Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

SDN Texnologiyaları vəProqramlaşdırılan ŞəbəkələrMövzu planı

MS-12155 kreditPayız semestriSeçmə2026-2027

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. SDN texnologiyalarına giriş və proqramlaşdırılan şəbəkələrin yaranması

    Məşğələ

    Proqramla müəyyənləşdirilən şəbəkələrin (SDN) mahiyyəti, yaranma səbəbləri, inkişaf mərhələləri, əsas prinsipləri və proqramlaşdırılan şəbəkələrin xüsusiyyətləri öyrənilir.

    Mövzu təlim nəticələri

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  2. 2. SDN kontrollerləri və onların iş prinsipi

    SDN kontrollerlərinin funksiyaları, şəbəkənin mərkəzləşdirilmiş idarə edilməsi, kontroller–şəbəkə qurğusu qarşılıqlı əlaqəsi və kontrollerlərin əsas xüsusiyyətləri araşdırılır.

  3. 3. Ənənəvi şəbəkələr və SDN arxitekturasının müqayisəsi

    Mühazirə

    Ənənəvi şəbəkələrdə idarəetmə və məlumat müstəvilərinin xüsusiyyətləri, SDN yanaşması ilə fərqləri, üstünlükləri və məhdudiyyətləri araşdırılır.

  4. 4. OpenFlow protokolu və flow table mexanizmi

    OpenFlow protokolunun əsas prinsipləri, SDN kontrolleri ilə şəbəkə avadanlığı arasında əlaqə və flow table mexanizminin quruluşu öyrənilir.

  5. 5. SDN arxitekturası: Application, Control və Data Plane

    Mühazirə

    SDN arxitekturasının Application Plane, Control Plane və Data Plane səviyyələri, onların funksiyaları və qarşılıqlı əlaqəsi öyrənilir.

  6. 6. OpenFlow mesajları və şəbəkə trafikinin idarə olunması

    Mühazirə

    OpenFlow mesajlarının əsas növləri, idarəetmə və məlumat müstəviləri arasında məlumat mübadiləsi, axınların yaradılması və trafik idarəetmə mexanizmləri araşdırılır.

  7. 7. SDN proqramlaşdırılması: API, REST API və Python

    Mühazirə

    SDN proqramlaşdırılmasının əsasları, API və REST API interfeysləri, Python proqramlaşdırma dili ilə şəbəkə resurslarının idarə edilməsi və avtomatlaşdırılması öyrənilir.

  8. 8. Network Functions Virtualization (NFV) və SDN ilə inteqrasiya

    Mühazirə

    Şəbəkə funksiyalarının virtuallaşdırılması (NFV), virtual şəbəkə funksiyaları, NFV arxitekturası və NFV ilə SDN-in qarşılıqlı inteqrasiyası öyrənilir.

  9. 9. Mininet və Open vSwitch ilə SDN şəbəkələrinin modelləşdirilməsi

    Mühazirə

    Mininet platformasının imkanları, Open vSwitch virtual kommutatorları, virtual topologiyaların yaradılması və SDN ssenarilərinin modelləşdirilməsi öyrənilir.

  10. 10. SDN, şəbəkə virtuallaşdırılması və bulud texnologiyaları

    Mühazirə

    SDN-in şəbəkə virtuallaşdırılması, virtual şəbəkələrin yaradılması və bulud infrastrukturlarında proqramlaşdırılan şəbəkə idarəetməsi ilə əlaqəsi araşdırılır.

  11. 11. SDN şəbəkələrində marşrutlaşdırma və trafik mühəndisliyi

    Mühazirə

    SDN mühitində marşrutlaşdırma alqoritmləri, dinamik marşrut seçimi, yük balanslaşdırılması və trafik mühəndisliyi üsulları araşdırılır.

  12. 12. SD-WAN və proqramlaşdırılan korporativ şəbəkələr

    Mühazirə

    SD-WAN texnologiyasının prinsipləri, proqramlaşdırılan korporativ şəbəkələrin quruluşu, mərkəzləşdirilmiş idarəetmə və WAN trafikinin optimallaşdırılması öyrənilir.

  13. 13. SDN texnologiyalarının 5G və IoT şəbəkələrində tətbiqi

    Mühazirə

    SDN-in 5G və IoT infrastrukturlarında tətbiqi, şəbəkə resurslarının çevik idarə edilməsi, şəbəkə dilimlənməsi və IoT trafikinin optimallaşdırılması məsələləri araşdırılır.

  14. 14. SDN əsaslı şəbəkənin layihələndirilməsi və yekun layihə

    Mühazirə

    SDN şəbəkəsinin layihələndirilməsinin əsas mərhələləri, tələblərin müəyyənləşdirilməsi, topologiyanın qurulması, kontroller və virtual kommutatorların konfiqurasiyası, trafik idarəetməsi və yekun layihənin hazırlanması həyata keçirilir.

  15. 15. SDN təhlükəsizliyi və intellektual şəbəkə idarəetməsi

    Mühazirə

    SDN mühitində təhlükəsizlik təhdidləri, kontrollerin qorunması, girişə nəzarət, trafik monitorinqi və intellektual idarəetmə mexanizmləri öyrənilir.