Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Makroiqtisadiyyata giriş (makroiqtisadi problemlərin öyrənilmə metodologiyası).
MühazirəMakroiqtisadiyyatın tədqiqat predmeti. Əsas məktəblərin nümayəndələrinin makroiqtisadi proseslərə baxışları. Makroiqtisadi proseslərin tədqiqi metodologiyası. Makroiqtisadiyyatda istifadə olunan əsas anlayışlar.
2. Milli iqtisadiyyat və ictimai təkrar istehsal.
MühazirəMakroiqtisadiyyatın və milli iqtisadiyyatın dərkində ümumi və fərqli cəhətlər. İctimai təkrar istehsal bütövlükdə iqtisadiyyatın mövcudluğunun əsası kimi. İctimai istehsalın quruluşu. Geniş təkrar istehsalın növləri, meyarları və göstəriciləri. Təkrar istehsal sistemində iqtisadi məkan.
3. Əsas makroiqtisadi göstəricilər və onların ölçülməsi.
Mühazirəİctimai məhsul və onun quruluşu. Milli hesabdarlıq. Ümumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (ÜMM). Makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqə sistemi. Milli sərvət və onun istifadəsindən gələn gəlirin mənimsənilməsi. Makroiqtisadi göstəricilərin dəqiqliyi problemi. Xalis iqtisadi rifah.
4. Ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi.
MühazirəMakroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri. Milli iqtisadiyyatın səmərəliliyi haqqında ümumi təsəvvür. Maksimum iqtisadi səmərəlilik konsepsiyası.
5. Makroiqtisadi tarazlığın keynsçi modeli: istehlak, yığım və investisiyalar.
Mühazirəİstehlak və yığım. İstehlaka və yığıma orta və son hədd meyillilik. İnvestisiya xərcləri və investisiya tələbi. Makroiqtisadi tarazlığın sadə keynsçi modeli.
6. Makroiqtisadi tarazlığın pozulması və iqtisadi inkişaf tsiklləri nəzəriyyəsi.
MühazirəTsikllər və tsikliklik iqtisadi sistemin inkişaf forması kimi. İqtisadi tsikllərin növləri və böhranın əsas formaları. İqtisadi tsikllərin ən mühüm nəzəriyyələri. Tsiklikliyin səbəbləri və iqtisadi sistemlərin sabit qeyri-tarazlı vəziyyətini müəyyənləşdirən amillər. Antitsiklik tənzimləmə. Sabitləşdirici proqramlar.
7. İqtisadi qeyri-sabitlik və işsizlik.
MühazirəMəşğulluq nəzəriyyəsinin təkamüllü inkişafı. İşsizlik və onun növləri. İşsizliyin səbəbləri. İşsizliyin göstəriciləri və onun dinamikasını müəyyənləşdirən amillər. İqtisadi və sosial (qeyri-iqtisadi) xərclər. Ouken qanunu. Əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.
8. Makroiqtisadi qeyri-sabitlik və inflyasiya.
Mühazirəİnflyasiyanın mahiyyəti və növləri. İnflyasiyanın şərtləri və səbəbləri. İnflyasiyanın ölçülməsi mexanizmi və üsulları. Antiinflyasiya siyasəti.
9. Pul sistemi və pul bazarının nəzəri modeli.
MühazirəPul tədavülü və pul sistemi. Pul kütləsi və onun hesablanma göstəriciləri. Pul bazarı. Pul tələbi və təklifi. Pul siyasəti: məqsədləri və alətləri.
10. Kredit-bank sistemi.
MühazirəBazar iqtisadiyyatında kreditin funksiyaları və rolu. Bankların və bank kreditləşməsinin meydana gəlməsi. Kreditin formaları. Kredit sistemi və müasir şəraitdə onun inkişafı. Kommersiya bankları və bazar iqtisadiyyatında onların funksiyaları. Mərkəzi bank və bazar iqtisadiyyatında onun funksiyaları.
11. Maliyyə və vergiqoyma və dövlət xərclərinin iqtisadi nəzəriyyəsi.
MühazirəMaliyyənin mahiyyəti və müasir cəmiyyətdə rolu. Dövlət maliyyələrinin nəzəri konsepsiyaları və onların təkamülü. Dövlət büdcəsi: formalaşma və istifadə yolları. Vergiqoymanın və dövlət xərclərinin iqtisadi nəzəriyyəsi. Fiskal siyasət. Büdcə kəsiri və dövlət borcunun ümumi xarakteristikası.
12. İstehlakın modelləşdirilməsi. İnvestisiyaların nəzəri modelləri.
Mühazirəİstehlakın neoklassik konsepsiyası. Keynsçi istehlak konsepsiyası. Modilyaninin həyat tsikli nəzəriyyəsi. Monetarist konsepsiya (permanent gəlir nəzəriyyəsi). Əsas kapitala investisiyaların neoklassik nəzəriyyəsi. Tobin əmsalı və əsas kapitala investisiyalar. Keynsçi investisiya nəzəriyyəsi. Mənzil tikintisinə investisiyalar. Ehtiyata investisiyalar.
13. Büdcə-vergi siyasətinin iqtisadi proseslərə təsiri.
MühazirəBüdcə - vergi siyasəti, onun məqsəd və vəzifələri. Diskret və avtomatik büdcə - vergi siyasətinin aparılma mexanizmi. Büdcənin balanslaşdırılması metodları və iqtisadiyyatın inkişafında büdcə defısitinin rolu. Dövlət borcunun əsas modelləri və onun iqtisadiyyata təsiri. Büdcə - vergi siyasətinin səmərəliliyinin qiymətləndirilmələri.
14. Beynəlxalq valyuta münasibətləri və dünya valyuta sistemi.
MühazirəValyuta növləri və onların konversiya problemləri. Valyuta məzənnələri və dünya valyutalarının təsnifatı. Valyuta bazarında müvazinət və nominal valyuta məzənnəsini müəyyənləşdirən amillər. Valyuta bazarları. Valyuta bazarında sövdələşmələrin növləri. Rusiya valyuta bazarının xüsusiyyətləri. Tədiyyə balansı: əsas parametrlər, mənbələr və təsnifat meyarları.