Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Antenalar və mikrodalğalı sistemlərCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 |
|---|---|---|---|---|---|
| CLO 1CLO-963041. Antenaların quruluşunu, iş prinsipini, əsas növlərini və tətbiq sahələrini izah edir. 2. Antenaların əsas elektrik və radiasiya parametrlərini müəyyənləşdirir və qiymətləndirir. 3. Antenaların şüalanma diaqramını, istiqamətliliyini, güclənməsini və səmərəliliyini təhlil edir. 4. Antenaların iş rejiminə təsir edən tezlik, dalğa uzunluğu, impedans və qütbləşmə parametrlərini müəyyənləşdirir. 5. Müxtəlif rabitə sistemləri üçün antenaların seçilməsi və əsas parametrlərinin hesablanması üsullarını tətbiq edir. 6. Mikrodalğalı sistemlərin quruluşunu, iş prinsipini və əsas komponentlərini izah edir. 7. Mikrodalğalı xətlərdə və qurğularda siqnalların yayılmasını, itkiləri və əksolmaları təhlil edir. 8. Mikrodalğalı sistemlərdə istifadə olunan dalğaötürücülərin, rezonatorların, bölücülərin və digər qurğuların funksiyalarını müəyyənləşdirir. 9. Antena və mikrodalğalı sistemlərin əsas parametrlərini ölçmə və sınaq vasitələrindən istifadə etməklə qiymətləndirir. 10. Verilmiş rabitə tələblərinə uyğun antenna və mikrodalğalı sistemlərin seçilməsi, layihələndirilməsi və texniki qiymətləndirilməsini həyata keçirir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğundur |
Proqram təlim məqsədləri
PLO 1
PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.
Bu fənndən töhfə yoxdur
PLO 2
PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.
Töhfə verən: CLO 1
PLO 3
PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.
Bu fənndən töhfə yoxdur
PLO 4
PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.
Töhfə verən: CLO 1
PLO 5
PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.
Töhfə verən: CLO 1