Bakalavr proqramı
Elektrik və elektronika mühəndisliyiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 3
COMPETENCY-69936
Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir: ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına; Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma bacarığına; milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına; iş yerində informasiya texnologiyalarından istifadə etmək bacarığına; komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq bacarığına; yeni şəraitə uyğunlaşmaq, təşəbbüslə irəli sürmək qabiliyyətinə və uğur qazanmaq bacarığına; məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək bacarığına; peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına. peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına; fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına; bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına; gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarına; sağlam həyat tərzini qoruyub saxlamağa, mədəniyyətlərarası dialoqa hazır olmağa, tənqid və özünütənqid vərdişlərinə yiyələnməyə, yeni ideyalar irəli sürməyə və əsaslandırmağa, problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarığına; bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazır olmaq bacarığına; mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində, təşkilatlarda, idarələrdə, müəssisələrdə, birliklərdə və s. yerlərdə işləyə bilmək bacarığına; mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilmək bacarığına; korporativ əməkdaşlıq qabiliyyətinə və digər sahələrin mütəxəssisləri ilə ünsiyyət qurmaq bacarığına. elektrik və elektronika sahəsində ölkədənkənar təşkilatlarla əlaqə qurmaq və yeni ideyalar irəli sürmək bacarığına; təşəbbüskarlıq, liderlik və təşkilatçılıq bacarığına. 2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir: riyazi qayda və qanunları tətbiq etməyi, mövcud olan üsullardan istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi, təbiət elmlərində, sadə sistem və proseslərdə riyazi modellərdən istifadə etməyi və/və ya xəta və qeyri-müəyyənlik mənbələrini nəzərə alaraq eksperimental məlumatları tənqidi düşüncə ilə təhlil etməyi, istifadə etməyi, şərh etməyi və təqdim etməyi, riyaziyyatın əsas tənliklərinin analitik və ədədi həllərini həyata keçirməyi bacarmalıdır; fiziki obyekt olan kainatın və onun təkamülü, fizika və eksperimental araşdırmaların metodları, təbiətdə fasiləsizlik və diskretlik, qanunauyğunluq, obyektlərin quruluşunun ardıcıllığı, təbiət sistemlərini obyektiv xarakterizə edən ehtimal nəzəriyyələri, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri, təbii hal və onun zamandan asılı olaraq dəyişilməsi, təbiətdə obyektlərin fərdi və birgə hərəkətləri haqqında biliyi mühəndislikdə nümayiş etdirməyi bacarmalıdır; əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, fiziki və kimyəvi xassələri və atom molekul nəzəriyyəsi haqqında biliklərdən, maddələrin təyini və kimyəvi müəyyənləşdirilməsi metodlarından istifadə etməyi bacarmalıdır.
COMPETENCY-47858
Fundamental və texniki biliklərdən istifadə etməklə problemin həllini əsaslandırmağı, qurğunun, avadanlığın və sistemin riyazi modelini qurmağı, onun adekvatlığını yoxlamağı, simulyasiyasını həyata keçirməyi bacarmalıdır; elementin, qurğunun, sistemin və prosesin işinin fiziki əsaslarını bilməli, onun izahatını verməyi bacarmalıdır; sahə üzrə texnoloji prosesdə nəzərdə tutulmuş kimyəvi reagentlərdən istifadə etməyi, onlarla təhlükəsiz davranmağı bacarmalıdır; müasir layihələndirmə və dizayn metodlarını (AutoCAD və s.) bilməli, elektrik, elektronika elementlərinin, qurğularının və sistemlərinin layihələndirilməsində kompüter layihələndirilməsindən istifadə etməyi bacarmalıdır; sahədə istifadə edilən maşın və mexanizmlərin mexanikasını, tərkibini və iş prinsipini bilməli, onların normal işini təmin etməyi bacarmalıdır; sahə qurğularının və avadanlıqlarının enerji təchizatı sistemlərini bilməli, normalara uyğunluğunu qiymətləndirməyi, onların elektrik təhlükəsizliyini (avtomatik mühafizə və torpaqlama) və normal işini təmin etməyi bacarmalıdır; elektrik və elektron qurğuların istismarında yerli və xarici elmi və texniki nailiyyətlərdən yararlanmağı, müasir kompüter və informasiya texnologiyalarından, sahə üzrə tələb olunan proqram təminatından istifadə etməyi bacarmalıdır; elektrik və elektron qurğuların, avadanlıqların və sistemlərin element bazasını öyrənməli, bu sahədə aparıcı olan müəssisələrin verilənlər bazasından yararlanmağı bacarmalıdır; elektronikanın müasir inkişaf tendensiyalarını öyrənməli, mikroelektronikanın və nanoelektronikanın yeni məhsullarını mənimsəməli və onları tətbiq etməyi bacarmalıdır.
