General information
- Subject code
- MS-1208
- Credits
- 6
- Student workload
- 0
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Out-of-class hours
- a) 60 saat – sərbəst iş b) 75 saat- layihə işi və ya məsləhət saatı və s.
About the subject
“radar texnologiyaları və görüntü emalı” fənni radar sistemlərinin iş prinsiplərini, radar siqnallarının qəbulunu və emalını, həmçinin əldə olunan məlumatlardan təsvirlərin formalaşdırılması və analizini öyrədən texniki fəndir.
Teaching methods
- lecture
- project-based learning
- interactive discussion
- problem-based learning
- teamwork
- seminar
- case study
- presentations
Course learning outcomes (CLO)
No learning outcomes have been added.
Topic plan
- 1.Radar sistemlərinin iş prinsipləri və əsəs parametrləriLecture
Radar sistemlərinin təyinatı, quruluşu və iş prinsipi, elektromaqnit dalğalarının göndərilməsi və əks olunan siqnalların qəbulu prosesi, həmçinin əsas radar parametrləri öyrənilir.
- 2.Fazalı anten qəfəsləri və radar tətbiqləriLecture
Fazalı anten qəfəslərinin quruluşu, elementlər arasında faza fərqinin idarə edilməsi və elektron şüa istiqamətləndirməsinin prinsipləri tədqiq edilir.
- 3.Radar siqnallarının generasiyası və emalı üsullarıLecture
Radar siqnallarının formalaşdırılması, modulyasiya üsulları, impuls və fasiləsiz dalğalı siqnallar, həmçinin qəbul edilmiş siqnalların ilkin emal üsulları araşdırılır.
- 4.Sintetik apertura radarı (sar) texnologiyasıLecture
Sar texnologiyasının iş prinsipi, platformanın hərəkətindən istifadə etməklə yüksək ayırdetmə qabiliyyətli radar təsvirlərinin formalaşdırılması və məlumatların emalı üsulları öyrənilir.
- 5.Doppler radarları və sürətin ölçülməsi metodlarıLecture
Doppler effektinin radar sistemlərində tətbiqi, hədəfin radial sürətinin müəyyən edilməsi və doppler tezlik sürüşməsinin ölçülməsi üsulları öyrənilir.
- 6.Hava və kosmik müşahidə radar sistemləriLecture
Atmosfer, yer səthi və müxtəlif obyektlərin hava və kosmik platformalardan radar vasitəsilə müşahidəsi, sistemlərin quruluşu və tətbiq sahələri araşdırılır.
- 7.Hədəfin aşkarlanması və izlənməsi alqoritmləriLecture
Radar məlumatlarında hədəfin aşkarlanması, koordinatlarının müəyyənləşdirilməsi və hərəkət trayektoriyasının izlənməsi üçün istifadə olunan əsas alqoritmlər öyrənilir.
- 8.Rəqəmsal görüntü emalının əsasları və tətbiqləriLecture
Rəqəmsal görüntülərin təsviri, piksel və təsvir ölçüləri, kontrast, parlaqlıq, histogram və əsas görüntü emalı əməliyyatları öyrənilir.
- 9.Radar siqnallarında səs-küyün azaldılması üsullarıLecture
Radar siqnallarında səs-küyün yaranma səbəbləri, siqnal-küy nisbəti və filtrasiya, korrelyasiya və digər səs-küy azaltma üsulları araşdırılır.
- 10.Görüntülərin filtrasiyası və keyfiyyətinin yaxşılaşdırılmasıLecture
Radar və rəqəmsal görüntülərdə səs-küyün azaldılması, bulanıqlığın aradan qaldırılması, kənarların vurğulanması və kontrastın yaxşılaşdırılması üsulları tədqiq edilir.
- 11.Radar görüntülərinin formalaşdırılması prinsipləriLecture
Radar məlumatlarından görüntünün yaradılması, məsafə və istiqamət məlumatlarının təsvirə çevrilməsi, görüntünün ayırdetmə qabiliyyətinə təsir edən amillər öyrənilir.
- 12.Obyektlərin tanınması və təsnifatı metodlarıLecture
Radar və rəqəmsal görüntülərdə obyektlərin aşkarlanması, xarakterik əlamətlərin müəyyənləşdirilməsi və obyektlərin müxtəlif siniflərə ayrılması metodları öyrənilir.
- 13.Süni intellekt və maşın öyrənməsinin radar görüntülərinin emalında tətbiqiLecture
Maşın öyrənməsi, dərin öyrənmə və neyron şəbəkələrin radar məlumatlarının emalı, obyektlərin aşkarlanması, tanınması və təsnifatında tətbiqi araşdırılır.
- 14.Hərbi və mülki sahələrdə radar texnologiyalarının müasir inkişaf istiqamətləriLecture
Radar texnologiyalarının hava nəqliyyatı, meteorologiya, dənizçilik, avtomobil nəqliyyatı, müşahidə və digər mülki sahələrdə, həmçinin müdafiə sistemlərində tətbiqi və müasir inkişaf tendensiyaları nəzərdən keçirilir.
- 15.Avtomobil radar sistemləri və avtonom nəqliyyat vasitələrində istifadəsiLecture
Avtomobil radarlarının iş prinsipi, məsafə və sürətin ölçülməsi, hədəflərin aşkarlanması və sürücüyə yardım sistemlərində radar texnologiyalarının istifadəsi öyrənilir.
Reading list
No reading list has been added.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |