Subject · Radio engineering and telecommunication engineering
Antenalar və mikrodalğalı sistemlər
About this subject
Credits
7
Workload
60hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“antenalar və mikrodalğalı sistemlər” fənni antenaların quruluşu, iş prinsipi, əsas parametrləri və şüalanma xarakteristikaları, istiqamətlənmə diaqramı, polyarizasiya xüsusiyyətləri, antena növləri, eləcə də mikrodalğalı sistemlərin quruluşu, elementləri, iş prinsipləri və tətbiq sahələrini əhatə edir. fənn tələbələrdə antena və mikrodalğalı sistemlərin analizi, layihələndirilməsi və istismarı üzrə nəzəri bilik və praktik bacarıqlar formalaşdırır.
Course learning outcomes
CLO 1: 1. antenaların quruluşunu, iş prinsipini, əsas növlərini və tətbiq sahələrini izah edir. 2. antenaların əsas elektrik və radiasiya parametrlərini müəyyənləşdirir və qiymətləndirir. 3. antenaların şüalanma diaqramını, istiqamətliliyini, güclənməsini və səmərəliliyini təhlil edir. 4. antenaların iş rejiminə təsir edən tezlik, dalğa uzunluğu, impedans və qütbləşmə parametrlərini müəyyənləşdirir. 5. müxtəlif rabitə sistemləri üçün antenaların seçilməsi və əsas parametrlərinin hesablanması üsullarını tətbiq edir. 6. mikrodalğalı sistemlərin quruluşunu, iş prinsipini və əsas komponentlərini izah edir. 7. mikrodalğalı xətlərdə və qurğularda siqnalların yayılmasını, itkiləri və əksolmaları təhlil edir. 8. mikrodalğalı sistemlərdə istifadə olunan dalğaötürücülərin, rezonatorların, bölücülərin və digər qurğuların funksiyalarını müəyyənləşdirir. 9. antena və mikrodalğalı sistemlərin əsas parametrlərini ölçmə və sınaq vasitələrindən istifadə etməklə qiymətləndirir. 10. verilmiş rabitə tələblərinə uyğun antenna və mikrodalğalı sistemlərin seçilməsi, layihələndirilməsi və texniki qiymətləndirilməsini həyata keçirir.