Magistr proqramı

Biznesin idarə edilməsiKaryera imkanları

Magistr7004002Sənaye İqtisadiyyatı və MenecmentBiznesin idarəedilməsi77 fənn

Məzun karyera imkanları

Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.

6 karyera istiqaməti
  • Biznes Analitikası, Süni İntellekt və Risklərin İdarə Edilməsi:

    Məlumatların vizuallaşdırılması, böyük verilənlər (Big Data), maşın öyrənməsi və süni intellekt (Sİ) modelləri sahəsində əldə olunan dərin biliklər sayəsində məzunlarımız müəssisələrin risklərini qiymətləndirir, strateji proqnozlaşdırma modelləri tətbiq edirlər. Bu kompetensiyalar onlara aparıcı şirkətlərdə Biznes Analitiki, Süni İntellekt üzrə Biznes Konsultantı, Dəyişikliklərin İdarə Edilməsi Mütəxəssisi və Risk Meneceri kimi aparıcı vəzifələri icra etmək imkanı verir.

  • Elektron Ticarət və Rəqəmsal Biznes Modelləri

    İstehlakçı davranışlarının analizi, elektron ticarət platformalarının idarə olunması, kibertəhlükəsizlik və rəqəmsal logistikanın optimallaşdırılması üzrə mənimsənilən biliklər məzunlarımızın müasir rəqəmsal bazarda effektiv satış və inkişaf strategiyaları hazırlamasını təmin edir. Bu istiqamət üzrə formalasan mütəxəssislər müəssisələrdə E-ticarət Analitiki, E-ticarət Konsultantı, Bazar Araşdırması Mütəxəssisi və Rəqəmsal Məhsul üzrə Layihə Meneceri qismində fəaliyyət göstərə bilərlər.

  • Dayanıqlı Biznes, ESG və Korporativ İdarəetmə:

    Dayanıqlı inkişaf konseptləri, yaşıl biznes imkanları, iqlim dəyişikliyinin biznesə təsiri və ESG (Ətraf mühit, Sosial və Korporativ İdarəetmə) standartlarına yiyələnən tələbələrimiz korporativ mühitdə ekoloji və sosial riskləri öncədən müəyyən edərək azaldırlar. Məzunlarımız ESG Mütəxəssisi/Analitiki, Dayanıqlılıq üzrə Konsultant, Yaşıl Maliyyə Mütəxəssisi və Uyğunluq (Compliance) və Hesabatlılıq Departamentinin Rəhbəri kimi rolu öz üzərilərinə götürə bilərlər.

  • Sahibkarlıq, İnnovasiyalar və Startapların İdarə Olunması:

    Lean Startup, Business Model Canvas və innovativ fikir və məhsulların kommersiyalaşdırılması üzrə biliklərə yiyələnən tələbələrimiz yeni biznes imkanlarını dəyərləndirir, investisiya cəlb etmə strategiyaları qururlar. Bu fəaliyyət istiqaməti üzrə yetişən kadrlar Startap Təsisçisi, İnnovasiya Konsultantı, Biznes İnkubator Direktoru və Texnologiyaların Transferi Mütəxəssisi kimi fəaliyyət göstərmək bacarıqlarına sahib olurlar.

  • Beynəlxalq Biznes Strategiyası və Təchizat Zənciri:

    Qlobal bazarlara çıxış strategiyaları, beynəlxalq ticarət hüququ, çarpaz-mədəniyyətlərarası danışıqlar və qlobal təchizat zəncirinin təhlili sahəsində ixtisaslaşan məzunlarımız xarici ticarət əməliyyatlarını səmərəli şəkildə idarə edirlər. Onlar beynəlxalq korporasiyalarda və dövlət qurumlarında Qlobal Biznes Konsultantı, İdxal-İxrac Əməliyyatları Meneceri, Qlobal Strategiya Analitiki və Bazarların Genişləndirilməsi Mütəxəssisi vəzifələrini tuta bilərlər.

  • Biznes Mühəndisliyi, Əməliyyatlar və İnteqrasiyalı Menecment

    Biznes proseslərinin yenidən layihələndirilməsi (reengineering), Agile idarəetmə texnologiyaları, Sənaye 4.0 və əməliyyat axınlarının optimallaşdırılması üzrə biliklərə yiyələnən məzunlarımız müəssisələrin daxili sistemlərini yenidən qururlar. Onlar iri şirkətlərdə Biznes Proseslərinin Modelləşdirilməsi Mütəxəssisi, Agile Metodologiyaları Konsultantı, Əməliyyat Səmərəliliyi üzrə Konsultant və Sənaye 4.0 Meneceri kimi strateji rollarda çıxış edəbilərlər.