General information
- Subject code
- MS-1211
- Credits
- 6
- Student workload
- 1
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Out-of-class hours
- a) 90 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı
About the subject
Bu fənn telekommunikasiya şəbəkələrində kommutasiyanın əsas prinsiplərini, üsullarını, texnologiyalarını və tətbiq xüsusiyyətlərini öyrənir. fənn çərçivəsində kanal kommutasiyası, paket kommutasiyası və mesaj kommutasiyası, kommutasiya sistemlərinin quruluşu və iş prinsipləri, kommutasiya qovşaqlarının funksiyaları, marşrutlaşdırma və trafik idarəetməsi məsələləri araşdırılır. həmçinin müasir telekommunikasiya şəbəkələrində istifadə olunan ip-kommutasiya, ethernet texnologiyaları, proqramla idarə olunan şəbəkələr (sdn) və virtual kommutasiya sistemlərinin xüsusiyyətləri öyrədilir. fənnin əsas məqsədi tələbələrdə kommutasiya sistemlərinin iş prinsiplərini təhlil etmək, uyğun kommutasiya texnologiyalarını seçmək, şəbəkə resurslarından səmərəli istifadəni təmin etmək və telekommunikasiya şəbəkələrinin etibarlılığını, məhsuldarlığını və ötürmə səmərəliliyini qiymətləndirmək üzrə nəzəri biliklər və praktiki bacarıqlar formalaşdırmaqdır.
Teaching methods
- lecture
- project-based learning
- interactive discussion
- problem-based learning
- teamwork
- seminar
- case study
- presentations
Course learning outcomes (CLO)
No learning outcomes have been added.
Topic plan
- 1.Giriş. kommutasiya anlayışı və telekommunikasiya şəbəkələrində roluLecture
Kommutasiya anlayışı, onun telekommunikasiya şəbəkələrində təyinatı, əsas funksiyaları və informasiya mübadiləsinin təşkilində rolu izah edilir. kommutasiyanın əsas növləri və tətbiq sahələri nəzərdən keçirilir.
- 2.Kommutasiya sistemlərinin quruluşu və əsas prinsipləriLecture
Kommutasiya sistemlərinin struktur elementləri, giriş və çıxış xətləri, kommutasiya sahəsi, idarəetmə və siqnallaşma blokları öyrənilir. kommutasiya sistemlərinin iş prinsipləri və funksional xüsusiyyətləri araşdırılır.
- 3.Kanal kommutasiyası və onun iş prinsipiLecture
Kanal kommutasiyasının təşkili, əlaqənin qurulması, məlumatların ötürülməsi və əlaqənin sona çatdırılması mərhələləri araşdırılır. kanal resurslarının ayrılması, üstünlükləri və məhdudiyyətləri təhlil edilir.
- 4.Mesaj kommutasiyasıLecture
Mesaj kommutasiyasının mahiyyəti, məlumatların tam mesaj şəklində qəbul edilməsi, yadda saxlanılması və növbəti qovşağa ötürülməsi prinsipləri öyrənilir. gecikmə, yaddaş resursları və ötürmə səmərəliliyi araşdırılır.
- 5.Paket kommutasiyası və paketlərin ötürülməsi prinsipləriLecture
Paket kommutasiyasının əsas prinsipləri, məlumatların paketlərə bölünməsi, paket başlıqlarının quruluşu, ötürülməsi və təyinat nöqtəsində birləşdirilməsi öyrənilir. paket gecikməsi, itkilər və şəbəkə resurslarından istifadə xüsusiyyətləri nəzərdən keçirilir.
- 6.Datagram və virtual kanal kommutasiyasıLecture
Datagram və virtual kanal kommutasiyasının xüsusiyyətləri, əlaqənin təşkili, marşrut seçimi və paketlərin ötürülmə qaydaları müqayisə edilir. hər iki yanaşmanın üstünlükləri, çatışmazlıqları və tətbiq sahələri araşdırılır.
- 7.Kommutasiya şəbəkələrində ünvanlaşdırma və marşrutlaşdırmaLecture
Şəbəkə ünvanlarının təyinatı, ünvanlaşdırma üsulları, marşrutlaşdırma cədvəlləri və marşrut seçimi prinsipləri öyrənilir. məlumat paketlərinin mənbədən təyinat nöqtəsinə çatdırılması mexanizmləri təhlil edilir.
- 8.Ethernet kommutasiyası və MAC ünvan cədvəlləriLecture
Ethernet şəbəkələrində kadrların ötürülməsi, MAC ünvanlarının öyrənilməsi, kommutatorların MAC ünvan cədvəllərinin formalaşdırılması və kadrların müvafiq portlara yönləndirilməsi mexanizmləri öyrənilir.
- 9.Vlan və vlan-lar arasında kommutasiyaLecture
Virtual lokal şəbəkələrin (vlan) yaradılması, şəbəkənin məntiqi seqmentlərə bölünməsi, access və trunk portları, IEEE 802.1q teqlənməsi və vlan-lar arasında əlaqənin təşkili prinsipləri araşdırılır.
- 10.Spanning tree protocol (stp) və şəbəkə dövrələrinin qarşısının alınmasıLecture
Ethernet şəbəkələrində dövrələrin yaranma səbəbləri, STP protokolunun iş prinsipi, kök kommutatorun seçilməsi, portların vəziyyətləri və ehtiyat bağlantıların idarə olunması öyrənilir.
- 11.Layer 3 kommutasiya və IP kommutasiyasıLecture
Üçüncü səviyyədə kommutasiyanın prinsipləri, IP ünvanlaşdırması, marşrutlaşdırma cədvəlləri və layer 2 ilə layer 3 kommutasiyası arasındakı fərqlər öyrənilir. paketlərin şəbəkə səviyyəsində ötürülməsi və sürətli yönləndirmə mexanizmləri araşdırılır.
- 12.Mpls texnologiyası və etiket əsaslı kommutasiyaLecture
Mpls texnologiyasının əsasları, etiketlərin təyin edilməsi, etiketlə yönləndirmə, label switched path (lsp) və MPLS şəbəkələrində məlumatların ötürülməsi prinsipləri öyrənilir. texnologiyanın trafik mühəndisliyi və xidmət keyfiyyətində rolu araşdırılır.
- 13.Atm və virtual kanal əsaslı kommutasiya texnologiyalarıLecture
Asynchronous transfer mode (atm) texnologiyasının xüsusiyyətləri, sabit uzunluqlu hüceyrələrin quruluşu, virtual yol və virtual kanal identifikatorları, hüceyrələrin kommutasiyası və xidmət keyfiyyəti mexanizmləri öyrənilir.
- 14.Sdn və proqramla müəyyən edilən kommutasiya texnologiyalarıLecture
Proqramla müəyyən edilən şəbəkələrin (sdn) arxitekturası, idarəetmə və məlumat müstəvilərinin ayrılması, SDN kontrollerinin funksiyaları, openflow və proqramlaşdırıla bilən kommutatorların iş prinsipləri araşdırılır.
- 15.Müasir kommutasiya sistemləri və inkişaf perspektivləri [1-8] [1-5] FTN 1 - FTN 6 həftə 15Lecture
Müasir telekommunikasiya şəbəkələrində istifadə olunan kommutasiya texnologiyaları, bulud infrastrukturları, virtuallaşdırma, avtomatlaşdırılmış şəbəkə idarəetməsi, 5g və gələcək nəsil şəbəkələrdə kommutasiya həlləri nəzərdən keçirilir. i̇nkişaf istiqamətləri və texnoloji yeniliklər təhlil edilir.
- 16.Kanal kommutasiyası üzrə praktiki məsələlərin həlli 1Seminar
Kanal kommutasiyasının təşkili, əlaqənin qurulması, məlumatların ötürülməsi və əlaqənin sona çatdırılması mərhələləri araşdırılır. kanal resurslarının ayrılması, üstünlükləri və məhdudiyyətləri təhlil edilir.
- 17.Datagram və virtual kanal kommutasiyasının müqayisəsi 1Seminar
Datagram və virtual kanal kommutasiyasının xüsusiyyətləri, əlaqənin təşkili, marşrut seçimi və paketlərin ötürülmə qaydaları müqayisə edilir. hər iki yanaşmanın üstünlükləri, çatışmazlıqları və tətbiq sahələri araşdırılır.
- 18.Kommutasiya şəbəkəsində ünvanlaşdırma və marşrut seçimiSeminar
Şəbəkə ünvanlarının təyinatı, ünvanlaşdırma üsulları, marşrutlaşdırma cədvəlləri və marşrut seçimi prinsipləri öyrənilir. məlumat paketlərinin mənbədən təyinat nöqtəsinə çatdırılması mexanizmləri təhlil edilir.
- 19.Vlan-ların yaradılması və kommutasiyasıSeminar
Virtual lokal şəbəkələrin (vlan) yaradılması, şəbəkənin məntiqi seqmentlərə bölünməsi, access və trunk portları, IEEE 802.1q teqlənməsi və vlan-lar arasında əlaqənin təşkili prinsipləri araşdırılır.
- 20.Layer 3 kommutasiyanın təşkili 1Seminar
Üçüncü səviyyədə kommutasiyanın prinsipləri, IP ünvanlaşdırması, marşrutlaşdırma cədvəlləri və layer 2 ilə layer 3 kommutasiyası arasındakı fərqlər öyrənilir. paketlərin şəbəkə səviyyəsində ötürülməsi və sürətli yönləndirmə mexanizmləri araşdırılır.
Reading list
No reading list has been added.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |