Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

SDN Texnologiyaları vəProqramlaşdırılan ŞəbəkələrSillabus

MS-12155 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1215
Kredit
5
Tələbənin iş yükü
0
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15saat- seminar
Auditoriyadan kənar saatlar
a)105 saat – sərbəst iş

Fənn haqqında

“SDN Texnologiyaları və Proqramlaşdırılan Şəbəkələr” fənni müasir şəbəkə infrastrukturunun proqram təminatı vasitəsilə idarə edilməsi, avtomatlaşdırılması və optimallaşdırılması prinsiplərini öyrədir. Fənn çərçivəsində Software-Defined Networking (SDN) arxitekturasının əsasları, idarəetmə və məlumat müstəvilərinin ayrılması, SDN kontrollerləri, şəbəkə proqramlaşdırılması və şəbəkə resurslarının mərkəzləşdirilmiş idarə olunması məsələləri araşdırılır.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • seminar
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    SDN texnologiyalarına giriş və proqramlaşdırılan şəbəkələrin yaranmasıMəşğələ

    Proqramla müəyyənləşdirilən şəbəkələrin (SDN) mahiyyəti, yaranma səbəbləri, inkişaf mərhələləri, əsas prinsipləri və proqramlaşdırılan şəbəkələrin xüsusiyyətləri öyrənilir.

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  2. 2.
    SDN kontrollerləri və onların iş prinsipi

    SDN kontrollerlərinin funksiyaları, şəbəkənin mərkəzləşdirilmiş idarə edilməsi, kontroller–şəbəkə qurğusu qarşılıqlı əlaqəsi və kontrollerlərin əsas xüsusiyyətləri araşdırılır.

  3. 3.
    Ənənəvi şəbəkələr və SDN arxitekturasının müqayisəsiMühazirə

    Ənənəvi şəbəkələrdə idarəetmə və məlumat müstəvilərinin xüsusiyyətləri, SDN yanaşması ilə fərqləri, üstünlükləri və məhdudiyyətləri araşdırılır.

  4. 4.
    OpenFlow protokolu və flow table mexanizmi

    OpenFlow protokolunun əsas prinsipləri, SDN kontrolleri ilə şəbəkə avadanlığı arasında əlaqə və flow table mexanizminin quruluşu öyrənilir.

  5. 5.
    SDN arxitekturası: Application, Control və Data PlaneMühazirə

    SDN arxitekturasının Application Plane, Control Plane və Data Plane səviyyələri, onların funksiyaları və qarşılıqlı əlaqəsi öyrənilir.

  6. 6.
    OpenFlow mesajları və şəbəkə trafikinin idarə olunmasıMühazirə

    OpenFlow mesajlarının əsas növləri, idarəetmə və məlumat müstəviləri arasında məlumat mübadiləsi, axınların yaradılması və trafik idarəetmə mexanizmləri araşdırılır.

  7. 7.
    SDN proqramlaşdırılması: API, REST API və PythonMühazirə

    SDN proqramlaşdırılmasının əsasları, API və REST API interfeysləri, Python proqramlaşdırma dili ilə şəbəkə resurslarının idarə edilməsi və avtomatlaşdırılması öyrənilir.

  8. 8.
    Network Functions Virtualization (NFV) və SDN ilə inteqrasiyaMühazirə

    Şəbəkə funksiyalarının virtuallaşdırılması (NFV), virtual şəbəkə funksiyaları, NFV arxitekturası və NFV ilə SDN-in qarşılıqlı inteqrasiyası öyrənilir.

  9. 9.
    Mininet və Open vSwitch ilə SDN şəbəkələrinin modelləşdirilməsiMühazirə

    Mininet platformasının imkanları, Open vSwitch virtual kommutatorları, virtual topologiyaların yaradılması və SDN ssenarilərinin modelləşdirilməsi öyrənilir.

  10. 10.
    SDN, şəbəkə virtuallaşdırılması və bulud texnologiyalarıMühazirə

    SDN-in şəbəkə virtuallaşdırılması, virtual şəbəkələrin yaradılması və bulud infrastrukturlarında proqramlaşdırılan şəbəkə idarəetməsi ilə əlaqəsi araşdırılır.

  11. 11.
    SDN şəbəkələrində marşrutlaşdırma və trafik mühəndisliyiMühazirə

    SDN mühitində marşrutlaşdırma alqoritmləri, dinamik marşrut seçimi, yük balanslaşdırılması və trafik mühəndisliyi üsulları araşdırılır.

  12. 12.
    SD-WAN və proqramlaşdırılan korporativ şəbəkələrMühazirə

    SD-WAN texnologiyasının prinsipləri, proqramlaşdırılan korporativ şəbəkələrin quruluşu, mərkəzləşdirilmiş idarəetmə və WAN trafikinin optimallaşdırılması öyrənilir.

  13. 13.
    SDN texnologiyalarının 5G və IoT şəbəkələrində tətbiqiMühazirə

    SDN-in 5G və IoT infrastrukturlarında tətbiqi, şəbəkə resurslarının çevik idarə edilməsi, şəbəkə dilimlənməsi və IoT trafikinin optimallaşdırılması məsələləri araşdırılır.

  14. 14.
    SDN əsaslı şəbəkənin layihələndirilməsi və yekun layihəMühazirə

    SDN şəbəkəsinin layihələndirilməsinin əsas mərhələləri, tələblərin müəyyənləşdirilməsi, topologiyanın qurulması, kontroller və virtual kommutatorların konfiqurasiyası, trafik idarəetməsi və yekun layihənin hazırlanması həyata keçirilir.

  15. 15.
    SDN təhlükəsizliyi və intellektual şəbəkə idarəetməsiMühazirə

    SDN mühitində təhlükəsizlik təhdidləri, kontrollerin qorunması, girişə nəzarət, trafik monitorinqi və intellektual idarəetmə mexanizmləri öyrənilir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5