Master's programme
Beynəlxalq ticarət və logistikaCompetencies
Programme competencies
The professional and specialty competencies a graduate acquires.
Professional competencies· 3
COMPETENCY-13411
Beynəlxalq ticarət siyasəti ixtisaslaşması üzrə beynəlxalq ticarət mühitinin analizi əsasında rəy vermək; idxal və ixrac əməliyyatlarını idarə etmək; çoxmillətli komandalarda ticarət danışıqları aparmaq; valyuta dalğalanmaları və siyasi-iqtisadi qeyri-sabitliklə bağlı strategiya formalaşdırmaq; beynəlxalq bazarların təhlili əsasında yeni fəaliyyət istiqamətləri müəyyən etmək; beynəlxalq nəqliyyat və təchizat zənciri sistemlərini optimallaşdıra bilmək; çoxtərəfli və biliterial ticarət sazişlərindən irəli gələn məsələlərin icrasına nəzarət etmək;
COMPETENCY-14266
Beynəlxalq logistika ixtisaslaşması üzrə beynəlxalq logistika ilə bağlı prosesləri optimallaşdıra bilmək və idarə etmək; müxtəlif nəqliyyat növləri üzrə əməliyyatların planlarını optimallaşdırmaq və ümumi prosesləri idarə etmək; ən son texnologiyalardan (erp, ai, bi̇g data) istifadə etməklə logistika proseslərini təkmilləşdirmək; beynəlxalq təchizat zəncirini və logistika əməliyyatlarını idarə etmək üçün ssenari planlaması və davamlılıq çərçivələrini tətbiq etmək; KPI və risklərin qiymətləndirilməsi modellərindən istifadə etməklə təchizatçı performansını qiymətləndirmək; beynəlxalq logistika prosesləri zamanı karbon izlərini azaltmaq üçün yaşıl logistika strategiyaları hazırlamaq;
COMPETENCY-71415
Logistika əməliyyatlarının idarə edilməsi ixtisaslaşması üzrə multimodal daşımalar üçün səmərəli marşrut və daşıma üsullarını optimallaşdıra bilmək; avtomatlaşdırılmış anbar proseslərinə, inventar dəqiqliyinə və sifarişin yerinə yetirilməsinə nəzarət etmək; əməliyyatların sürətini və səmərəliliyini artırmaq üçün qərarlar qəbul etmək; INCOTERMS qaydalarına və gömrük proseslərinin aparılmasına nəzarət etmək; təchizat zənciri və logistika strategiyalarının tətbiqi zamanı davamlılığı və korporativ sosial məsuliyyəti inteqrə edə bilmək; logistik əməliyyatlar zamanı potensial riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək; çatdırılma müddətlərinə, daşınma qiymətlərinə və müştəri gözləntilərinə nəzarət etmək; prosesin vizuallığını artırmaq üçün müasir texnologiyalardan (blokçeyn, iot, automation, ai̇) istifadəyə nəzarət etmək; müxtəlif funksiyalararası əməkdaşlığı təmin etmək və logistika proseslərinə rəhbərlik etmək;
Specialty competencies· 9
COMPETENCY-11293
1. peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri müstəqil şəkildə həll edə bilmək;
COMPETENCY-97151
2.müvafiq fəaliyyət və metodları təklif etmək, planlaşdırmaq, onların cari və perspektiv nəticələrini təhlil etmək;
COMPETENCY-90407
3.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin səbəblərini araşdırmaq, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək;
COMPETENCY-48810
4.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilmək, həmçinin gözlənilən nəticələri müəyyənləşdirmək, dəyərləndirmək və qiymətləndirmək;
COMPETENCY-30270
5.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz fəaliyyətini tənqidi şəkildə dəyərləndirmək;
COMPETENCY-49159
6.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək, əsaslandırmaq, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak etmək;
COMPETENCY-92470
7.müxtəlif üsullarla öz bilik və səriştələrini başqalarına ötürə bilmək;
COMPETENCY-42784
8.istənilən şəraitdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlamaq;
COMPETENCY-42345
9.davamlı öyrənmə və peşəkar inkişafla bağlı özünün və digərlərinin ehtiyaclarını qiymətləndirə bilmək, həmçinin müstəqil öyrənmə üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək.