Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Müasir Telekommunikasiya TexnologiyalarıSillabus

MM-10076 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-1007
Kredit
6
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat -seminar
Auditoriyadan kənar saatlar
a) 90 saat - TSİ b) 45 saat – MRTSİ

Fənn haqqında

Proqram çərçivəsində “Müasir telekommunikasiya texnologiyaları və xidmətlər”, “Beynəlxalq qurumlar və normativ sənədlər”, “Wi-Fi standartı, Li-Fi texnologiyası”, “GPON texnologiyası”, “GSM, UMTS və LTE mobil rabitə texnologiyaları”, “5G standartı”, “Bluetooth və Zigbee texnologiyaları”, “Rəqəmsal radioyayım texnologiyaları (DAB/DAB+, DRM/DRM+)”, “Rəqəmsal televiziya yayımı texnologiyaları DVB-T/T2, DVB-S/S2, DVB-C/C2 və IPTV”, “Müasir radiomonitorinq sistemləri, onların telekommunikasiya sektorunda rolu”, “Qlobal mövqe təyinetmə sistemləri”, “Geostasionar və aşağı orbitli peyklər”, “Peyk rabitəsi”, “Bulud texnologiyaları” və “Radiorele rabitəsi” mövzuları əhatə olunur.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: CLO1 Müasir telekommunikasiya texnologiyalarının əsas prinsiplərini, inkişaf istiqamətlərini və tətbiq sahələrini izah edir. CLO2 4G, 5G və 6G mobil rabitə texnologiyalarının xüsusiyyətlərini, arxitekturasını və imkanlarını müqayisə edir. CLO3 Fiber-optik, simsiz və genişzolaqlı rabitə texnologiyalarının iş prinsiplərini və texniki xüsusiyyətlərini təhlil edir. CLO4 Əşyaların interneti (IoT), maşınlararası kommunikasiya (M2M) və sensor şəbəkələrinin telekommunikasiya sistemlərində tətbiqini izah edir. CLO5 SDN, NFV və bulud texnologiyalarının telekommunikasiya şəbəkələrinin idarə olunması və optimallaşdırılmasında rolunu qiymətləndirir. CLO6 Müasir telekommunikasiya sistemlərində süni intellekt və böyük verilənlər texnologiyalarının tətbiq imkanlarını müəyyən edir. CLO7 Telekommunikasiya texnologiyalarının fəaliyyətini sürət, gecikmə, etibarlılıq və xidmət keyfiyyəti göstəricilərinə əsasən qiymətləndirir. CLO8 Müasir telekommunikasiya sistemlərində yaranan texniki problemləri təhlil edir və şəbəkələrin səmərəliliyinin artırılması üçün uyğun texnoloji həllər təklif edir.

Mövzu planı

  1. 1.
    Dövlət müstəqilliyinin bərpa edilməsi. Azərbaycan-Ermənistan müharibəsinin ilkin dövrü.Məşğələ

    XX əsrin 90-cı illərində Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi prosesini, müstəqil dövlət quruculuğunun əsas mərhələlərini öyrənir. Bununla bərabər Ermənistan-Azərbaycan münaqişəsi gedişində baş verən hərbi-siyasi hadisələr və onların ölkənin sonrakı inkişafına təsiri nəzərdən keçirilir.

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
  2. 2.
    Mövzu 22. Elmi-tədqiqat mövzusu üzrə icmal məqalələrin hazırlanması və növləri. Elmi işlər barədə təqdimatların hazırlanması. Dissertasiyanın tərtibi qaydaları. Yazılı işgüzar ünsiyyətin mədəniyyətlərarası ölçüsüMühazirə

    Bu mövzuda elmi-tədqiqat fəaliyyətinin əsas mərhələləri, icmal məqalələrin hazırlanması metodikası, elmi təqdimatların planlaşdırılması və təqdim olunması qaydaları öyrədilir. Dissertasiyanın struktur elementləri, elmi üslubun tələbləri və akademik yazının beynəlxalq standartları izah edilir. Yazılı işgüzar ünsiyyətdə mədəniyyətlərarası fərqlər və beynəlxalq akademik kommunikasiya prinsipləri praktik nümunələr əsasında təhlil olunur.

    • • FTN4: İxtisas üzrə işgüzar ünsiyyətin informasiya mübadiləsi funksiyası və əsas kommunikativ prinsipləri mənimsənilir və praktik kommunikasiya prosesində tətbiq edilir.
    • • FTN7: Qeyri-verbal kommunikasiya vasitələrinin, o cümlədən mimika, jest və bədən dilinin funksional xüsusiyyətləri təhlil edilir və ünsiyyət prosesində adekvat tətbiqi təmin olunur..
    • • FTN6: İxtisas üzrə işgüzar monoloji nitqin janr xüsusiyyətləri mənimsənilir və fikirlərin məntiqi, ardıcıl və məqsədyönlü ifadəsi təmin edilir.
    • • FTN5: İxtisas üzrə işgüzar dialoq janrlarının struktur, funksional və kommunikativ xüsusiyyətləri mənimsənilir və situativ ünsiyyətdə tətbiq edilir.
    • • FTN8: İxtisas üzrə işgüzar münasibətlərdə etik normalar, subordinasiya prinsipləri və psixoloji ünsiyyət mexanizmləri mənimsənilir və praktik situasiyalarda tətbiq edilir.
    • • FTN10: Mədəniyyətlərarası kommunikasiyanın xüsusiyyətləri nəzərə alınır və müxtəlif sosial-mədəni mühitlərdə adekvat şifahi ünsiyyət strategiyaları tətbiq edilir.
    • • FTN11: İxtisas üzrə yazılı işgüzar kommunikasiya normaları və sənədlərin funksional xüsusiyyətləri mənimsənilir və müvafiq sənədlərin düzgün tərtibi təmin edilir.
    • • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.
    • • FTN2: İxtisas üzrə işgüzar üslubun leksik, qrammatik və sintaktik xüsusiyyətləri müəyyənləşdirilir və müxtəlif kommunikativ situasiyalarda düzgün tətbiq edilir. Peşəkar fəaliyyətə uyğun şifahi və yazılı kommunikasiya vasitələrindən, peşə etikası və etiket normalarından səmərəli istifadə bacarığı formalaşdırılır.
    • • FTN3: İxtisas üzrə işgüzar ünsiyyətin informasiya mübadiləsi funksiyası və əsas kommunikativ prinsipləri mənimsənilir və praktik kommunikasiya prosesində tətbiq edilir.
    • • FTN9: İxtisas üzrə layihənin hazırlanması, strukturlaşdırılması, logistik təminatı və təqdimatı üzrə kommunikativ və təşkilati bacarıqlar formalaşdırılır.
  3. 3.
    Müasir telekommunikasiya texnologiyaları və xidmətlər. Bu mövzu fənnə giriş məqsədi daşıyır və müasir telekommunikasiya texnologiyaları barədə ümumi məlumatlar öyrənilir.Mühazirə
  4. 4.
    Sahəvi beynəlxalq qurumlar və normativ sənədlər. Bu mövzuda telekommunikasiya sahəsi üzrə müxtəlif qərarları, sənədləri, tövsiyələri qəbul edən qurumlar və normativ sənədlər barədə məlumatlar öyrənilir.Mühazirə
  5. 5.
    Wi-Fi standartı, Li-Fi texnologiyası. Bu mövzuda standartların üstünlükləri və çatışmazlıqları, onların tətbiq sahələri, yeni versiyaları öyrənilir, texnologiyaların müqayisəsi aparılır.Mühazirə
  6. 6.
    GPON texnologiyası. Bu mövzuda texnologiyanın gətirdiyi üstünlüklər və çatışmazlıqlar, tətbiq sahələri, öyrənilir, texnologiyaların müqayisəsi aparılır.Mühazirə
  7. 7.
    GSM, UMTS və LTE mobil rabitə texnologiyaları. Bu mövzuda texnologiyanın yaranma tarixi, tətbiq sahələri, gətirdiyi üstünlüklər öyrənilir, standartlarası müqayisələr aparılır.Mühazirə
  8. 8.
    5G standartı. Bu mövzuda texnologiyanın yaranma tarixi, tətbiq sahələri, gətirdiyi üstünlüklər öyrənilir, özündən əvvəl gələn texnologiyalar ilə müqayisəsi aparılır.Mühazirə
  9. 9.
    Bluetooth və Zigbee texnologiyaları. Bu mövzuda standartların üstünlükləri və çatışmazlıqları, onların tətbiq sahələri, yeni versiyaları öyrənilir, texnologiyaların müqayisəsi aparılır.Mühazirə
  10. 10.
    Rəqəmsal radioyayım texnologiyaları (DAB/DAB+, DRM/DRM+). Bu mövzuda yayım texnologiyalarında günün texnoloji trendləri, onların dünyada tətbiqi və əvəzləyəcəyi texnologiyalar öyrənilir.Mühazirə
  11. 11.
    Rəqəmsal televiziya yayımı texnologiyaları DVB-T/T2, DVB-S/S2, DVB-C/C2 və IPTV. Bu mövzuda yayım texnologiyalarında günün texnoloji trendləri, onların dünyada tətbiqi və əvəzləyəcəyi texnologiyalar öyrənilir.Mühazirə
  12. 12.
    Müasir radiomonitorinq sistemləri, onların telekommunikasiya sektorunda rolu. Bu mövzuda müxtəlif tipli radiomonitorinq avadanlıqları, onların təyinatı və telekommunikasiya sektorundakı əhəmiyyəti öyrənilir.Mühazirə
  13. 13.
    Qlobal mövqe təyinetmə sistemləri. Bu mövzuda dünyada tətbiq edilən sistemlər, peyklər, onların tətbiq və xidmət sahələri, istifadə edilən son istifadəçi qurğularının növləri öyrənilir.Mühazirə
  14. 14.
    Geostasionar və aşağı orbitli peyklər. Bu mövzuda müxtəlif təyinatlı peyklər, onların imkanlıqları və tətbiq sahələri öyrənilir.Mühazirə
  15. 15.
    Peyk rabitəsi. Bu mövzuda peyk rabitəsində istifadə edilən sistemlər və qurğular, son istifadəçi terminalları barədə məlumatlar öyrənilir.Mühazirə
  16. 16.
    Bulud texnologiyaları. Bu mövzuda texnologiyanın gətirdiyi texnoloji, iqtisadi və s. üstünlüklər, tətbiq sahələri, Hökumət buludu kimi məsələlər öyrənilir.atlar öyrənilir.Mühazirə

