Fənn · İqtisadiyyat

Aqrar iqtisadiyyatSillabus

İFS-2617y6 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2617y
Kredit
6
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 30 saat məşğələ
Auditoriyadan kənar saatlar
a) 80 saat sərbəst iş, 40 saat hazərlıq

Fənn haqqında

Bu fənndə aqrar sahənin iqtisadiyyatının mahiyyəti, elmi-metodoloji məsələləri, qanunauyğunluqları, aqrar sahənin xalq təsərrüfatında rolu, yeni iqtisadi münasibətlərin formalaşdırıldığı və ərzaq təhlükəsizliyinin qloballaşdığı şəraitdə iqtisadi mexanizmlərin təkmilləşdirilməsi məsələləri tədqiq edilir. Sadə və aydın formada aqrar sahənin istehsal vasitələri ilə təmin edilməsi, xidmətlərin təşkili, aqrar istehsal, ətraf mühitin mühafizəsi və ekologiya məsələləri, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı, istehsalın intensivləşdirilməsi, sahələrin inkişafı, aqrar sahədə istehsalın səmərəliliyi, infrastruktur, aqrar sahədə idarəetmənin mahiyyəti, təşkili xüsusiyyətləri, idarəetmə metodları izah olunur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • case study
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    “Aqrar iqtisadiyyat” fənninin predmeti, məqsədi və elmi-metodoloji əsasları Mühazirə

    Kursun məzmunu və strukturu. Aqrar iqtisadiyyat elminin predmeti, məqsəd və vəzifələri, elmi əsasları, tədqiqat metodları. Aqrar iqtisadiyyatla bağlı tədris prosesində tez-tez rastlanacaq bir sıra iqtisadi anlayışların qısa izahı

  2. 2.
    Aqrar iqtisadiyyat milli iqtisadiyyatın əsas tərkib hissəsi kimi Mühazirə

    Kənd təsərrüfatının xüsusiyyətləri. Dünyada kənd təsərrüfatı. Aqrar sahənin ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti. Müasir şəraitdə aqrar iqtisadiyyatın qarşısında duran vəzifələr. Aqrar sahənin davamlı inkişafı

  3. 3.
    Aqrar iqtisadiyyatda idarəetmə sisteminin təkmilləşdirilməsi, aqrar islahatların həyata keçırilməsinin zəruriliyi və əsas istiqamətləri Mühazirə

    İdarəetmə anlayışı və onun iqtisadi mahiyyəti, idarəetmənin elmi əsasları və qanunauyğunluqları. Aqrar idarəetmənin xüsusiyyətləri, prinsipləri və funksiyaları, aqrar sahənin idarə edilməsində tətbiq edilən metodlar. Aqrar islahatların spesifik xüsusiyyətləri, xarakterinə görə islahatların təsnifləşdirilməsi, aqrar sahədə islahat apararkən əsas götürülməli strateji istiqamətlər, son illər ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatların təhlili.

  4. 4.
    Qlobal ərzaq problemi və müasır aqrar sıyasətın elmı-nəzərı əsasları Mühazirə

    Qlobal ərzaq probleminin mahiyyəti və onun təzahür formaları, problemin öyrənilməsinə nəzəri yanaşmalar, aqrar siyasətin ən başlıca hədəfləri, effektiv aqrar siyasət modelləri, Azərbaycanda və dünyanın aparıcı ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalçılarına və istehlakçılarına dəstək mexanizmləri, klassik kənd təsərrüfatı siyasəti alətləri, dövlətin aqrar siyasətinin başlıca istiqamətləri.

  5. 5.
    Ərzaq təhlükəsizliyinin təmin edilməsinin iqtisadi siyasət istıqamətləri Mühazirə

    Ərzaq təhlükəsizliyinin mahiyyəti və xarakterik xüsusiyyətləri, beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyası və onun əsas müddəaları. Ərzaq təhlükəsizliyi milli və iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi kimi. Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı, ərzaq təhlükəsizliyinin təmin edilməsini müəyyən edən göstəricilər sistemi, ərzaq təhlükəsizliyinə təsir edən daxili və xarici amillər. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlik tədbirlər sistemi, dövlətin ərzaq təhlükəsizliyinin sosial, iqtisadi aspektləri.

  6. 6.
    “Aqrar iqtisadiyyat” fənninin predmeti, məqsədi və elmi-metodoloji əsasları Mühazirə

    Kursun məzmunu və strukturu. Aqrar iqtisadiyyat elminin predmeti, məqsəd və vəzifələri, elmi əsasları, tədqiqat metodları. Aqrar iqtisadiyyatla bağlı tədris prosesində tez-tez rastlanacaq bir sıra iqtisadi anlayışların qısa izahı

  7. 7.

  8. 8.

  9. 9.

Ədəbiyyat

  1. İbrahimov İ.H. Aqrar sahənin iqtisadiyyatı. Bakı, 2016, 655 səh. http://lib.bbu.edu.az/files/book/1029.pdf 2. Quliyev E.A. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərslik, Bakı, 2015, “Kooperasiya” nəşriyyatı, 320s. http://anl.az/el/Kitab/2015/Azf-286586.pdf 3. R.R.Mustafayeva, A.N.Hətəmov, M.H.Həsənova, F.V.Süleymanov. Aqrar iqtisadiyyat. Ali məktəb tələbələri üçün dərslik. – Bakı: Mütərcim, 2022. – 304 səh. https://www.researchgate.net/publication/374925220_Aqrar_iqtisadiyyat 4. Qarayev. İ.Ş. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi. Dərslik. Bakı: “İqtisad Universiteti” Nəşryyatı, 2011. 522 səh. http://lib.bbu.edu.az/files/book/286.pdf 5. Alıyev İ.H. Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi, Bakı, “Elm”, 2003, 315s. 6. Alıyev İ.H. – Aqrar sahənin inkişafının əsas maliyyə mənbələri. Bakı – 2007 7. A.A Rüstəmov, D.Q Qasımov. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi. Bakı 2013, 406s. 8. S.V.Salahov. Aqrar sahənin dövlət tənzimlənməsi problemləri. Bakı, 2004. 9. Радостева Э.М., Порвадов М.Г. Основы аграрной политики. Пермская ГСХА, 2015. 94с.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5