Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Müasir Telekommunikasiya Texnologiyaları
Fənn haqqında
Kredit
6
İş yükü
90saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Proqram çərçivəsində “Müasir telekommunikasiya texnologiyaları və xidmətlər”, “Beynəlxalq qurumlar və normativ sənədlər”, “Wi-Fi standartı, Li-Fi texnologiyası”, “GPON texnologiyası”, “GSM, UMTS və LTE mobil rabitə texnologiyaları”, “5G standartı”, “Bluetooth və Zigbee texnologiyaları”, “Rəqəmsal radioyayım texnologiyaları (DAB/DAB+, DRM/DRM+)”, “Rəqəmsal televiziya yayımı texnologiyaları DVB-T/T2, DVB-S/S2, DVB-C/C2 və IPTV”, “Müasir radiomonitorinq sistemləri, onların telekommunikasiya sektorunda rolu”, “Qlobal mövqe təyinetmə sistemləri”, “Geostasionar və aşağı orbitli peyklər”, “Peyk rabitəsi”, “Bulud texnologiyaları” və “Radiorele rabitəsi” mövzuları əhatə olunur.
Fənn təlim nəticələri
CLO 1: CLO1 Müasir telekommunikasiya texnologiyalarının əsas prinsiplərini, inkişaf istiqamətlərini və tətbiq sahələrini izah edir. CLO2 4G, 5G və 6G mobil rabitə texnologiyalarının xüsusiyyətlərini, arxitekturasını və imkanlarını müqayisə edir. CLO3 Fiber-optik, simsiz və genişzolaqlı rabitə texnologiyalarının iş prinsiplərini və texniki xüsusiyyətlərini təhlil edir. CLO4 Əşyaların interneti (IoT), maşınlararası kommunikasiya (M2M) və sensor şəbəkələrinin telekommunikasiya sistemlərində tətbiqini izah edir. CLO5 SDN, NFV və bulud texnologiyalarının telekommunikasiya şəbəkələrinin idarə olunması və optimallaşdırılmasında rolunu qiymətləndirir. CLO6 Müasir telekommunikasiya sistemlərində süni intellekt və böyük verilənlər texnologiyalarının tətbiq imkanlarını müəyyən edir. CLO7 Telekommunikasiya texnologiyalarının fəaliyyətini sürət, gecikmə, etibarlılıq və xidmət keyfiyyəti göstəricilərinə əsasən qiymətləndirir. CLO8 Müasir telekommunikasiya sistemlərində yaranan texniki problemləri təhlil edir və şəbəkələrin səmərəliliyinin artırılması üçün uyğun texnoloji həllər təklif edir.