Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Radar texnologiyaları və görüntü emalıSillabus

MS-12086 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1208
Kredit
6
Tələbənin iş yükü
0
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar
Auditoriyadan kənar saatlar
a) 60 saat – sərbəst iş b) 75 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

“Radar texnologiyaları və görüntü emalı” fənni radar sistemlərinin iş prinsiplərini, radar siqnallarının qəbulunu və emalını, həmçinin əldə olunan məlumatlardan təsvirlərin formalaşdırılması və analizini öyrədən texniki fəndir.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • seminar
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Radar sistemlərinin iş prinsipləri və əsəs parametrləriMühazirə

    Radar sistemlərinin təyinatı, quruluşu və iş prinsipi, elektromaqnit dalğalarının göndərilməsi və əks olunan siqnalların qəbulu prosesi, həmçinin əsas radar parametrləri öyrənilir.

  2. 2.
    Fazalı anten qəfəsləri və radar tətbiqləriMühazirə

    Fazalı anten qəfəslərinin quruluşu, elementlər arasında faza fərqinin idarə edilməsi və elektron şüa istiqamətləndirməsinin prinsipləri tədqiq edilir.

  3. 3.
    Radar siqnallarının generasiyası və emalı üsullarıMühazirə

    Radar siqnallarının formalaşdırılması, modulyasiya üsulları, impuls və fasiləsiz dalğalı siqnallar, həmçinin qəbul edilmiş siqnalların ilkin emal üsulları araşdırılır.

  4. 4.
    Sintetik Apertura Radarı (SAR) texnologiyasıMühazirə

    SAR texnologiyasının iş prinsipi, platformanın hərəkətindən istifadə etməklə yüksək ayırdetmə qabiliyyətli radar təsvirlərinin formalaşdırılması və məlumatların emalı üsulları öyrənilir.

  5. 5.
    Doppler radarları və sürətin ölçülməsi metodlarıMühazirə

    Doppler effektinin radar sistemlərində tətbiqi, hədəfin radial sürətinin müəyyən edilməsi və Doppler tezlik sürüşməsinin ölçülməsi üsulları öyrənilir.

  6. 6.
    Hava və kosmik müşahidə radar sistemləriMühazirə

    Atmosfer, yer səthi və müxtəlif obyektlərin hava və kosmik platformalardan radar vasitəsilə müşahidəsi, sistemlərin quruluşu və tətbiq sahələri araşdırılır.

  7. 7.
    Hədəfin aşkarlanması və izlənməsi alqoritmləriMühazirə

    Radar məlumatlarında hədəfin aşkarlanması, koordinatlarının müəyyənləşdirilməsi və hərəkət trayektoriyasının izlənməsi üçün istifadə olunan əsas alqoritmlər öyrənilir.

  8. 8.
    Rəqəmsal görüntü emalının əsasları və tətbiqləriMühazirə

    Rəqəmsal görüntülərin təsviri, piksel və təsvir ölçüləri, kontrast, parlaqlıq, histogram və əsas görüntü emalı əməliyyatları öyrənilir.

  9. 9.
    Radar siqnallarında səs-küyün azaldılması üsullarıMühazirə

    Radar siqnallarında səs-küyün yaranma səbəbləri, siqnal-küy nisbəti və filtrasiya, korrelyasiya və digər səs-küy azaltma üsulları araşdırılır.

  10. 10.
    Görüntülərin filtrasiyası və keyfiyyətinin yaxşılaşdırılmasıMühazirə

    Radar və rəqəmsal görüntülərdə səs-küyün azaldılması, bulanıqlığın aradan qaldırılması, kənarların vurğulanması və kontrastın yaxşılaşdırılması üsulları tədqiq edilir.

  11. 11.
    Radar görüntülərinin formalaşdırılması prinsipləriMühazirə

    Radar məlumatlarından görüntünün yaradılması, məsafə və istiqamət məlumatlarının təsvirə çevrilməsi, görüntünün ayırdetmə qabiliyyətinə təsir edən amillər öyrənilir.

  12. 12.
    Obyektlərin tanınması və təsnifatı metodlarıMühazirə

    Radar və rəqəmsal görüntülərdə obyektlərin aşkarlanması, xarakterik əlamətlərin müəyyənləşdirilməsi və obyektlərin müxtəlif siniflərə ayrılması metodları öyrənilir.

  13. 13.
    Süni intellekt və maşın öyrənməsinin radar görüntülərinin emalında tətbiqiMühazirə

    Maşın öyrənməsi, dərin öyrənmə və neyron şəbəkələrin radar məlumatlarının emalı, obyektlərin aşkarlanması, tanınması və təsnifatında tətbiqi araşdırılır.

  14. 14.
    Hərbi və mülki sahələrdə radar texnologiyalarının müasir inkişaf istiqamətləriMühazirə

    Radar texnologiyalarının hava nəqliyyatı, meteorologiya, dənizçilik, avtomobil nəqliyyatı, müşahidə və digər mülki sahələrdə, həmçinin müdafiə sistemlərində tətbiqi və müasir inkişaf tendensiyaları nəzərdən keçirilir.

  15. 15.
    Avtomobil radar sistemləri və avtonom nəqliyyat vasitələrində istifadəsiMühazirə

    Avtomobil radarlarının iş prinsipi, məsafə və sürətin ölçülməsi, hədəflərin aşkarlanması və sürücüyə yardım sistemlərində radar texnologiyalarının istifadəsi öyrənilir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5