Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Radar texnologiyaları və görüntü emalıMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Radar sistemlərinin iş prinsipləri və əsəs parametrləri
MühazirəRadar sistemlərinin təyinatı, quruluşu və iş prinsipi, elektromaqnit dalğalarının göndərilməsi və əks olunan siqnalların qəbulu prosesi, həmçinin əsas radar parametrləri öyrənilir.
2. Fazalı anten qəfəsləri və radar tətbiqləri
MühazirəFazalı anten qəfəslərinin quruluşu, elementlər arasında faza fərqinin idarə edilməsi və elektron şüa istiqamətləndirməsinin prinsipləri tədqiq edilir.
3. Radar siqnallarının generasiyası və emalı üsulları
MühazirəRadar siqnallarının formalaşdırılması, modulyasiya üsulları, impuls və fasiləsiz dalğalı siqnallar, həmçinin qəbul edilmiş siqnalların ilkin emal üsulları araşdırılır.
4. Sintetik Apertura Radarı (SAR) texnologiyası
MühazirəSAR texnologiyasının iş prinsipi, platformanın hərəkətindən istifadə etməklə yüksək ayırdetmə qabiliyyətli radar təsvirlərinin formalaşdırılması və məlumatların emalı üsulları öyrənilir.
5. Doppler radarları və sürətin ölçülməsi metodları
MühazirəDoppler effektinin radar sistemlərində tətbiqi, hədəfin radial sürətinin müəyyən edilməsi və Doppler tezlik sürüşməsinin ölçülməsi üsulları öyrənilir.
6. Hava və kosmik müşahidə radar sistemləri
MühazirəAtmosfer, yer səthi və müxtəlif obyektlərin hava və kosmik platformalardan radar vasitəsilə müşahidəsi, sistemlərin quruluşu və tətbiq sahələri araşdırılır.
7. Hədəfin aşkarlanması və izlənməsi alqoritmləri
MühazirəRadar məlumatlarında hədəfin aşkarlanması, koordinatlarının müəyyənləşdirilməsi və hərəkət trayektoriyasının izlənməsi üçün istifadə olunan əsas alqoritmlər öyrənilir.
8. Rəqəmsal görüntü emalının əsasları və tətbiqləri
MühazirəRəqəmsal görüntülərin təsviri, piksel və təsvir ölçüləri, kontrast, parlaqlıq, histogram və əsas görüntü emalı əməliyyatları öyrənilir.
9. Radar siqnallarında səs-küyün azaldılması üsulları
MühazirəRadar siqnallarında səs-küyün yaranma səbəbləri, siqnal-küy nisbəti və filtrasiya, korrelyasiya və digər səs-küy azaltma üsulları araşdırılır.
10. Görüntülərin filtrasiyası və keyfiyyətinin yaxşılaşdırılması
MühazirəRadar və rəqəmsal görüntülərdə səs-küyün azaldılması, bulanıqlığın aradan qaldırılması, kənarların vurğulanması və kontrastın yaxşılaşdırılması üsulları tədqiq edilir.
11. Radar görüntülərinin formalaşdırılması prinsipləri
MühazirəRadar məlumatlarından görüntünün yaradılması, məsafə və istiqamət məlumatlarının təsvirə çevrilməsi, görüntünün ayırdetmə qabiliyyətinə təsir edən amillər öyrənilir.
12. Obyektlərin tanınması və təsnifatı metodları
MühazirəRadar və rəqəmsal görüntülərdə obyektlərin aşkarlanması, xarakterik əlamətlərin müəyyənləşdirilməsi və obyektlərin müxtəlif siniflərə ayrılması metodları öyrənilir.
13. Süni intellekt və maşın öyrənməsinin radar görüntülərinin emalında tətbiqi
MühazirəMaşın öyrənməsi, dərin öyrənmə və neyron şəbəkələrin radar məlumatlarının emalı, obyektlərin aşkarlanması, tanınması və təsnifatında tətbiqi araşdırılır.
14. Hərbi və mülki sahələrdə radar texnologiyalarının müasir inkişaf istiqamətləri
MühazirəRadar texnologiyalarının hava nəqliyyatı, meteorologiya, dənizçilik, avtomobil nəqliyyatı, müşahidə və digər mülki sahələrdə, həmçinin müdafiə sistemlərində tətbiqi və müasir inkişaf tendensiyaları nəzərdən keçirilir.
15. Avtomobil radar sistemləri və avtonom nəqliyyat vasitələrində istifadəsi
MühazirəAvtomobil radarlarının iş prinsipi, məsafə və sürətin ölçülməsi, hədəflərin aşkarlanması və sürücüyə yardım sistemlərində radar texnologiyalarının istifadəsi öyrənilir.