Fənn · Elektrik və elektronika mühəndisliyi

Elektrik dövrələri nəzəriyyəsi-2Sillabus

İF-2197y7 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2197y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 45 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 150 saat - sərbəst iş

Fənn haqqında

Fənn qeyri-sinusoidal cərəyan dövrələrini, xətti dövrələrdə keçid proseslərinin klassik və operator üsulları ilə hesablanmasını, dördqütblüləri, paylanmış parametrli dövrələri (uzun xətləri), qeyri-xətti elektrik və maqnit dövrələrini, elektromaqnit sahəsinin əsaslarını öyrədir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Üçfazalı elektrik dövrələrinin birfazalı dövrələrdən fərqini və üstünlüyünü, üçfazalı cərəyanın alınmasını, ulduz və üçbucaq birləşmələrini, iş rejimlərini, gücün hesablanması və ölçülməsini izah edir.

  2. CLO 2: Periodik qeyri-sinusoidal cərəyan dövrələrini, qeyri-sinusoidal cərəyanın orta və təsiredici qiymətlərini, gücünü və xarakterizə edən əmsalları təhlil edir, Furye sırasını hesablamalarda tətbiq edir.

  3. CLO 3: Elektrik dövrələrində keçid proseslərinin yaranma səbəblərini, kommutasiya qanunlarını izah edir və müxtəlif dövrələrdə keçid proseslərini hesablayır.

  4. CLO 4: Dördqütblülərin və elektrik süzgəclərinin növlərini, tənliklərini, yüksüz işləmə, qısa qapanma və xarakteristik parametrlərini hesablayır, birləşmə növlərini seçir.

  5. CLO 5: Paylanmış parametrli dövrələrin toplu parametrli dövrələrdən fərqini, uzun xəttin diferensial tənliklərini, sinusoidal iş rejimini izah edir, birinci və ikinci parametrlərini hesablayır.

  6. CLO 6: Qeyri-xətti elektrik dövrə elementlərini, onların xarakteristikalarını izah edir və bu dövrələri hesablayır.

Mövzu planı

  1. 1.
    Üçfazalı elektrik dövrələri. Üçfazalı cərəyanın alınması. Ulduz və üçbucaq birləşmələrMühazirə
  2. 2.
    Üçfazalı elektrik dövrənin simmetrik iş rejimiMühazirə
  3. 3.
    Üçfazalı elektrik dövrənin gücü. Üçfazalı dövrənin gücünün ölçülməsiMühazirə
  4. 4.
    Üçfazalı elektrik dövrənin qeyri-simmetrik iş rejimiMühazirə
  5. 5.
    Periodik qeyri-sinusoidal cərəyan dövrələri. Furye sırası və onun qeyri-sinusoidal cərəyan dövrələrinin həllinə tətbiqiMühazirə

    Furye sırasının triqonometrik şəkli. Simmetriya halları

  6. 6.
    Qeyri-sinusoidal cərəyanın orta və təsiredici qiymətləri, gücü və xarakterizə edən əmsallarMühazirə
  7. 7.
    Elektrik dövrələrində keçid prosesləri. Kommutasiya qanunları. Sərbəst və məcburi rejimlərMühazirə
  8. 8.
    Bir tərtibli dövrələrdə keçid prosesinin hesablanması. r, L dövrəsində keçid prosesiMühazirə

    Sabit mənbəyə qoşulması, qısa qapanması, sinusoidal mənbəyə qoşulması

  9. 9.
    r, C dövrəsində keçid prosesiMühazirə

    Sabit mənbəyə qoşulması, qısa qapanması, sinusoidal mənbəyə qoşulması

  10. 10.
    İki tərtibli dövrələrdə keçid prosesinin hesablanması. r, L, C dövrəsində keçid prosesiMühazirə

    Aperiodik, kritik və periodik proseslər

  11. 11.
    Budaqlanmış elektrik dövrələrində keçid proseslərinin hesablanmasıMühazirə
  12. 12.
    Dördqütblülər, təsnifatı, sistem tənlikləri. Yüksüz işləmə və qısa qapanma parametrləriMühazirə

    İxtiyari yükdə dördqütblünün giriş müqaviməti

  13. 13.
    Dördqütblülərin xarakteristik parametrləri. Ötürmə funksiyaları. Dördqütblülərin birləşmə sxemləriMühazirə
  14. 14.
    Elektrik süzgəcləri, növləri, təyinatı. “k” və “m” tipli süzgəclər, xarakteristikalarıMühazirə

    Reaktiv süzgəcin buraxma şərti

  15. 15.
    Paylanmış parametrli dövrələr. Bircins xəttin diferensial tənlikləriMühazirə
  16. 16.
    Uzun xəttin sinusoidal iş rejimiMühazirə
  17. 17.
    Xəttin əks olunma əmsalı. İnteqral sabitlərinin təyiniMühazirə
  18. 18.
    Uzun xəttin I və II parametrləriMühazirə
  19. 19.
    Təhrifsiz xətt. İtkisiz xətt. Xəttin giriş müqavimətiMühazirə
  20. 20.
    Qeyri-xətti elektrik dövrələriMühazirə
  21. 21.
    Qeyri-xətti elementlərin xarakteristikalarıMühazirə
  22. 22.
    Qeyri-xətti dövrələrin hesablanmasıMühazirə
  23. 23.
    Məsələ həlli: Üçfazalı elektrik dövrələrinin hesablanmasıMəşğələ

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6