Fənn · Biznesin idarə edilməsi
Bank və sığortada süni intellektin tətbiqi
Fənn haqqında
Kredit
6
İş yükü
178saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn tələbələrə bank və sığorta sektorunda süni intellekt (AI), maşın öyrənməsi (ML) və böyük data (Big Data) texnologiyalarının tətbiqi, eləcə də bu texnologiyaların maliyyə xidmətlərində yaraddığı rəqəmsal transformasiya sahəsində konseptual və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində kredit skorinq sistemləri, avtomatlaşdırılmış anderraytinq, risklərin qiymətləndirilməsi, dələduzluqla mübarizə (Fraud Detection) və anti-çirkli pulların yuyulması (AML) algoritmik modelləri tədris olunur. Tələbələr sığorta hadisələrinin avtomatik qiymətləndirilməsi və dəymiş ziyanın təyini, çatbotlar və virtual köməkçilər vasitəsilə müştəri xidmətlərinin avtomatlaşdırılması, personalizasiya olunmuş bank məhsullarının təklifi və algoritmik ticarət/investisiya modellərini mənimsəyəcəklər. Fənn tələbələrdə maliyyə institutlarında AI layihələrinin iqtisadi effektivliyini təhlil etmək, etik və tənzimləyici (RegTech) çərçivələri nəzərə alaraq rəqəmsal maliyyə həlləri hazırlamaq vərdişlərini formalaşdırır.
Fənn təlim nəticələri
CLO 1: Bank və sığorta sektorunda süni intellekt (AI), Maşın Öyrənməsi (ML) və təbii dilin emalı (NLP) texnologiyalarının tətbiq sahələrini və biznes modellərini təhlil edir.
CLO 2: Kredit riskinin qiymətləndirilməsi, skorinq sistemləri və sığorta underwriting prosesləri üçün alqoritmik modellər layihələndirir.
CLO 3: Maliyyə əməliyyatlarında fırıldaqçılığın aşkar edilməsi (fraud detection) və çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) üzrə anomaliya tespiti modellərini tətbiq edir.
CLO 4: Sığorta iddialarının avtomatlaşdırılmış emalı (claims processing) və bankçılıqda fərdiləşdirilmiş müştəri xidmətləri (çatbotlar, robo-məsləhətçilər) üçün AI həllərini qiymətləndirir.
CLO 5: Finansal AI algoritmalarında qərəzlilik (bias), şəffaflıq (Explainable AI - XAI), data məfiliyi və tənzimləyici tələblərə (RegTech) uyğunluğu təhlil edir.