Fənn · İqtisadiyyat

MakroiqtisadiyyatSillabus

IF-2604y10 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
IF-2604y
Kredit
10
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
45 saat mühazirə dərslərinə, 45 saat praktiki məşğələ
Auditoriyadan kənar saatlar
50 saat-MRTSİ, 160 saat-TSİ

Fənn haqqında

“Makroiqtisadiyyat” fənninin tədrisinə 90 saat həcmində auditoriya saatları nəzərdə tutulmuşdur. Onlardan 45 saat mühazirə dərslərinə, 45 saat praktiki məşğələ dərslərinə ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 210 saat təşkil edir. Bura Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi, mühazirələrə, seminarlara, laboratoriya dərslərinə, kollokviumlara hazırlıq daxildir. Tələbələrə 1-dən 5-ə qədər sərbəst tapşırıq verilir və ya 2-5 tələbəyə qrup şəklində 1 sərbəst tapşırıq verilir. Sərbəst işlərin hər biri 1-10 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Zəruri hallarda tələbələrə daha həcmli və elmi tutumlu 1 sərbəst tapşırıq verilə bilər. Bu zaman həmin sərbəst tapşırıq 10 ballıq şkalada qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə davamiyyəti 10, praktiki məşğələ və kollokviumlar 30, sərbəst tapşırıqlar 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 bal imtahanda müəyyən edilir. Tədris yükünün 1-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Təhsil proqramında fənn üçün 10 kredit nəzərdə tutulmuşdur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Makroiqtisadiyyata giriş (makroiqtisadi problemlərin öyrənilmə metodologiyası). Mühazirə

    Makroiqtisadiyyatın tədqiqat predmeti. Əsas məktəblərin nümayəndələrinin makroiqtisadi proseslərə baxışları. Makroiqtisadi proseslərin tədqiqi metodologiyası. Makroiqtisadiyyatda istifadə olunan əsas anlayışlar.

  2. 2.
    Milli iqtisadiyyat və ictimai təkrar istehsal.Mühazirə

    Makroiqtisadiyyatın və milli iqtisadiyyatın dərkində ümumi və fərqli cəhətlər. İctimai təkrar istehsal bütövlükdə iqtisadiyyatın mövcudluğunun əsası kimi. İctimai istehsalın quruluşu. Geniş təkrar istehsalın növləri, meyarları və göstəriciləri. Təkrar istehsal sistemində iqtisadi məkan.

  3. 3.
    Əsas makroiqtisadi göstəricilər və onların ölçülməsi. Mühazirə

    İctimai məhsul və onun quruluşu. Milli hesabdarlıq. Ümumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (ÜMM). Makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqə sistemi. Milli sərvət və onun istifadəsindən gələn gəlirin mənimsənilməsi. Makroiqtisadi göstəricilərin dəqiqliyi problemi. Xalis iqtisadi rifah.

  4. 4.
    Ümumi iqtisadi tarazlıq və makroiqtisadiyyatın səmərəliliyi. Mühazirə

    Makroiqtisadi (ümumi) tarazlığın mahiyyəti və ən mühüm nəzəriyyələri. Milli iqtisadiyyatın səmərəliliyi haqqında ümumi təsəvvür. Maksimum iqtisadi səmərəlilik konsepsiyası.

  5. 5.
    Makroiqtisadi tarazlığın keynsçi modeli: istehlak, yığım və investisiyalar. Mühazirə

    İstehlak və yığım. İstehlaka və yığıma orta və son hədd meyillilik. İnvestisiya xərcləri və investisiya tələbi. Makroiqtisadi tarazlığın sadə keynsçi modeli.

  6. 6.
    Makroiqtisadi tarazlığın pozulması və iqtisadi inkişaf tsiklləri nəzəriyyəsi. Mühazirə

    Tsikllər və tsikliklik iqtisadi sistemin inkişaf forması kimi. İqtisadi tsikllərin növləri və böhranın əsas formaları. İqtisadi tsikllərin ən mühüm nəzəriyyələri. Tsiklikliyin səbəbləri və iqtisadi sistemlərin sabit qeyri-tarazlı vəziyyətini müəyyənləşdirən amillər. Antitsiklik tənzimləmə. Sabitləşdirici proqramlar.

