Subject · Electrical and electronics engineering
Elektrik dövrələri nəzəriyyəsi-2
About the subject
Credits
7
Workload
210hours
Semester
Autumn
Academic year
2025-2026
Subject description
Fənn qeyri-sinusoidal cərəyan dövrələrini, xətti dövrələrdə keçid proseslərinin klassik və operator üsulları ilə hesablanmasını, dördqütblüləri, paylanmış parametrli dövrələri (uzun xətləri), qeyri-xətti elektrik və maqnit dövrələrini, elektromaqnit sahəsinin əsaslarını öyrədir.
Course learning outcomes
CLO 1: Üçfazalı elektrik dövrələrinin birfazalı dövrələrdən fərqini və üstünlüyünü, üçfazalı cərəyanın alınmasını, ulduz və üçbucaq birləşmələrini, iş rejimlərini, gücün hesablanması və ölçülməsini izah edir.
CLO 2: Periodik qeyri-sinusoidal cərəyan dövrələrini, qeyri-sinusoidal cərəyanın orta və təsiredici qiymətlərini, gücünü və xarakterizə edən əmsalları təhlil edir, furye sırasını hesablamalarda tətbiq edir.
CLO 3: Elektrik dövrələrində keçid proseslərinin yaranma səbəblərini, kommutasiya qanunlarını izah edir və müxtəlif dövrələrdə keçid proseslərini hesablayır.
CLO 4: Dördqütblülərin və elektrik süzgəclərinin növlərini, tənliklərini, yüksüz işləmə, qısa qapanma və xarakteristik parametrlərini hesablayır, birləşmə növlərini seçir.
CLO 5: Paylanmış parametrli dövrələrin toplu parametrli dövrələrdən fərqini, uzun xəttin diferensial tənliklərini, sinusoidal iş rejimini izah edir, birinci və ikinci parametrlərini hesablayır.
CLO 6: Qeyri-xətti elektrik dövrə elementlərini, onların xarakteristikalarını izah edir və bu dövrələri hesablayır.






