Bakalavr proqramı
Elektrik və elektronika mühəndisliyiKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Təhsil Proqramının məzunları geniş profilə malikdirlər və onların peşə fəaliyyətinin əsas istiqamətləri sənaye və istehsalat sahələrini əhatə edir və mütəxəssislər daha çox fəhləçixarma, neft və qazın ilkin emalı, saxlanılması və nəqli, neft və qaz emalı, energetika, maşınqayırma, aviasiya, nəqliyyat, rabitə, hərbi, elmi-tədqiqat, konstruktor-layihə, diskret texnologiyalar, qida və kənd təsərrüfatı və s. sahələrin elektrik və elektronika texnologiyaları istifadə edilən müəssisələrində işlə təmin olunurlar. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz veb səhifəsində yerləşdirməlidir. Bakalavr proqramının məzunları təhsillərini müvafiq sahələr üzrə magistr proqramlarında davam etdirə bilərlər. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.