Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Rəqəmsal Televiziya və Video Yayım Texnologiyaları
Fənn haqqında
Kredit
6
İş yükü
1saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənn rəqəmsal televiziya və video yayım sistemlərinin qurulması, fəaliyyət prinsipləri və müasir yayım texnologiyalarının tətbiqi xüsusiyyətlərini öyrənir. Fənn çərçivəsində rəqəmsal televiziya sistemlərinin əsasları, video və audio siqnalların rəqəmsallaşdırılması, sıxılması və kodlaşdırılması, rəqəmsal modulyasiya üsulları, siqnalların ötürülməsi və qəbulu prinsipləri araşdırılır. Yerüstü rəqəmsal televiziya (DVB-T/T2), peyk (DVB-S/S2), kabel (DVB-C/C2) və internet üzərindən televiziya (IPTV, OTT) texnologiyalarının iş prinsipləri, eləcə də MPEG standartları, video axınlarının idarə edilməsi, adaptiv bit sürətli yayım (ABR), video keyfiyyətinin qiymətləndirilməsi və yayım şəbəkələrinin layihələndirilməsi məsələləri nəzərdən keçirilir. Həmçinin müasir video yayım sistemlərində şəbəkə resurslarından səmərəli istifadə, ötürmə gecikmələrinin azaldılması, xidmət keyfiyyətinin (QoS) və istifadəçi təcrübəsinin (QoE) yaxşılaşdırılması üsulları öyrənilir.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.