Bakalavr proqramı
İqtisadiyyatKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Məzunların Karyera İmkanları
“050405-İqtisadiyyat” ixtisası üzrə məzun olan tələbələr əsasən dövlət qurumlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə iqtisadçı olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər, iqtisadi bloka daxil olan nazirlik və komitələrdə həmçinin maliyyə və biznes sahələrində mütəxəssis olaraq da çalışa bilərlər. Universitet Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz veb səhifəsində yerləşdirməlidir. “050405-İqtisadiyyat” ixtisası üzrə Təhsil Proqramının məzunları təhsillərini “İqtisadiyyat və idarəetmə” ixtisasları qruplarına daxil olan bütün Magistr proqramlarında davam etdirə bilərlər.