Subject · Electronics, telecommunications and radio engineering
Rəqəmsal televiziya və video yayım texnologiyaları
About this subject
Credits
6
Workload
1hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Bu fənn rəqəmsal televiziya və video yayım sistemlərinin qurulması, fəaliyyət prinsipləri və müasir yayım texnologiyalarının tətbiqi xüsusiyyətlərini öyrənir. fənn çərçivəsində rəqəmsal televiziya sistemlərinin əsasları, video və audio siqnalların rəqəmsallaşdırılması, sıxılması və kodlaşdırılması, rəqəmsal modulyasiya üsulları, siqnalların ötürülməsi və qəbulu prinsipləri araşdırılır. yerüstü rəqəmsal televiziya (dvb-t/t2), peyk (dvb-s/s2), kabel (dvb-c/c2) və internet üzərindən televiziya (iptv, ott) texnologiyalarının iş prinsipləri, eləcə də MPEG standartları, video axınlarının idarə edilməsi, adaptiv bit sürətli yayım (abr), video keyfiyyətinin qiymətləndirilməsi və yayım şəbəkələrinin layihələndirilməsi məsələləri nəzərdən keçirilir. həmçinin müasir video yayım sistemlərində şəbəkə resurslarından səmərəli istifadə, ötürmə gecikmələrinin azaldılması, xidmət keyfiyyətinin (qos) və istifadəçi təcrübəsinin (qoe) yaxşılaşdırılması üsulları öyrənilir.
Course learning outcomes
No learning outcomes have been added.