  7. 7.
    İqtisadi qeyri-sabitlik və işsizlik. Mühazirə

    Məşğulluq nəzəriyyəsinin təkamüllü inkişafı. İşsizlik və onun növləri. İşsizliyin səbəbləri. İşsizliyin göstəriciləri və onun dinamikasını müəyyənləşdirən amillər. İqtisadi və sosial (qeyri-iqtisadi) xərclər. Ouken qanunu. Əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.

  8. 8.
    Makroiqtisadi qeyri-sabitlik və inflyasiya. Mühazirə

    İnflyasiyanın mahiyyəti və növləri. İnflyasiyanın şərtləri və səbəbləri. İnflyasiyanın ölçülməsi mexanizmi və üsulları. Antiinflyasiya siyasəti.

  9. 9.
    Pul sistemi və pul bazarının nəzəri modeli. Mühazirə

    Pul tədavülü və pul sistemi. Pul kütləsi və onun hesablanma göstəriciləri. Pul bazarı. Pul tələbi və təklifi. Pul siyasəti: məqsədləri və alətləri.

  10. 10.
    Kredit-bank sistemi.Mühazirə

    Bazar iqtisadiyyatında kreditin funksiyaları və rolu. Bankların və bank kreditləşməsinin meydana gəlməsi. Kreditin formaları. Kredit sistemi və müasir şəraitdə onun inkişafı. Kommersiya bankları və bazar iqtisadiyyatında onların funksiyaları. Mərkəzi bank və bazar iqtisadiyyatında onun funksiyaları.

  11. 11.
    Maliyyə və vergiqoyma və dövlət xərclərinin iqtisadi nəzəriyyəsi. Mühazirə

    Maliyyənin mahiyyəti və müasir cəmiyyətdə rolu. Dövlət maliyyələrinin nəzəri konsepsiyaları və onların təkamülü. Dövlət büdcəsi: formalaşma və istifadə yolları. Vergiqoymanın və dövlət xərclərinin iqtisadi nəzəriyyəsi. Fiskal siyasət. Büdcə kəsiri və dövlət borcunun ümumi xarakteristikası.

  12. 12.
    İstehlakın modelləşdirilməsi. İnvestisiyaların nəzəri modelləri. Mühazirə

    İstehlakın neoklassik konsepsiyası. Keynsçi istehlak konsepsiyası. Modilyaninin həyat tsikli nəzəriyyəsi. Monetarist konsepsiya (permanent gəlir nəzəriyyəsi). Əsas kapitala investisiyaların neoklassik nəzəriyyəsi. Tobin əmsalı və əsas kapitala investisiyalar. Keynsçi investisiya nəzəriyyəsi. Mənzil tikintisinə investisiyalar. Ehtiyata investisiyalar.

  13. 13.
    Büdcə-vergi siyasətinin iqtisadi proseslərə təsiri. Mühazirə

    Büdcə - vergi siyasəti, onun məqsəd və vəzifələri. Diskret və avtomatik büdcə - vergi siyasətinin aparılma mexanizmi. Büdcənin balanslaşdırılması metodları və iqtisadiyyatın inkişafında büdcə defısitinin rolu. Dövlət borcunun əsas modelləri və onun iqtisadiyyata təsiri. Büdcə - vergi siyasətinin səmərəliliyinin qiymətləndirilmələri.

  14. 14.
    Beynəlxalq valyuta münasibətləri və dünya valyuta sistemi.Mühazirə

    Valyuta növləri və onların konversiya problemləri. Valyuta məzənnələri və dünya valyutalarının təsnifatı. Valyuta bazarında müvazinət və nominal valyuta məzənnəsini müəyyənləşdirən amillər. Valyuta bazarları. Valyuta bazarında sövdələşmələrin növləri. Rusiya valyuta bazarının xüsusiyyətləri. Tədiyyə balansı: əsas parametrlər, mənbələr və təsnifat meyarları.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5