Subject · Electronics, telecommunications and radio engineering

Radar texnologiyaları və görüntü emalıTopics

MS-12086 creditsAutumn semesterElective2026-2027

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

15 topics
  1. 1. Radar sistemlərinin iş prinsipləri və əsəs parametrləri

    Lecture

    Radar sistemlərinin təyinatı, quruluşu və iş prinsipi, elektromaqnit dalğalarının göndərilməsi və əks olunan siqnalların qəbulu prosesi, həmçinin əsas radar parametrləri öyrənilir.

  2. 2. Fazalı anten qəfəsləri və radar tətbiqləri

    Lecture

    Fazalı anten qəfəslərinin quruluşu, elementlər arasında faza fərqinin idarə edilməsi və elektron şüa istiqamətləndirməsinin prinsipləri tədqiq edilir.

  3. 3. Radar siqnallarının generasiyası və emalı üsulları

    Lecture

    Radar siqnallarının formalaşdırılması, modulyasiya üsulları, impuls və fasiləsiz dalğalı siqnallar, həmçinin qəbul edilmiş siqnalların ilkin emal üsulları araşdırılır.

  4. 4. Sintetik apertura radarı (sar) texnologiyası

    Lecture

    Sar texnologiyasının iş prinsipi, platformanın hərəkətindən istifadə etməklə yüksək ayırdetmə qabiliyyətli radar təsvirlərinin formalaşdırılması və məlumatların emalı üsulları öyrənilir.

  5. 5. Doppler radarları və sürətin ölçülməsi metodları

    Lecture

    Doppler effektinin radar sistemlərində tətbiqi, hədəfin radial sürətinin müəyyən edilməsi və doppler tezlik sürüşməsinin ölçülməsi üsulları öyrənilir.

  6. 6. Hava və kosmik müşahidə radar sistemləri

    Lecture

    Atmosfer, yer səthi və müxtəlif obyektlərin hava və kosmik platformalardan radar vasitəsilə müşahidəsi, sistemlərin quruluşu və tətbiq sahələri araşdırılır.

  7. 7. Hədəfin aşkarlanması və izlənməsi alqoritmləri

    Lecture

    Radar məlumatlarında hədəfin aşkarlanması, koordinatlarının müəyyənləşdirilməsi və hərəkət trayektoriyasının izlənməsi üçün istifadə olunan əsas alqoritmlər öyrənilir.

  8. 8. Rəqəmsal görüntü emalının əsasları və tətbiqləri

    Lecture

    Rəqəmsal görüntülərin təsviri, piksel və təsvir ölçüləri, kontrast, parlaqlıq, histogram və əsas görüntü emalı əməliyyatları öyrənilir.

  9. 9. Radar siqnallarında səs-küyün azaldılması üsulları

    Lecture

    Radar siqnallarında səs-küyün yaranma səbəbləri, siqnal-küy nisbəti və filtrasiya, korrelyasiya və digər səs-küy azaltma üsulları araşdırılır.

  10. 10. Görüntülərin filtrasiyası və keyfiyyətinin yaxşılaşdırılması

    Lecture

    Radar və rəqəmsal görüntülərdə səs-küyün azaldılması, bulanıqlığın aradan qaldırılması, kənarların vurğulanması və kontrastın yaxşılaşdırılması üsulları tədqiq edilir.

  11. 11. Radar görüntülərinin formalaşdırılması prinsipləri

    Lecture

    Radar məlumatlarından görüntünün yaradılması, məsafə və istiqamət məlumatlarının təsvirə çevrilməsi, görüntünün ayırdetmə qabiliyyətinə təsir edən amillər öyrənilir.

  12. 12. Obyektlərin tanınması və təsnifatı metodları

    Lecture

    Radar və rəqəmsal görüntülərdə obyektlərin aşkarlanması, xarakterik əlamətlərin müəyyənləşdirilməsi və obyektlərin müxtəlif siniflərə ayrılması metodları öyrənilir.

  13. 13. Süni intellekt və maşın öyrənməsinin radar görüntülərinin emalında tətbiqi

    Lecture

    Maşın öyrənməsi, dərin öyrənmə və neyron şəbəkələrin radar məlumatlarının emalı, obyektlərin aşkarlanması, tanınması və təsnifatında tətbiqi araşdırılır.

  14. 14. Hərbi və mülki sahələrdə radar texnologiyalarının müasir inkişaf istiqamətləri

    Lecture

    Radar texnologiyalarının hava nəqliyyatı, meteorologiya, dənizçilik, avtomobil nəqliyyatı, müşahidə və digər mülki sahələrdə, həmçinin müdafiə sistemlərində tətbiqi və müasir inkişaf tendensiyaları nəzərdən keçirilir.

  15. 15. Avtomobil radar sistemləri və avtonom nəqliyyat vasitələrində istifadəsi

    Lecture

    Avtomobil radarlarının iş prinsipi, məsafə və sürətin ölçülməsi, hədəflərin aşkarlanması və sürücüyə yardım sistemlərində radar texnologiyalarının istifadəsi öyrənilir.