Magistr proqramı
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Proqram haqqında
"Elektronika, Telekommunikasiya və Radiotexnika mühəndisliyi" magistratura təhsil proqramı elektronika, radiotexnika və telekommunikasiya sistemlərinin layihələndirilməsi, təhlili, optimallaşdırılması, istismarı və elmi tədqiqi sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmişdir. Proqram magistrantlara müasir elektron sistemlər, simsiz və optik rabitə texnologiyaları, siqnalların rəqəmsal emalı, mikroprosessor və intellektual sistemlər üzrə dərin nəzəri biliklər, tədqiqat bacarıqları və peşə səriştələri qazandırır. Təhsil proqramı müasir elmi-texnoloji inkişaf meyilləri, əmək bazarının tələbləri və beynəlxalq mühəndislik təhsili standartları əsasında hazırlanmışdır. Proqramı uğurla başa vuran məzunlar elektronika, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində elmi-tədqiqat, layihələndirmə və idarəetmə fəaliyyəti ilə məşğul olmaq, həmçinin doktorantura təhsilini davam etdirmək imkanına malik olurlar.
Dərəcə tələbləri
Magistratura təhsil proqramının həyata keçirilməsi üçün müasir maddi-texniki baza, ixtisaslaşmış laboratoriyalar, elmi-tədqiqat infrastrukturu və yüksək ixtisaslı elmi-pedaqoji heyət təmin edilməlidir. Tədris prosesi Azərbaycan Respublikasının ali təhsil üzrə normativ-hüquqi aktlarına, magistratura təhsilinin tələblərinə və daxili keyfiyyət təminatı mexanizmlərinə uyğun təşkil olunmalıdır. Proqram üzrə nəzərdə tutulan təlim nəticələrinin əldə edilməsi məqsədilə müasir tədris, tədqiqat və qiymətləndirmə metodlarından istifadə edilməli, magistrantların elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətində, eləcə də sənaye müəssisələri və işəgötürənlərlə əməkdaşlıq çərçivəsində iştirakına şərait yaradılmalıdır. Proqramın icrası zamanı tədrisin keyfiyyəti mütəmadi monitorinq edilməli, qiymətləndirilməli və əldə olunan nəticələr əsasında davamlı təkmilləşdirilməlidir.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi