyənlik şəraitində çevik qərarlar qəbul edə bilən idarəçinin şəxsi və işgüzar keyfiyyətlərini nümayiş etdirməlidir.
PLO 5PLO-14860
Biznesin idarə edilməsi, beynəlxalq ticarət əməliyyatları, müvafiq hüquqi-normativ çərçivələr və etik standartlar üzrə aidiyyəti qurumlarla qarşılıqlı əlaqələr qura bilmək, akademik və peşəkar hesabatların hazırlanması qaydalarından məlumatlı olmalıdır.
PLO 6PLO-21588
Biznes fəaliyyəti, bazar araşdırmaları və tədqiqat metodları üzrə məlumatların toplanması, keyfiyyət və kəmiyyət analizi vasitəsilə strateji proqnozların əsaslandırılması və işin nəticələrini müasir akademik və biznes standartları çərçivəsində təqdim etmə bacarığına sahib olmalıdır.