Magistr proqramı
Beynəlxalq ticarət və logistikaTəlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-63804
Beynəlxalq ticarət siyasəti ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. Beynəlxalq ticarət mühitinə dair rəy verir 2. İdxal və ixrac əməliyyatlarını idarə edir 3. Müxtəlif komandalarda ticarət danışıqları aparır 4. Qeyri-sabit vəziyyətlərə uyğun strategiya formalaşdırır 5. Yeni iqtisadi fəaliyyət istiqamətləri müəyyənləşdirir 6. Nəqliyyat və təchizat zənciri sistemlərini optimallaşdıra bilir 7. Ticarət sazişlərindən irəli gələn məsələləri həll edir
PLO 2PLO-41488
Beynəlxalq logistika ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. Müxtəlif nəqliyyat növləri üzrə əməliyyatları idarə edir 2. Logistika proseslərində texnologiyaları tətbiq edir 3. Təchizat zənciri və logistika əməliyyatlarında ssenari planlamasını edir 4. Təchizatçı performansını qiymətləndirir 5. Karbon izlərini azaltmaq üçün yaşıl logistika strategiyalarını hazırlayır 6. Logistika əməliyyatlarının beynəlxalq hüquq əsasında həyata keçirilməsini təmin edir
PLO 3PLO-43324
Logistika əməliyyatlarının idarə edilməsi ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. Multimodal daşımaları optimallaşdıra bilir 2. Anbar proseslərinə, inventar dəqiqliyinə və sifarişlərin icrasına nəzarət edir 3. Əməliyyatların sürət və səmərəliliyinin artırılmasını təmin edir 4. Gömrük proseslərinin aparılmasına nəzarət edir 5. Davamlılığı və korporativ sosial məsuliyyəti inteqrasiya edir 6. Potensial riskləri qiymətləndirir və qabaqlayıcı tədbirlər görür 7. Çatdırılma müddətlərinə, daşınma qiymətlərinə və müştəri gözləntilərinə nəzarət edir 8. Proseslərin vizuallığının artırılmasını təmin edir 9. Müxtəlif logistika proseslərinə rəhbərlik edir