Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Rabitə qovşaqlarının arxitekturasıMövzu planı

MS - 12096 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. Giriş. Fənnin tədrisinin məqsədi və məzmunu. Əsas anlayışlar və təyinlər. Rabitə qovşağı anlayışı, rabitə qovşaqlarının arxitekturasına giriş və tədqiqat obyekti və predmeti araşdırılır.

    Mühazirə
  2. 2. Rabitə şəbəkələrinin arxitektura modelləri, arxitektura anlayışı, şəbəkə arxitekturasının növləri, şəbəkənin mərkəzləşdirilmiş arxitektura paylanmış arxitektura və iyerarxik arxitektura modelləri ətraflı əhatə edilir.

    Mühazirə
  3. 3. Rabitə qovşaqlarının təsnifatı. Funksional təyinatına, texnoloji xüsusiyyətlərinə və trafikin növünə görə təsnifatı verilir

    Mühazirə
  4. 4. Kommutasiya texnologiyalarının növləri və elmi əsasları, kanal kommutasiyası, paket kommutasiyası və optik kommutasiya prinsipləri öyrənilir.

    Mühazirə
  5. 5. Marşrutlaşdırma və qovşaqların idarə olunması, marşrutlaşdırma alqoritmləri və trafikin idarə edilməsi məsələləri öyrənilir.

    Mühazirə
  6. 6. Optik rabitə qovşaqlarının arxitekturası, optik qovşaqların strukturu, WDM/DWDM texnologiyaları, dalğa uzunluqları üzrə multipleksləşdirilmə, yüksək spektral və səmərəlilik texnologiyaları ətraflı öyrənilir.

    Mühazirə
  7. 7. Yeni nəsil şəbəkələr və virtual qovşaqlar, NGN arxitekturası, IP əsaslı multiservis şəbəkə, SDN və NFV, idarəetmə və ötürmə səviyyələrinin ayrılması, virtual şəbəkə funksiyaları və bulud əsaslı qovşaqlar araşdırılır.

    Mühazirə
  8. 8. Rabitə qovşaqlarının etibarlılığı, təhlükəsizliyi, keyfiyyət və səmərəlilik (performans) göstəriciləri tədqiq olunur.

    Mühazirə
  9. 9. Rabitə qovşaqların layihələndirilməsi və optimallaşdırılması, texniki və funksional tələblər, avadanlıq və proqram təminatı seçimi, iqtisadi və enerji səmərəliliyi tədqiq olunur.

    Mühazirə
  10. 10. Analoq siqnalların rəqəmli siqnallara çevrilməsi prosesi ətraflı öyrənilir.

    Mühazirə
  11. 11. Analoq və rəqəmli modulyasiya üsulları. Burada rəqəmli modulyasiyanın impuls-kod modulyasiyası (İKM), diferensial İKM (DİKM) və delta modulyasiya (DM) kimi növləri

    Mühazirə
  12. 12. Kommutasiya prosesinin təşkili zamanı istifadə olunan transmissiya texnologiyaları. PDH və ATM texnologiyalarının ətraflı izahı verilir.

    Mühazirə
  13. 13. SDH iyerarxiyaya malik transmissiya texnologiyalarının qurulma prinsipi araşdırılır

    Mühazirə
  14. 14. Optik telekommunikasiya sistemlərinin qurulma prinsipləri və istfadə olunan xətti siqnalların strukturu öyrənilir.

    Mühazirə
  15. 15. Kommutasiya prosesinin təşkili zamanı istifadə olunan optik-lifli kabellər. Optik-lifli kabellərin təsnifatı, veriliş üsulları və tətbiq sahələrinə görə təsnifatı aparılır.

    Mühazirə