Fənn · Biznesin idarə edilməsi

Praktikum: Maliyyə modelləşdirməsi və qərar dəstəyi

MM-21066 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Bu fənn tələbələrə biznes qərarlarının qəbulu, investisiya layihələrinin qiymətləndirilməsi və maliyyə proqnozlaşdırılması üçün dinamik maliyyə modellərinin sıfırdan qurulması bacarıqlarını praktiki olaraq aşılamaq üçün nəzərdə tutulmuşdur. Kurs çərçivəsində maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul Axınları) bir-biri ilə əlaqələndirilməsi, gələcək pul axınlarının diskontlaşdırılması (DCF), senari və həssaslıq analizlərinin (Scenario & Sensitivity Analysis) aparılması qaydaları tədris olunur. Tələbələr MS Excel və müasir analitik alətlərdən istifadə edərək biznesin dəyərləndirilməsi (Valuation), risk simulyasiyaları (Monte Karlo), kapital büdcələşdirilməsi (NPV, IRR, Payback) və strateji maliyyə qərarlarını dəstəkləyən interaktiv simulyasiya modellərini işləyib hazırlamağı mənimsəyəcəklər. Fənn real korporativ data və biznes keysləri əsasında rəhbərlik üçün əsaslandırılmış maliyyə qərarlarının verilməsini təmin edən praktiki vərdişləri formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: Maliyyə hesabatlarını (Mənfəət və zərər, Balans, Pul axınları) inteqrasiya olunmuş dinamik 3 hesabatlı maliyyə modelində (3-statement model) birləşdirir.

  2. CLO 2: İnvestisiya layihələrini və biznes qərarlarını qiymətləndirmək üçün pul axınlarının diskontlaşdırılması (DCF, NPV, IRR, Payback) modellərini qurur.

  3. CLO 3: Maliyyə göstəriciləri üzrə həssaslıq (Sensitivity Analysis) və ssenari analizləri vasitəsilə risklərin qərarqəbuletməyə təsirini ölçür.

  4. CLO 4: Şirkətin kapital strukturunu və kapitalın orta çəkili dəyərini (WACC) hesablayaraq optimal maliyyələşmə qərarlarını dəstəkləyir.

  5. CLO 5: Rəhbərlik üçün maliyyə simulyasiyaları və dashborad-lar hazırlayaraq strateji və əməliyyat qərarlarının maliyyə təsirlərini vizuallaşdırır.