Bakalavr proqramı
Elektrik və elektronika mühəndisliyi
Proqram haqqında
Elektrik və elektronika mühəndisliyi" təhsil proqramı elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istifadəsi, həmçinin elektron sistemlərin layihələndirilməsi, istismarı və idarə olunması sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmişdir. Proqram tələbələrə riyazi və təbiət-elmi biliklərə əsaslanan mühəndislik hazırlığı verir, elektrik maşınları, enerji sistemləri, elektronika, avtomatika, mikroprosessor texnikası, idarəetmə sistemləri və müasir informasiya-kommunikasiya texnologiyaları üzrə nəzəri və praktiki bacarıqlar formalaşdırır. Təhsil müddətində tələbələr mühəndis problemlərinin təhlili, layihələndirmə, eksperimentlərin aparılması, nəticələrin qiymətləndirilməsi və innovativ texnologiyaların tətbiqi sahəsində peşə kompetensiyalarına yiyələnirlər. Proqramın məzunları sənaye müəssisələrində, energetika sektorunda, telekommunikasiya, avtomatlaşdırma və elektron avadanlıqların layihələndirilməsi, istismarı və texniki xidməti sahələrində fəaliyyət göstərə bilirlər.
Dərəcə tələbləri
Təhsil Proqramının məqsədləri aşağıdakılardır: İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastrukturu və kadr potensialını əhatə edən tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir; Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri barədə məlumatlandırmaq.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi