Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Kommutasiya prinsipəri və texnologiyalarıSillabus

MS-12116 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1211
Kredit
6
Tələbənin iş yükü
1
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar
Auditoriyadan kənar saatlar
a) 90 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı

Fənn haqqında

Bu fənn telekommunikasiya şəbəkələrində kommutasiyanın əsas prinsiplərini, üsullarını, texnologiyalarını və tətbiq xüsusiyyətlərini öyrənir. Fənn çərçivəsində kanal kommutasiyası, paket kommutasiyası və mesaj kommutasiyası, kommutasiya sistemlərinin quruluşu və iş prinsipləri, kommutasiya qovşaqlarının funksiyaları, marşrutlaşdırma və trafik idarəetməsi məsələləri araşdırılır. Həmçinin müasir telekommunikasiya şəbəkələrində istifadə olunan IP-kommutasiya, Ethernet texnologiyaları, proqramla idarə olunan şəbəkələr (SDN) və virtual kommutasiya sistemlərinin xüsusiyyətləri öyrədilir. Fənnin əsas məqsədi tələbələrdə kommutasiya sistemlərinin iş prinsiplərini təhlil etmək, uyğun kommutasiya texnologiyalarını seçmək, şəbəkə resurslarından səmərəli istifadəni təmin etmək və telekommunikasiya şəbəkələrinin etibarlılığını, məhsuldarlığını və ötürmə səmərəliliyini qiymətləndirmək üzrə nəzəri biliklər və praktiki bacarıqlar formalaşdırmaqdır.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • seminar
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Giriş. Kommutasiya anlayışı və telekommunikasiya şəbəkələrində roluMühazirə

    Kommutasiya anlayışı, onun telekommunikasiya şəbəkələrində təyinatı, əsas funksiyaları və informasiya mübadiləsinin təşkilində rolu izah edilir. Kommutasiyanın əsas növləri və tətbiq sahələri nəzərdən keçirilir.

  2. 2.
    Kommutasiya sistemlərinin quruluşu və əsas prinsipləriMühazirə

    Kommutasiya sistemlərinin struktur elementləri, giriş və çıxış xətləri, kommutasiya sahəsi, idarəetmə və siqnallaşma blokları öyrənilir. Kommutasiya sistemlərinin iş prinsipləri və funksional xüsusiyyətləri araşdırılır.

  3. 3.
    Kanal kommutasiyası və onun iş prinsipiMühazirə

    Kanal kommutasiyasının təşkili, əlaqənin qurulması, məlumatların ötürülməsi və əlaqənin sona çatdırılması mərhələləri araşdırılır. Kanal resurslarının ayrılması, üstünlükləri və məhdudiyyətləri təhlil edilir.

  4. 4.
    Mesaj kommutasiyasıMühazirə

    Mesaj kommutasiyasının mahiyyəti, məlumatların tam mesaj şəklində qəbul edilməsi, yadda saxlanılması və növbəti qovşağa ötürülməsi prinsipləri öyrənilir. Gecikmə, yaddaş resursları və ötürmə səmərəliliyi araşdırılır.

  5. 5.
    Paket kommutasiyası və paketlərin ötürülməsi prinsipləriMühazirə

    Paket kommutasiyasının əsas prinsipləri, məlumatların paketlərə bölünməsi, paket başlıqlarının quruluşu, ötürülməsi və təyinat nöqtəsində birləşdirilməsi öyrənilir. Paket gecikməsi, itkilər və şəbəkə resurslarından istifadə xüsusiyyətləri nəzərdən keçirilir.

  6. 6.
    Datagram və virtual kanal kommutasiyasıMühazirə

    Datagram və virtual kanal kommutasiyasının xüsusiyyətləri, əlaqənin təşkili, marşrut seçimi və paketlərin ötürülmə qaydaları müqayisə edilir. Hər iki yanaşmanın üstünlükləri, çatışmazlıqları və tətbiq sahələri araşdırılır.

  7. 7.
    Kommutasiya şəbəkələrində ünvanlaşdırma və marşrutlaşdırmaMühazirə

    Şəbəkə ünvanlarının təyinatı, ünvanlaşdırma üsulları, marşrutlaşdırma cədvəlləri və marşrut seçimi prinsipləri öyrənilir. Məlumat paketlərinin mənbədən təyinat nöqtəsinə çatdırılması mexanizmləri təhlil edilir.

  8. 8.
    Ethernet kommutasiyası və MAC ünvan cədvəlləriMühazirə

    Ethernet şəbəkələrində kadrların ötürülməsi, MAC ünvanlarının öyrənilməsi, kommutatorların MAC ünvan cədvəllərinin formalaşdırılması və kadrların müvafiq portlara yönləndirilməsi mexanizmləri öyrənilir.

  9. 9.
    VLAN və VLAN-lar arasında kommutasiyaMühazirə

    Virtual lokal şəbəkələrin (VLAN) yaradılması, şəbəkənin məntiqi seqmentlərə bölünməsi, access və trunk portları, IEEE 802.1Q teqlənməsi və VLAN-lar arasında əlaqənin təşkili prinsipləri araşdırılır.

  10. 10.
    Spanning Tree Protocol (STP) və şəbəkə dövrələrinin qarşısının alınmasıMühazirə

    Ethernet şəbəkələrində dövrələrin yaranma səbəbləri, STP protokolunun iş prinsipi, kök kommutatorun seçilməsi, portların vəziyyətləri və ehtiyat bağlantıların idarə olunması öyrənilir.

  11. 11.
    Layer 3 kommutasiya və IP kommutasiyasıMühazirə

    Üçüncü səviyyədə kommutasiyanın prinsipləri, IP ünvanlaşdırması, marşrutlaşdırma cədvəlləri və Layer 2 ilə Layer 3 kommutasiyası arasındakı fərqlər öyrənilir. Paketlərin şəbəkə səviyyəsində ötürülməsi və sürətli yönləndirmə mexanizmləri araşdırılır.

  12. 12.
    MPLS texnologiyası və etiket əsaslı kommutasiyaMühazirə

    MPLS texnologiyasının əsasları, etiketlərin təyin edilməsi, etiketlə yönləndirmə, Label Switched Path (LSP) və MPLS şəbəkələrində məlumatların ötürülməsi prinsipləri öyrənilir. Texnologiyanın trafik mühəndisliyi və xidmət keyfiyyətində rolu araşdırılır.

  13. 13.
    ATM və virtual kanal əsaslı kommutasiya texnologiyalarıMühazirə

    Asynchronous Transfer Mode (ATM) texnologiyasının xüsusiyyətləri, sabit uzunluqlu hüceyrələrin quruluşu, virtual yol və virtual kanal identifikatorları, hüceyrələrin kommutasiyası və xidmət keyfiyyəti mexanizmləri öyrənilir.

  14. 14.
    SDN və proqramla müəyyən edilən kommutasiya texnologiyalarıMühazirə

    Proqramla müəyyən edilən şəbəkələrin (SDN) arxitekturası, idarəetmə və məlumat müstəvilərinin ayrılması, SDN kontrollerinin funksiyaları, OpenFlow və proqramlaşdırıla bilən kommutatorların iş prinsipləri araşdırılır.

  15. 15.
    Müasir kommutasiya sistemləri və inkişaf perspektivləri [1-8] [1-5] FTN 1 - FTN 6 Həftə 15Mühazirə

    Müasir telekommunikasiya şəbəkələrində istifadə olunan kommutasiya texnologiyaları, bulud infrastrukturları, virtuallaşdırma, avtomatlaşdırılmış şəbəkə idarəetməsi, 5G və gələcək nəsil şəbəkələrdə kommutasiya həlləri nəzərdən keçirilir. İnkişaf istiqamətləri və texnoloji yeniliklər təhlil edilir.

  16. 16.
    Kanal kommutasiyası üzrə praktiki məsələlərin həlli 1Məşğələ

    Kanal kommutasiyasının təşkili, əlaqənin qurulması, məlumatların ötürülməsi və əlaqənin sona çatdırılması mərhələləri araşdırılır. Kanal resurslarının ayrılması, üstünlükləri və məhdudiyyətləri təhlil edilir.

  17. 17.
    Datagram və virtual kanal kommutasiyasının müqayisəsi 1Məşğələ

    Datagram və virtual kanal kommutasiyasının xüsusiyyətləri, əlaqənin təşkili, marşrut seçimi və paketlərin ötürülmə qaydaları müqayisə edilir. Hər iki yanaşmanın üstünlükləri, çatışmazlıqları və tətbiq sahələri araşdırılır.

  18. 18.
    Kommutasiya şəbəkəsində ünvanlaşdırma və marşrut seçimiMəşğələ

    Şəbəkə ünvanlarının təyinatı, ünvanlaşdırma üsulları, marşrutlaşdırma cədvəlləri və marşrut seçimi prinsipləri öyrənilir. Məlumat paketlərinin mənbədən təyinat nöqtəsinə çatdırılması mexanizmləri təhlil edilir.

  19. 19.
    VLAN-ların yaradılması və kommutasiyasıMəşğələ

    Virtual lokal şəbəkələrin (VLAN) yaradılması, şəbəkənin məntiqi seqmentlərə bölünməsi, access və trunk portları, IEEE 802.1Q teqlənməsi və VLAN-lar arasında əlaqənin təşkili prinsipləri araşdırılır.

  20. 20.
    Layer 3 kommutasiyanın təşkili 1Məşğələ

    Üçüncü səviyyədə kommutasiyanın prinsipləri, IP ünvanlaşdırması, marşrutlaşdırma cədvəlləri və Layer 2 ilə Layer 3 kommutasiyası arasındakı fərqlər öyrənilir. Paketlərin şəbəkə səviyyəsində ötürülməsi və sürətli yönləndirmə mexanizmləri araşdırılır.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5