Magistr proqramı

Beynəlxalq ticarət və logistikaSəriştələr

Magistr7004001Sənaye İqtisadiyyatı və MenecmentSənaye Mühəndisliyi və Davamlı İqtisadiyyat11 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

12 səriştə

Peşə səriştələri· 3

  • COMPETENCY-13411

    Beynəlxalq ticarət siyasəti ixtisaslaşması üzrə beynəlxalq ticarət mühitinin analizi əsasında rəy vermək; idxal və ixrac əməliyyatlarını idarə etmək; çoxmillətli komandalarda ticarət danışıqları aparmaq; valyuta dalğalanmaları və siyasi-iqtisadi qeyri-sabitliklə bağlı strategiya formalaşdırmaq; beynəlxalq bazarların təhlili əsasında yeni fəaliyyət istiqamətləri müəyyən etmək; beynəlxalq nəqliyyat və təchizat zənciri sistemlərini optimallaşdıra bilmək; çoxtərəfli və biliterial ticarət sazişlərindən irəli gələn məsələlərin icrasına nəzarət etmək;

  • COMPETENCY-14266

    Beynəlxalq logistika ixtisaslaşması üzrə beynəlxalq logistika ilə bağlı prosesləri optimallaşdıra bilmək və idarə etmək; müxtəlif nəqliyyat növləri üzrə əməliyyatların planlarını optimallaşdırmaq və ümumi prosesləri idarə etmək;  ən son texnologiyalardan (ERP, AI, BİG DATA) istifadə etməklə logistika proseslərini təkmilləşdirmək; beynəlxalq təchizat zəncirini və logistika əməliyyatlarını idarə etmək üçün ssenari planlaması və davamlılıq çərçivələrini tətbiq etmək; KPI və risklərin qiymətləndirilməsi modellərindən istifadə etməklə təchizatçı performansını qiymətləndirmək; beynəlxalq logistika prosesləri zamanı karbon izlərini azaltmaq üçün yaşıl logistika strategiyaları hazırlamaq;

  • COMPETENCY-71415

    Logistika əməliyyatlarının idarə edilməsi ixtisaslaşması üzrə multimodal daşımalar üçün səmərəli marşrut və daşıma üsullarını optimallaşdıra bilmək; avtomatlaşdırılmış anbar proseslərinə, inventar dəqiqliyinə və sifarişin yerinə yetirilməsinə nəzarət etmək; əməliyyatların sürətini və səmərəliliyini artırmaq üçün qərarlar qəbul etmək; INCOTERMS qaydalarına və gömrük proseslərinin aparılmasına nəzarət etmək; təchizat zənciri və logistika strategiyalarının tətbiqi zamanı davamlılığı və korporativ sosial məsuliyyəti inteqrə edə bilmək; logistik əməliyyatlar zamanı potensial riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək; çatdırılma müddətlərinə, daşınma qiymətlərinə və müştəri gözləntilərinə nəzarət etmək; prosesin vizuallığını artırmaq üçün müasir texnologiyalardan (Blokçeyn, IoT, Automation, Aİ) istifadəyə nəzarət etmək; müxtəlif funksiyalararası əməkdaşlığı təmin etmək və logistika proseslərinə rəhbərlik etmək;

İxtisas səriştələri· 9

  • COMPETENCY-11293

    1. Peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri müstəqil şəkildə həll edə bilmək;

  • COMPETENCY-97151

    2.Müvafiq fəaliyyət və metodları təklif etmək, planlaşdırmaq, onların cari və perspektiv nəticələrini təhlil etmək;

  • COMPETENCY-90407

    3.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin səbəblərini araşdırmaq, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək;

  • COMPETENCY-48810

    4.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilmək, həmçinin gözlənilən nəticələri müəyyənləşdirmək, dəyərləndirmək və qiymətləndirmək;

  • COMPETENCY-30270

    5.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz fəaliyyətini tənqidi şəkildə dəyərləndirmək;

  • COMPETENCY-49159

    6.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək, əsaslandırmaq, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak etmək;

  • COMPETENCY-92470

    7.müxtəlif üsullarla öz bilik və səriştələrini başqalarına ötürə bilmək;

  • COMPETENCY-42784

    8.istənilən şəraitdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlamaq;

  • COMPETENCY-42345

    9.davamlı öyrənmə və peşəkar inkişafla bağlı özünün və digərlərinin ehtiyaclarını qiymətləndirə bilmək, həmçinin müstəqil öyrənmə üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək.