Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Müasir Telekommunikasiya TexnologiyalarıMövzu planı

MM-10076 kreditPayız semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

16 mövzu
  1. 1. Dövlət müstəqilliyinin bərpa edilməsi. Azərbaycan-Ermənistan müharibəsinin ilkin dövrü.

    Məşğələ

    XX əsrin 90-cı illərində Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi prosesini, müstəqil dövlət quruculuğunun əsas mərhələlərini öyrənir. Bununla bərabər Ermənistan-Azərbaycan münaqişəsi gedişində baş verən hərbi-siyasi hadisələr və onların ölkənin sonrakı inkişafına təsiri nəzərdən keçirilir.

    Mövzu təlim nəticələri

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
  2. 2. Mövzu 22. Elmi-tədqiqat mövzusu üzrə icmal məqalələrin hazırlanması və növləri. Elmi işlər barədə təqdimatların hazırlanması. Dissertasiyanın tərtibi qaydaları. Yazılı işgüzar ünsiyyətin mədəniyyətlərarası ölçüsü

    Mühazirə

    Bu mövzuda elmi-tədqiqat fəaliyyətinin əsas mərhələləri, icmal məqalələrin hazırlanması metodikası, elmi təqdimatların planlaşdırılması və təqdim olunması qaydaları öyrədilir. Dissertasiyanın struktur elementləri, elmi üslubun tələbləri və akademik yazının beynəlxalq standartları izah edilir. Yazılı işgüzar ünsiyyətdə mədəniyyətlərarası fərqlər və beynəlxalq akademik kommunikasiya prinsipləri praktik nümunələr əsasında təhlil olunur.

    Mövzu təlim nəticələri

    • • FTN4: İxtisas üzrə işgüzar ünsiyyətin informasiya mübadiləsi funksiyası və əsas kommunikativ prinsipləri mənimsənilir və praktik kommunikasiya prosesində tətbiq edilir.
    • • FTN7: Qeyri-verbal kommunikasiya vasitələrinin, o cümlədən mimika, jest və bədən dilinin funksional xüsusiyyətləri təhlil edilir və ünsiyyət prosesində adekvat tətbiqi təmin olunur..
    • • FTN6: İxtisas üzrə işgüzar monoloji nitqin janr xüsusiyyətləri mənimsənilir və fikirlərin məntiqi, ardıcıl və məqsədyönlü ifadəsi təmin edilir.
    • • FTN5: İxtisas üzrə işgüzar dialoq janrlarının struktur, funksional və kommunikativ xüsusiyyətləri mənimsənilir və situativ ünsiyyətdə tətbiq edilir.
    • • FTN8: İxtisas üzrə işgüzar münasibətlərdə etik normalar, subordinasiya prinsipləri və psixoloji ünsiyyət mexanizmləri mənimsənilir və praktik situasiyalarda tətbiq edilir.
    • • FTN10: Mədəniyyətlərarası kommunikasiyanın xüsusiyyətləri nəzərə alınır və müxtəlif sosial-mədəni mühitlərdə adekvat şifahi ünsiyyət strategiyaları tətbiq edilir.
    • • FTN11: İxtisas üzrə yazılı işgüzar kommunikasiya normaları və sənədlərin funksional xüsusiyyətləri mənimsənilir və müvafiq sənədlərin düzgün tərtibi təmin edilir.
    • • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.
    • • FTN2: İxtisas üzrə işgüzar üslubun leksik, qrammatik və sintaktik xüsusiyyətləri müəyyənləşdirilir və müxtəlif kommunikativ situasiyalarda düzgün tətbiq edilir. Peşəkar fəaliyyətə uyğun şifahi və yazılı kommunikasiya vasitələrindən, peşə etikası və etiket normalarından səmərəli istifadə bacarığı formalaşdırılır.
    • • FTN3: İxtisas üzrə işgüzar ünsiyyətin informasiya mübadiləsi funksiyası və əsas kommunikativ prinsipləri mənimsənilir və praktik kommunikasiya prosesində tətbiq edilir.
    • • FTN9: İxtisas üzrə layihənin hazırlanması, strukturlaşdırılması, logistik təminatı və təqdimatı üzrə kommunikativ və təşkilati bacarıqlar formalaşdırılır.
  3. 3. Müasir telekommunikasiya texnologiyaları və xidmətlər. Bu mövzu fənnə giriş məqsədi daşıyır və müasir telekommunikasiya texnologiyaları barədə ümumi məlumatlar öyrənilir.

    Mühazirə
  4. 4. Sahəvi beynəlxalq qurumlar və normativ sənədlər. Bu mövzuda telekommunikasiya sahəsi üzrə müxtəlif qərarları, sənədləri, tövsiyələri qəbul edən qurumlar və normativ sənədlər barədə məlumatlar öyrənilir.

    Mühazirə
  5. 5. Wi-Fi standartı, Li-Fi texnologiyası. Bu mövzuda standartların üstünlükləri və çatışmazlıqları, onların tətbiq sahələri, yeni versiyaları öyrənilir, texnologiyaların müqayisəsi aparılır.

    Mühazirə
  6. 6. GPON texnologiyası. Bu mövzuda texnologiyanın gətirdiyi üstünlüklər və çatışmazlıqlar, tətbiq sahələri, öyrənilir, texnologiyaların müqayisəsi aparılır.

    Mühazirə
  7. 7. GSM, UMTS və LTE mobil rabitə texnologiyaları. Bu mövzuda texnologiyanın yaranma tarixi, tətbiq sahələri, gətirdiyi üstünlüklər öyrənilir, standartlarası müqayisələr aparılır.

    Mühazirə
  8. 8. 5G standartı. Bu mövzuda texnologiyanın yaranma tarixi, tətbiq sahələri, gətirdiyi üstünlüklər öyrənilir, özündən əvvəl gələn texnologiyalar ilə müqayisəsi aparılır.

    Mühazirə
  9. 9. Bluetooth və Zigbee texnologiyaları. Bu mövzuda standartların üstünlükləri və çatışmazlıqları, onların tətbiq sahələri, yeni versiyaları öyrənilir, texnologiyaların müqayisəsi aparılır.

    Mühazirə
  10. 10. Rəqəmsal radioyayım texnologiyaları (DAB/DAB+, DRM/DRM+). Bu mövzuda yayım texnologiyalarında günün texnoloji trendləri, onların dünyada tətbiqi və əvəzləyəcəyi texnologiyalar öyrənilir.

    Mühazirə
  11. 11. Rəqəmsal televiziya yayımı texnologiyaları DVB-T/T2, DVB-S/S2, DVB-C/C2 və IPTV. Bu mövzuda yayım texnologiyalarında günün texnoloji trendləri, onların dünyada tətbiqi və əvəzləyəcəyi texnologiyalar öyrənilir.

    Mühazirə
  12. 12. Müasir radiomonitorinq sistemləri, onların telekommunikasiya sektorunda rolu. Bu mövzuda müxtəlif tipli radiomonitorinq avadanlıqları, onların təyinatı və telekommunikasiya sektorundakı əhəmiyyəti öyrənilir.

    Mühazirə
  13. 13. Qlobal mövqe təyinetmə sistemləri. Bu mövzuda dünyada tətbiq edilən sistemlər, peyklər, onların tətbiq və xidmət sahələri, istifadə edilən son istifadəçi qurğularının növləri öyrənilir.

    Mühazirə
  14. 14. Geostasionar və aşağı orbitli peyklər. Bu mövzuda müxtəlif təyinatlı peyklər, onların imkanlıqları və tətbiq sahələri öyrənilir.

    Mühazirə
  15. 15. Peyk rabitəsi. Bu mövzuda peyk rabitəsində istifadə edilən sistemlər və qurğular, son istifadəçi terminalları barədə məlumatlar öyrənilir.

    Mühazirə
  16. 16. Bulud texnologiyaları. Bu mövzuda texnologiyanın gətirdiyi texnoloji, iqtisadi və s. üstünlüklər, tətbiq sahələri, Hökumət buludu kimi məsələlər öyrənilir.atlar öyrənilir.

    Mühazirə