Subject · Radio engineering and telecommunication engineering

Antenalar və mikrodalğalı sistemlərTopics

İFS-2283y7 creditsAutumn semesterElective2025-2026

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

33 topics
  1. 1. Antenalara giriş və antenaların təyinatı.

    Lecture

    Antenaların mahiyyəti, təyinatı, əsas funksiyaları və radioelektron sistemlərdə rolu haqqında ümumi məlumat verilir.

  2. 2. Antenaların istiqamətlənmə xarakteristikaları.

    Lecture

    Antenaların istiqamətlənmə diaqramları, əsas və yan şüalar, istiqamətlənmə əmsalı və şüalanma xüsusiyyətləri öyrənilir.

  3. 3. Elektromaqnit dalğalarının yayılması və antenaların iş prinsipi.

    Lecture

    Elektromaqnit dalğalarının yaranması, yayılması, antenalarda elektromaqnit enerjisinin şüalandırılması və qəbul edilməsi prinsipləri öyrənilir.

  4. 4. Antenaların polarizasiyası.

    Lecture

    Elektromaqnit dalğalarının xətti, dairəvi və elliptik polarizasiyası, antenanın polarizasiya xüsusiyyətləri və polarizasiya uyğunluğu araşdırılır.

  5. 5. Antenaların əsas elektrik və radiotexniki parametrləri.

    Lecture

    Antenaların giriş müqaviməti, qazancı, effektivliyi, rezonans tezliyi, buraxma zolağı və digər əsas elektrik-radiotexniki parametrləri araşdırılır.

  6. 6. Antenaların qarşılıqlı təsiri və qarşılıqlılıq prinsipi.

    Lecture

    Antenaların bir-birinə təsiri, qarşılıqlılıq prinsipi, ötürücü və qəbuledici antenalar arasındakı əlaqə öyrənilir.

  7. 7. Sadə naqilli antenalar.

    Lecture

    Dipol, monopole və digər sadə naqilli antenaların quruluşu, iş prinsipi, şüalanma xüsusiyyətləri və tətbiq sahələri öyrənilir.

  8. 8. Antenalar massivləri (antenna arrays).

    Lecture

    Antena massivlərinin quruluşu, elementlərarası qarşılıqlı təsir, massiv faktoru, istiqamətlənmənin idarə edilməsi və tətbiq sahələri araşdırılır.

  9. 9. Çərçivə, ilmə və log-periodik antenalar.

    Lecture

    Çərçivə və ilmə antenaların, həmçinin log-periodik antenaların konstruktiv xüsusiyyətləri, elektrik parametrləri və tətbiq sahələri araşdırılır.

  10. 10. Apertur və buynuz antenalar.

    Lecture

    Apertur antenaların və buynuz antenaların quruluşu, elektromaqnit sahəsinin formalaşması, istiqamətlənmə xüsusiyyətləri və mikrodalğa diapazonunda tətbiqi öyrənilir.

  11. 11. Yagi–uda və digər istiqamətlənmiş antenalar.

    Lecture

    Yagi–uda antenasının quruluşu, aktiv və passiv elementləri, istiqamətlənmə xüsusiyyətləri və digər istiqamətlənmiş antenaların əsas növləri öyrənilir.

  12. 12. Parabolik reflektor antenalar.

    Lecture

    Parabolik reflektor antenaların konstruksiyası, reflektorun iş prinsipi, yüksək qazanc və istiqamətlənmə xüsusiyyətləri araşdırılır.

  13. 13. Mikrozolaqlı (microstrip) və yamaqlı antenalar.

    Lecture

    Mikrozolaqlı və yamaqlı antenaların quruluşu, qidalanma üsulları, iş prinsipi, əsas parametrləri və müasir simsiz rabitədə tətbiqləri öyrənilir.

  14. 14. Mikrodalğa ötürmə xətləri və koaksial kabellər. mikrodalğa passiv qurğuları.

    Lecture

    Mikrodalğa ötürmə xətlərinin əsas növləri, koaksial kabellərin quruluşu, xarakterik müqavimət, itkilər və siqnal ötürülməsi xüsusiyyətləri araşdırılır.

  15. 15. Fəlsəfədə varlıq və materiya problemi

    Lecture

    Mikrodalğa diapazonunun xüsusiyyətləri, əsas anlayışları, mikrodalğa sistemlərinin quruluşu və tətbiq sahələri haqqında məlumat verilir.

