Subject · Biznesin idarə edilməsi

Bank və sığortada süni intellektin tətbiqi

MS-20136 creditsAutumn semesterElective2026-2027

About this subject

Credits

6

Workload

178hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Bu fənn tələbələrə bank və sığorta sektorunda süni intellekt (ai), maşın öyrənməsi (ml) və böyük data (big data) texnologiyalarının tətbiqi, eləcə də bu texnologiyaların maliyyə xidmətlərində yaraddığı rəqəmsal transformasiya sahəsində konseptual və praktiki bilikləri aşılamaq üçün nəzərdə tutulmuşdur. kurs çərçivəsində kredit skorinq sistemləri, avtomatlaşdırılmış anderraytinq, risklərin qiymətləndirilməsi, dələduzluqla mübarizə (fraud detection) və anti-çirkli pulların yuyulması (aml) algoritmik modelləri tədris olunur. tələbələr sığorta hadisələrinin avtomatik qiymətləndirilməsi və dəymiş ziyanın təyini, çatbotlar və virtual köməkçilər vasitəsilə müştəri xidmətlərinin avtomatlaşdırılması, personalizasiya olunmuş bank məhsullarının təklifi və algoritmik ticarət/investisiya modellərini mənimsəyəcəklər. fənn tələbələrdə maliyyə institutlarında AI layihələrinin iqtisadi effektivliyini təhlil etmək, etik və tənzimləyici (regtech) çərçivələri nəzərə alaraq rəqəmsal maliyyə həlləri hazırlamaq vərdişlərini formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Bank və sığorta sektorunda süni intellekt (ai), maşın öyrənməsi (ml) və təbii dilin emalı (nlp) texnologiyalarının tətbiq sahələrini və biznes modellərini təhlil edir.

  2. CLO 2: Kredit riskinin qiymətləndirilməsi, skorinq sistemləri və sığorta underwriting prosesləri üçün alqoritmik modellər layihələndirir.

  3. CLO 3: Maliyyə əməliyyatlarında fırıldaqçılığın aşkar edilməsi (fraud detection) və çirkli pulların yuyulmasına qarşı mübarizə (aml) üzrə anomaliya tespiti modellərini tətbiq edir.

  4. CLO 4: Sığorta iddialarının avtomatlaşdırılmış emalı (claims processing) və bankçılıqda fərdiləşdirilmiş müştəri xidmətləri (çatbotlar, robo-məsləhətçilər) üçün AI həllərini qiymətləndirir.

  5. CLO 5: Finansal AI algoritmalarında qərəzlilik (bias), şəffaflıq (explainable AI - xai), data məfiliyi və tənzimləyici tələblərə (regtech) uyğunluğu təhlil edir.