Magistr proqramı

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyiSəriştələr

Magistr060627İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiRadiotexnika və Telekommunikasiya35 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

22 səriştə

Peşə səriştələri· 12

  • COMPETENCY-41771

    PK 1. Telekommunikasiya sistemlərinin, rabitə şəbəkələrinin və kommunikasiya avadanlıqlarının quruluşunu, iş prinsiplərini və texniki xüsusiyyətlərini təhlil etmək, onların layihələndirilməsi və istismarı üzrə mühəndislik həlləri hazırlamaq.

  • COMPETENCY-44037

    PK 2. Telekommunikasiya şəbəkələrinin arxitekturasını, topologiyasını, rabitə qovşaqlarını, kommutasiya və marşrutlaşdırma sistemlərini layihələndirmək, konfiqurasiya etmək və optimallaşdırmaq.

  • COMPETENCY-26150

    PK 3. Rəqəmsal və statistik siqnal emalı, modulyasiya, kodlaşdırma və spektral analiz metodlarından istifadə etməklə rabitə sistemlərində siqnalların ötürülməsini və emalını həyata keçirmək.

  • COMPETENCY-21097

    PK 4. Optik lif, optik ötürmə şəbəkələri, optik gücləndiricilər, WDM/DWDM və OTN texnologiyalarını tətbiq etməklə yüksək sürətli optik rabitə sistemlərini layihələndirmək və texniki göstəricilərini qiymətləndirmək.

  • COMPETENCY-93936

    PK 5. Mobil, simsiz, peyk və kosmik rabitə sistemlərinin, o cümlədən FSO texnologiyalarının tətbiqi, layihələndirilməsi və texniki istismarı üzrə mühəndislik bacarıqlarını nümayiş etdirmək.

  • COMPETENCY-84081

    PK 6. Antena, radar və radioelektron sistemlərin texniki parametrlərini təhlil etmək, elektromaqnit uyğunluğu və tezlik spektrinin idarə edilməsi prinsiplərini tətbiq etmək.

  • COMPETENCY-34698

    PK 7. Bulud hesablama, paylanmış sistemlər, Big Data və Data Analitikası texnologiyalarından istifadə etməklə telekommunikasiya şəbəkələrinin məlumatlarını emal etmək, təhlil etmək və fəaliyyət göstəricilərini qiymətləndirmək.

  • COMPETENCY-76363

    PK 8. Süni intellekt və maşın öyrənməsi alqoritmlərini telekommunikasiya şəbəkələrinin monitorinqi, idarə edilməsi, nasazlıqların aşkarlanması və optimallaşdırılması proseslərində tətbiq etmək.

  • COMPETENCY-38502

    PK 9. SDN və proqramlaşdırılan şəbəkə texnologiyalarından, müasir marşrutlaşdırma və kommutasiya protokollarından istifadə etməklə çevik və etibarlı şəbəkə infrastrukturu yaratmaq və idarə etmək.

  • COMPETENCY-97634

    PK 10. Telekommunikasiya infrastrukturu və şəbəkələrində kibertəhlükəsizlik risklərini müəyyənləşdirmək, təhlükəsizlik mexanizmlərini və məlumatların mühafizəsi üsullarını tətbiq etmək.

  • COMPETENCY-46417

    PK 11. Rəqəmsal televiziya, video yayım, yayım infrastrukturu və fiber-optik aşkarlama texnologiyalarından istifadə etməklə müvafiq sistemləri layihələndirmək, monitorinq etmək və texniki vəziyyətini qiymətləndirmək.

  • COMPETENCY-63382

    PK 12. Telekommunikasiya sistemlərində texniki nasazlıqları müəyyən etmək, ölçmə, sınaq, diaqnostika və modelləşdirmə metodlarından istifadə etməklə problemləri aradan qaldırmaq və sistemlərin etibarlılığını təmin etmək.

İxtisas səriştələri· 10

  • COMPETENCY-59067

    ÜK 1. Fundamental riyazi, fiziki və texniki biliklərdən istifadə etməklə mühəndislik məsələlərini anlamaq, təhlil etmək və həll etmək bacarığına malik olmaq.

  • COMPETENCY-22595

    ÜK 2. Məntiqi, analitik və tənqidi düşünmə qabiliyyətindən istifadə edərək mürəkkəb problemləri müəyyənləşdirmək, alternativ həll yollarını qiymətləndirmək və əsaslandırılmış qərarlar qəbul etmək.

  • COMPETENCY-11682

    ÜK 3. Müasir informasiya-kommunikasiya texnologiyalarından, kompüter sistemlərindən və rəqəmsal resurslardan səmərəli istifadə etmək bacarığına malik olmaq.

  • COMPETENCY-70174

    ÜK 4. Azərbaycan dilində və ən azı bir xarici dildə şifahi və yazılı ünsiyyət qurmaq, texniki və elmi məlumatları düzgün, aydın və ardıcıl təqdim etmək.

  • COMPETENCY-20556

    ÜK 5. Fərdi və komanda şəklində işləmək, əməkdaşlıq qurmaq, vəzifə və məsuliyyətləri bölüşdürmək və kollektiv qərarların qəbulunda iştirak etmək.

  • COMPETENCY-29292

    ÜK 6. Müstəqil öyrənmək, yeni bilik və bacarıqlar əldə etmək, texnoloji yeniliklərə uyğunlaşmaq və ömürboyu təhsil prinsiplərinə riayət etmək.

  • COMPETENCY-12986

    ÜK 7. Elmi və texniki məlumatları müstəqil axtarmaq, toplamaq, sistemləşdirmək, qiymətləndirmək və əldə olunan nəticələrdən səmərəli istifadə etmək.

  • COMPETENCY-54445

    ÜK 8. Layihə və tapşırıqların planlaşdırılması, təşkili və icrasında iştirak etmək, vaxtı və mövcud resursları səmərəli idarə etmək.

  • COMPETENCY-87534

    ÜK 9. Peşə fəaliyyətində akademik dürüstlük, mühəndislik etikası, hüquqi normalar, sosial məsuliyyət və informasiya məxfiliyi prinsiplərinə riayət etmək, yaradıcı və innovativ düşünərək yeni ideyalar irəli sürmək və onların praktiki tətbiq imkanlarını qiymətləndirmək.

  • COMPETENCY-72265

    ÜK 10. Texniki hesabatlar, elmi məruzələr və peşəkar təqdimatlar hazırlamaq, nəticələri müxtəlif auditoriyalara uyğun formada çatdırmaq, həmçinin əmək mühafizəsi, texniki təhlükəsizlik, ekoloji məsuliyyət və dayanıqlı inkişaf prinsiplərini nəzərə almaq.