Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Antenalar və mikrodalğalı sistemlər

İFS-2283y7 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

60saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Antenalar və mikrodalğalı sistemlər” fənni antenaların quruluşu, iş prinsipi, əsas parametrləri və şüalanma xarakteristikaları, istiqamətlənmə diaqramı, polyarizasiya xüsusiyyətləri, antena növləri, eləcə də mikrodalğalı sistemlərin quruluşu, elementləri, iş prinsipləri və tətbiq sahələrini əhatə edir. Fənn tələbələrdə antena və mikrodalğalı sistemlərin analizi, layihələndirilməsi və istismarı üzrə nəzəri bilik və praktik bacarıqlar formalaşdırır.

Fənn təlim nəticələri

  1. CLO 1: 1. Antenaların quruluşunu, iş prinsipini, əsas növlərini və tətbiq sahələrini izah edir. 2. Antenaların əsas elektrik və radiasiya parametrlərini müəyyənləşdirir və qiymətləndirir. 3. Antenaların şüalanma diaqramını, istiqamətliliyini, güclənməsini və səmərəliliyini təhlil edir. 4. Antenaların iş rejiminə təsir edən tezlik, dalğa uzunluğu, impedans və qütbləşmə parametrlərini müəyyənləşdirir. 5. Müxtəlif rabitə sistemləri üçün antenaların seçilməsi və əsas parametrlərinin hesablanması üsullarını tətbiq edir. 6. Mikrodalğalı sistemlərin quruluşunu, iş prinsipini və əsas komponentlərini izah edir. 7. Mikrodalğalı xətlərdə və qurğularda siqnalların yayılmasını, itkiləri və əksolmaları təhlil edir. 8. Mikrodalğalı sistemlərdə istifadə olunan dalğaötürücülərin, rezonatorların, bölücülərin və digər qurğuların funksiyalarını müəyyənləşdirir. 9. Antena və mikrodalğalı sistemlərin əsas parametrlərini ölçmə və sınaq vasitələrindən istifadə etməklə qiymətləndirir. 10. Verilmiş rabitə tələblərinə uyğun antenna və mikrodalğalı sistemlərin seçilməsi, layihələndirilməsi və texniki qiymətləndirilməsini həyata keçirir.