Fənn · İqtisadiyyat

Aqrar iqtisadiyyat

İFS-2617y6 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənndə aqrar sahənin iqtisadiyyatının mahiyyəti, elmi-metodoloji məsələləri, qanunauyğunluqları, aqrar sahənin xalq təsərrüfatında rolu, yeni iqtisadi münasibətlərin formalaşdırıldığı və ərzaq təhlükəsizliyinin qloballaşdığı şəraitdə iqtisadi mexanizmlərin təkmilləşdirilməsi məsələləri tədqiq edilir. Sadə və aydın formada aqrar sahənin istehsal vasitələri ilə təmin edilməsi, xidmətlərin təşkili, aqrar istehsal, ətraf mühitin mühafizəsi və ekologiya məsələləri, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı, istehsalın intensivləşdirilməsi, sahələrin inkişafı, aqrar sahədə istehsalın səmərəliliyi, infrastruktur, aqrar sahədə idarəetmənin mahiyyəti, təşkili xüsusiyyətləri, idarəetmə metodları izah olunur.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.