Ədəbiyyat

  1. 1. F. H. Məmmədov, Ə. D. Tağıyev, R. H. Hüseynov. Telekommunikasiya texnologiyaları. Dərs vəsaiti. Bakı 2014. 205 s. 2. Naqilsiz rabitə texnologiyaları. Ə. Məmmədov, İ. Məmmədov, E. Gözəlov 3. Müasir rabitə şəbəkələri. Ə.M. Abbasov, B.İ. Hüseynov, X.F. Kişiyev. 4. Mobil rabitə sistemləri, U.S. Kəngərli – Bakı-2002 5. DIGITAL AUDIO BROADCASTING, JAN VAN KATWIJK, received: 5 June 2021; revised: 22 August 2021; accepted: 18 August 2021; published online: 30 November 2021 6. ƏHƏDOV İLHAM, HÜSEYNOV PƏRVİZ, VƏLİYEV ANAR, ŞƏMŞİYEVA REYHAN. ÖLKƏ ƏRAZİSİNDƏ RADİOMONİTORİNQ İŞLƏRİNİN TƏŞKİLİNİN ÜMUMİ PRİNSİPLƏRİ. E-ISSN: 2674-5224, DOI: 10.36962/PAHTEI4308022024-05, VOLUME 43 (05) ISSUE 08-02 2024, CİLD 43 (05) BURAXILIŞ 08-02 2024, səhifə 41-58 7. А.С.Немировский. «Радиорелейные и спутниковые системы передачи». Радио и связь, 1986. 8. AzInTelecom MMC. (2024). Hökumət Buludu layihəsi üzrə texniki təhlil və təhlükəsizlik prinsipləri. Bakı: Rəsmi Hesabat. 9. Saleh, A. (2016). FTTH Access Network Based on GPON. National Telecommuunication Institute, October.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5