Fənn · Biznesin idarə edilməsi

Bank və sığortada süni intellektin tətbiqiSillabus

MS-20136 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-2013
Kredit
6
Tələbənin iş yükü
178
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat fərdi iş

Fənn haqqında

Bu fənn tələbələrə bank və sığorta sektorunda süni intellekt (AI), maşın öyrənməsi (ML) və böyük data (Big Data) texnologiyalarının tətbiqi, eləcə də bu texnologiyaların maliyyə xidmətlərində yaraddığı rəqəmsal transformasiya sahəsində konseptual və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində kredit skorinq sistemləri, avtomatlaşdırılmış anderraytinq, risklərin qiymətləndirilməsi, dələduzluqla mübarizə (Fraud Detection) və anti-çirkli pulların yuyulması (AML) algoritmik modelləri tədris olunur. Tələbələr sığorta hadisələrinin avtomatik qiymətləndirilməsi və dəymiş ziyanın təyini, çatbotlar və virtual köməkçilər vasitəsilə müştəri xidmətlərinin avtomatlaşdırılması, personalizasiya olunmuş bank məhsullarının təklifi və algoritmik ticarət/investisiya modellərini mənimsəyəcəklər. Fənn tələbələrdə maliyyə institutlarında AI layihələrinin iqtisadi effektivliyini təhlil etmək, etik və tənzimləyici (RegTech) çərçivələri nəzərə alaraq rəqəmsal maliyyə həlləri hazırlamaq vərdişlərini formalaşdırır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Bank və sığorta sektorunda süni intellekt (AI), Maşın Öyrənməsi (ML) və təbii dilin emalı (NLP) texnologiyalarının tətbiq sahələrini və biznes modellərini təhlil edir.

  2. CLO 2: Kredit riskinin qiymətləndirilməsi, skorinq sistemləri və sığorta underwriting prosesləri üçün alqoritmik modellər layihələndirir.

  3. CLO 3: Maliyyə əməliyyatlarında fırıldaqçılığın aşkar edilməsi (fraud detection) və çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) üzrə anomaliya tespiti modellərini tətbiq edir.

  4. CLO 4: Sığorta iddialarının avtomatlaşdırılmış emalı (claims processing) və bankçılıqda fərdiləşdirilmiş müştəri xidmətləri (çatbotlar, robo-məsləhətçilər) üçün AI həllərini qiymətləndirir.

  5. CLO 5: Finansal AI algoritmalarında qərəzlilik (bias), şəffaflıq (Explainable AI - XAI), data məfiliyi və tənzimləyici tələblərə (RegTech) uyğunluğu təhlil edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5