Bakalavr proqramı

İqtisadiyyat

Bakalavr6004004 (050405)Sənaye İqtisadiyyatı və MenecmentRəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları39 fənn

Proqram haqqında

“İqtisadiyyat” fənninin tədrisində məqsəd qeyri-iqtisad fakultələrində təhsil alan tələbələrin iqtisadi biliklər əldə etmələrinə bazar iqtisadiyyatı sistemində tələb olunan davranış qaydalarına yiyələnmək və onlara uygun fəaliyyət göstərmələrinə lazımi istiqamət verməkdir. Eyni zamanda iqtisadi nəzəriyyənin əsas qanunlarını peşə fəaliyyətində tətbiq etmək; dünya və daxili iqtisadiyyatın inkişaf tarixini araşdırmaq; ölkəmizdə və dünyada baş verən iqtisadi prosesləri və hadisələri təhlil etmək; əqli inkişafnı, mədəni səviyyəsini, peşə səriştəsini yüksəltmək üçün iqtisadi reallığın idrak metodlarını və vasitələrini tətbiq etmək; peşə fəaliyyətinin sahəsini tənzimləyən qanunvericilik və normativ hüquqi aktlar sistemində hərəkət etmək; iqtisadi modellərdən istifadə edərək iqtisadi hadisələri təhlil etmək; bir işin (təşkilatın) xarici və daxili mühitini təhlil etmək üçün iqtisadi vasitələrdən istifadə etmək və s. bacarıqlara yiyələnməsinə kömək etməkdir.

Dərəcə tələbləri

1.2.1. İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübəkeçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir; 1.2.2. Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlandırmaq; 1.2.3. Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq. 1.2.4. İqtisadiyyat üzrə kadr hazırlığını həyata keçirmək; 1.2.5. Tələbələri İqtisadiyyat ixtisası üzrə nəzəri və praktiki bilik və anlayışlarla təmin etməklə İqtisadiyyat sahəsi üzrə problemlərin həllinə yaradıcı yanaşma bacarığını aşılamaq. 1.2.6. Tələbələri iqtisadiyyat sahəsində karyera qurmaları və gələcəkdə cəmiyyətdəki mövqeyinə hazırlamaq; 1.2.7. Komputer savadlılığını inkişaf etdirmək, ixtisas üzrə riyazi-iqtisadi təhlillər aparmaq və komandada işləmək bacarığlarını aşılamaq.

Proqramı araşdırın