    Topic learning outcomes

    • .ftn3: fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
    • .ftn2: əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
    • .ftn5: fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
    • .ftn6: müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
    • .ftn7: öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
    • .ftn8: fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.
    • .ftn1: fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
    • .ftn4: müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
  16. 16. Mikrodalğa passiv qurğuları.

    Lecture

    Mikrodalğa sistemlərində istifadə olunan bölücülər, birləşdiricilər, istiqamətləndirici elementlər, attenuatorlar və digər passiv qurğuların iş prinsipi öyrənilir.

  17. 17. Dalğaötürücülər və elektromaqnit dalğalarının yayılması.

    Lecture

    Dalğaötürücülərin quruluşu, TE və TM modları, elektromaqnit dalğalarının dalğaötürücülərdə yayılması və əsas parametrləri öyrənilir.

  18. 18. Mikrodalğa rezonatorları və filtrləri.

    Lecture

    Mikrodalğa rezonatorlarının quruluşu və rezonans xüsusiyyətləri, həmçinin filtrasiya prinsipləri və mikrodalğa filtrlərinin əsas növləri araşdırılır.

  19. 19. Mikrodalğa gücləndiriciləri və generatorları.

    Lecture

    Mikrodalğa gücləndiricilərinin və generatorlarının iş prinsipləri, əsas parametrləri, tezlik xüsusiyyətləri və tətbiq sahələri öyrənilir.

  20. 20. Mobil rabitə, wi-fi, 5g və MIMO antena sistemləri.

    Lecture

    Mobil rabitə, wi-fi, 5g və MIMO sistemlərində istifadə olunan antenaların quruluşu, çoxantenalı texnologiyalar və şüanın idarə edilməsi prinsipləri öyrənilir.

  21. 21. Antenaların uyğunlaşdırılması və ölçülməsi.

    Lecture

    Antenaların ötürmə xətləri ilə uyğunlaşdırılması, vswr, geri qayıtma itkisi, impedans uyğunluğu və antena parametrlərinin ölçülməsi üsulları öyrənilir.

  22. 22. Müasir antena və mikrodalğa sistemlərinin layihələndirilməsi.

    Lecture

    Antena və mikrodalğa sistemlərinin layihələndirilməsinin əsas mərhələləri, texniki tələblərin müəyyənləşdirilməsi, parametrlərin hesablanması və sistemin optimallaşdırılması məsələləri araşdırılır.

  23. 23. Mikrodalğa və radar sistemlərində antenalar.

    Lecture

    Mikrodalğa və radar sistemlərində antenaların funksiyaları, hədəfin aşkar edilməsi, məsafə və istiqamətin müəyyənləşdirilməsi prinsipləri araşdırılır.

  24. 24. 1. antenalar. verici və qəbuledici antenaları

    Seminar

    Antenaların təyinatı, quruluşu, iş prinsipi və əsas elektrik-parametrləri öyrənilir. verici və qəbuledici antenaların funksional xüsusiyyətləri, elektromaqnit dalğalarının şüalandırılması və qəbulu prinsipləri, antenaların istiqamətlənmə diaqramı, qazancı, polarizasiyası, iş tezlik diapazonu və impedansı nəzərdən keçirilir. müxtəlif tip antenaların konstruktiv xüsusiyyətləri və telekommunikasiya sistemlərində tətbiq sahələri izah edilir.

  25. 25. Ötürücü fider xətləri və onların növləri.fider xəttinin iş rejimləri

    Seminar

    Ötürücü fider xətlərinin təyinatı, quruluşu, iş prinsipi və telekommunikasiya sistemlərində rolu öyrənilir. fider xətlərinin əsas növləri, o cümlədən koaksial, simmetrik və dalğaötürücü xətlər, onların konstruktiv və elektrik xüsusiyyətləri nəzərdən keçirilir. fider xəttində elektromaqnit dalğalarının yayılması, xarakterik impedans, dalğa uzunluğu, sönmə və əksolunma hadisələri izah edilir. fider xəttinin əsas iş rejimləri — uyğunlaşdırılmış, boş gediş və qısaqapanma rejimləri araşdırılır.

  26. 26.

  27. 27.

  28. 28.

  29. 29.

  30. 30.

  31. 31.

  32. 32.

  33. 33.