Magistr proqramı
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyiKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
"Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisası üzrə magistratura məzunları elektronika, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində, mobil və sabit rabitə operatorlarında, radio və televiziya yayımı müəssisələrində, elektronika və avtomatlaşdırma şirkətlərində, müdafiə sənayesi müəssisələrində, dövlət və özəl sektorda, elmi-tədqiqat institutlarında, innovasiya mərkəzlərində və ali təhsil müəssisələrində fəaliyyət göstərə bilərlər. Onlar aparıcı mühəndis, layihə və sistem mühəndisi, radiofrekans (RF) və mikrodalğalı sistemlər üzrə mühəndis, telekommunikasiya şəbəkələri üzrə mütəxəssis, elmi işçi, tədqiqatçı, texniki ekspert, layihə rəhbəri, eləcə də ali təhsil müəssisələrində pedaqoji və elmi fəaliyyətlə məşğul ola bilərlər. Proqram məzunları həmçinin doktorantura səviyyəsində təhsilini davam etdirmək və elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək imkanına malikdirlər.
Təhsil proqramını uğurla başa vuran məzunlar elektronika, radiotexnika və telekommunikasiya sistemlərinin layihələndirilməsi, modelləşdirilməsi, təhlili, optimallaşdırılması, istismarı, idarə olunması və innovativ texnologiyaların tətbiqi sahələrində peşə fəaliyyətini həyata keçirmək üçün zəruri nəzəri biliklərə, tədqiqat bacarıqlarına və yüksək peşə səriştələrinə malik olurlar. Proqram çərçivəsində əldə olunan elmi-tədqiqat təcrübəsi, müasir laboratoriyalarda formalaşdırılan praktik bacarıqlar və layihə fəaliyyəti məzunlara dövlət və özəl sektorda, elmi-tədqiqat institutlarında, sənaye müəssisələrində və ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssis kimi fəaliyyət göstərməyə, həmçinin doktorantura səviyyəsində təhsillərini davam etdirərək elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa imkan yaradır.