Fənn · Elektrik və elektronika mühəndisliyi
Elektrik dövrələri nəzəriyyəsi-2
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Payız
Akademik il
2025-2026
Fənnin təsviri
Fənn qeyri-sinusoidal cərəyan dövrələrini, xətti dövrələrdə keçid proseslərinin klassik və operator üsulları ilə hesablanmasını, dördqütblüləri, paylanmış parametrli dövrələri (uzun xətləri), qeyri-xətti elektrik və maqnit dövrələrini, elektromaqnit sahəsinin əsaslarını öyrədir.
Fənn təlim nəticələri
CLO 1: Üçfazalı elektrik dövrələrinin birfazalı dövrələrdən fərqini və üstünlüyünü, üçfazalı cərəyanın alınmasını, ulduz və üçbucaq birləşmələrini, iş rejimlərini, gücün hesablanması və ölçülməsini izah edir.
CLO 2: Periodik qeyri-sinusoidal cərəyan dövrələrini, qeyri-sinusoidal cərəyanın orta və təsiredici qiymətlərini, gücünü və xarakterizə edən əmsalları təhlil edir, Furye sırasını hesablamalarda tətbiq edir.
CLO 3: Elektrik dövrələrində keçid proseslərinin yaranma səbəblərini, kommutasiya qanunlarını izah edir və müxtəlif dövrələrdə keçid proseslərini hesablayır.
CLO 4: Dördqütblülərin və elektrik süzgəclərinin növlərini, tənliklərini, yüksüz işləmə, qısa qapanma və xarakteristik parametrlərini hesablayır, birləşmə növlərini seçir.
CLO 5: Paylanmış parametrli dövrələrin toplu parametrli dövrələrdən fərqini, uzun xəttin diferensial tənliklərini, sinusoidal iş rejimini izah edir, birinci və ikinci parametrlərini hesablayır.
CLO 6: Qeyri-xətti elektrik dövrə elementlərini, onların xarakteristikalarını izah edir və bu dövrələri hesablayır.