COMPETENCY-59048
Elektronika qurğularının struktur, funksional, prinsipial və montaj sxemlərini oxumağı, sxemlərin təyinatını bilməli və onları işlətməyi bacarmalıdır; elektrik və elektron dövrələrində elektrik və qeyri-elektrik kəmiyyətlərinin ölçülməsini, ölçü nəticələrinin emal edilməsini həyata keçirməyi, ölçü nəticələrində xətanın qiymətləndirilməsini bacarmalıdır; elektrik siqnallarının əsas parametrlərini, siqnalların analoq və rəqəmli emalı metodlarını, analoq-rəqəm və rəqəm-analoq çeviricilərin mahiyyətini və texniki reallaşmasını bilməli, analoq və rəqəm qurğularının uzlaşdırılmasını bacarmalıdır; elektrik və elektron avadanlıqlarının diaqnostikasını aparmağı, yaranmış nasazlıqları aşkar etmək üçün müasir diaqnostika sistemlərindən (siqnatur analizator, test metodları, sınaq stendləri və s.) istifadə etməyi və nasazlıqları aradan qaldırmağı bacarmalıdır; analoq və rəqəmsal elementləri, mikrosxemləri və elektron qovşaqları sintez etməyi, proqramlaşdırılan inteqral mikrosxemləri (“daxilə tikilən”) layihələndirməyi və daha səmərəli sistemlər yaratmağı bacarmalıdır; elektrik və elektronika sistemlərində geniş tətbiq edilən proqramlaşdırılan məntiqi kontrollerləri (PLC), onların tətbiq xüsusiyyətlərini və texniki imkanlarını bilməli, onları proqramlaşdırmağı, uyğun sensorlar və aktuatorlarla birlikdə tətbiq etməyi bacarmalıdır.
İxtisas səriştələri· 1
COMPETENCY-35506
Elektrik və elektronika sistemlərində istifadə edilən əsas tənzimləmə qanunlarını və prinsiplərini bilməli, tipik dinamik manqalar əsasında avtomatik sistemi sintez etməyi, avtomatik tənzimləmə və idarəetmə sistemlərinin dayanıqlığını və keyfiyyət göstəricilərini təyin etməyi, onların yaxşılaşdırılmasını həyata keçirməyi bacarmalıdır; elektrik maşınları və intiqalının quruluşunu, iş prinsipini və idarə edilməsini bilməli, onları tətbiq etməyi bacarmalıdır; dünyanın elektrik və elektronika avadanlıqları və qurğuları istehsal edən qabaqcıl şirkətlərinin və müəssisələrinin verilənlər bazasından səmərəli istifadə etməyi bacarmalıdır; sahə müəssisələrində texnoloji prosesləri, avadanlığın, qurğunun, sistemin və istehsalatın təşkilinin iqtisadi əsaslarını bilməli, əsas kapital qoyuluşunu müəyyən etməyi, məhsulun maya dəyərinin hesablanmasını, onun keyfiyyətinin təmin edilməsi ilə maya dəyərinin azaldılmasının müasir metodlarını öyrənməli və müəssisənin əmək məhsuldarlığının yüksəldilməsini bacarmalıdır; ətraf mühitin və əməyin mühafizəsinin tənzimləyici tələblərini bilməli, həmin tələblərin iş yerində təmin edilməsini icra etməyi bacarmalıdır; Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) elektrik və elektronika sahəsində istifadə edilən normalarını bilməli, istehsal olunan məhsulun keyfiyyət təminatını və ətraf mühitin mühafizəsini tənzimləməyi bacarmalıdır.