Ümumi məlumat
- Fənn kodu
- MS - 1209
- Kredit
- 6
- Tələbənin iş yükü
- 90
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat -seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat - TSİ b) 45 saat – MRTSİ
Fənn haqqında
“Rabitə qovşaqlarının arxitekturası” fənnini dinləmədən öncə tələbə sosial və texniki kommunikasiya sahəsində əsas anlayışlar, kommunikasiya və informasiya texnologiyaları sahəsində müəyyən biliklərə malik olmalıdır, tədris olunan fənn şəxsiyyətin fərdi xüsusiyyətlərinin təsir qanunauyğunluqlarını öyrənən psixologiya, müəyyən şəraitdə subyektlərin şüurunun və davranışının dialektikasını öyrənən kütləvi psixologiya, sosial bərabərsizliklərin sosial qarşılıqlı əlaqəyə təsirini öyrənən sosiologiya, cəmiyyətin siyasi sistemini və siyasi həyatını, daxili siyasət və beynəlxalq münasibətlərin problemlərini öyrənən politologiya, xalqın mənəvi mədəniyyəti öyrənən mədəniyyətşünaslıq (kulturologiya) və informasiyanın müəyyən rabitə kanalı ilə bir nöqtədən, qurğudan və ya şəxsdən digərinə ötürülməsini təmin edən telekommunikasiya sistemləri və şəbəkələri, informasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi təmin edən semantik kommunikasiya, verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsini təmin edən praqmatik kommunikasiya kimi digər fənlərlə ilə əlaqəlidir.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Fənnin tədrisinin məqsədi və məzmunu. Əsas anlayışlar və təyinlər. Rabitə qovşağı anlayışı, rabitə qovşaqlarının arxitekturasına giriş və tədqiqat obyekti və predmeti araşdırılır.Mühazirə
- 2.Rabitə şəbəkələrinin arxitektura modelləri, arxitektura anlayışı, şəbəkə arxitekturasının növləri, şəbəkənin mərkəzləşdirilmiş arxitektura paylanmış arxitektura və iyerarxik arxitektura modelləri ətraflı əhatə edilir.Mühazirə
- 3.Rabitə qovşaqlarının təsnifatı. Funksional təyinatına, texnoloji xüsusiyyətlərinə və trafikin növünə görə təsnifatı verilirMühazirə
- 4.Kommutasiya texnologiyalarının növləri və elmi əsasları, kanal kommutasiyası, paket kommutasiyası və optik kommutasiya prinsipləri öyrənilir.Mühazirə
- 5.Marşrutlaşdırma və qovşaqların idarə olunması, marşrutlaşdırma alqoritmləri və trafikin idarə edilməsi məsələləri öyrənilir.Mühazirə
- 6.Optik rabitə qovşaqlarının arxitekturası, optik qovşaqların strukturu, WDM/DWDM texnologiyaları, dalğa uzunluqları üzrə multipleksləşdirilmə, yüksək spektral və səmərəlilik texnologiyaları ətraflı öyrənilir.Mühazirə
- 7.Yeni nəsil şəbəkələr və virtual qovşaqlar, NGN arxitekturası, IP əsaslı multiservis şəbəkə, SDN və NFV, idarəetmə və ötürmə səviyyələrinin ayrılması, virtual şəbəkə funksiyaları və bulud əsaslı qovşaqlar araşdırılır.Mühazirə
- 8.Rabitə qovşaqlarının etibarlılığı, təhlükəsizliyi, keyfiyyət və səmərəlilik (performans) göstəriciləri tədqiq olunur.Mühazirə
- 9.Rabitə qovşaqların layihələndirilməsi və optimallaşdırılması, texniki və funksional tələblər, avadanlıq və proqram təminatı seçimi, iqtisadi və enerji səmərəliliyi tədqiq olunur. Mühazirə
- 10.Analoq siqnalların rəqəmli siqnallara çevrilməsi prosesi ətraflı öyrənilir.Mühazirə
- 11.Analoq və rəqəmli modulyasiya üsulları. Burada rəqəmli modulyasiyanın impuls-kod modulyasiyası (İKM), diferensial İKM (DİKM) və delta modulyasiya (DM) kimi növləri Mühazirə
- 12.Kommutasiya prosesinin təşkili zamanı istifadə olunan transmissiya texnologiyaları. PDH və ATM texnologiyalarının ətraflı izahı verilir.Mühazirə
- 13.SDH iyerarxiyaya malik transmissiya texnologiyalarının qurulma prinsipi araşdırılır Mühazirə
- 14.Optik telekommunikasiya sistemlərinin qurulma prinsipləri və istfadə olunan xətti siqnalların strukturu öyrənilir.Mühazirə
- 15.Kommutasiya prosesinin təşkili zamanı istifadə olunan optik-lifli kabellər. Optik-lifli kabellərin təsnifatı, veriliş üsulları və tətbiq sahələrinə görə təsnifatı aparılır.Mühazirə
Ədəbiyyat
- 1. Abbasov Ə.M., Hüseynov B.I., Kişiyev X.F. Müasir rabitə şəbəkələri. Bakı, “Adiloğlu”, 2009. -368s. 2. Abbasov Ə.M., Hüseynov B.I., Kişiyev X.F. IP telefon rabitəsi. Bakı, Elm, 2006. -440s. 3. Mansurov, T.M. Çoxkanallı telekommunikasiya sistemləri. Ali məktəblər üçün dərslik. –Bakı, 2009. -335 s. 4. Mansurov, T.M., Qulakov, İ.R., Zeneviç, A.O. Optik telekommunikasiya sistemlərinin elmi məsələləri. Ali məktəblər üçün dərslik. -Bakı, AzTU, 2021. -336s. 5. Системы коммутации: учебник / Б. С. Гольдштейн. -СПб. : БХВ- Санкт-Петербург, 2003. – 318 c. 6. Кулябов Д.С., Королькова А.В. Архитектура и принципы построения современных сетей и систем телекоммуникаций: Учеб. пособие. -М.: РУДН, 2008. -463 с.: ил.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |