Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Şəbəkənin idarə edilməsində süni intellekt və maşın öyrənməsiMövzu planı

İFS6 kreditPayız semestriMəcburi2026-2027

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. Süni İntellekt və Maşın Öyrənməsinə Giriş: Telekommunikasiya Şəbəkələrində Tətbiqlər

    Mühazirə

    Süni intellekt (AI) və maşın öyrənməsinin (ML) əsas anlayışları, metodları və telekommunikasiya şəbəkələrində tətbiq istiqamətləri araşdırılır.

  2. 2. Nəzarətli Öyrənmə: Təsnifat və Reqressiya Modelləri

    Mühazirə

    Nəzarətli öyrənmənin mahiyyəti, təsnifat və reqressiya məsələləri, əsas alqoritmlər, modelin təlimi və performans göstəriciləri öyrənilir.

  3. 3. Telekommunikasiya şəbəkələrində məlumatların toplanması və hazırlanması

    Mühazirə

    Şəbəkələrdən məlumatların toplanması, məlumat mənbələri, verilənlərin təmizlənməsi, normallaşdırılması, xüsusiyyətlərin seçilməsi və ML üçün məlumat dəstlərinin hazırlanması öyrənilir.

  4. 4. Nəzarətsiz Öyrənmə: Klasterləşdirmə və Anomaliyaların Aşkarlanması

    Mühazirə

    Nəzarətsiz öyrənmənin prinsipləri, klasterləşdirmə alqoritmləri və telekommunikasiya şəbəkələrində anomaliyaların aşkarlanması üsulları araşdırılır.

  5. 5. Maşın Öyrənməsinin Əsasları və Telekommunikasiya Məlumatlarına Tətbiqi

    Mühazirə

    Maşın öyrənməsinin əsas prinsipləri, öyrənmə mərhələləri, modelin təlimi və qiymətləndirilməsi, telekommunikasiya məlumatlarına ML yanaşmalarının tətbiqi araşdırılır.

  6. 6. Dərin Öyrənmə və Neyron Şəbəkələri

    Süni neyron şəbəkələrinin quruluşu, dərin öyrənmə prinsipləri, təlim prosesi və telekommunikasiya məsələlərində dərin öyrənmə modellərinin tətbiqi öyrənilir.

  7. 7. Telekommunikasiya Şəbəkələrinin KPI-larının Təhlili və Performans Proqnozlaşdırılması

    Mühazirə

    Şəbəkə KPI-larının mahiyyəti, performans göstəricilərinin təhlili, zaman sıraları və ML modellərindən istifadə etməklə şəbəkə performansının proqnozlaşdırılması araşdırılır.

  8. 8. AI əsaslı Radio Şəbəkə Planlaşdırılması və Optimallaşdırılması

    Mühazirə

    Radio şəbəkələrin planlaşdırılmasında AI metodlarının tətbiqi, baza stansiyalarının yerləşdirilməsi, radio resurslarının optimallaşdırılması və əhatə dairəsinin yaxşılaşdırılması məsələləri öyrənilir.

  9. 9. Trafik Analizi və Şəbəkə Yükünün Proqnozlaşdırılması

    Mühazirə

    Telekommunikasiya trafikinin xüsusiyyətləri, trafik nümunələrinin analizi, şəbəkə yükünün modelləşdirilməsi və ML əsasında trafik proqnozlaşdırılması öyrənilir.

  10. 10. Reinforcement Learning və Şəbəkə Resurslarının Dinamik İdarə Edilməsi

    Mühazirə

    Gücləndirici öyrənmənin (Reinforcement Learning) əsas prinsipləri, agent, mühit, vəziyyət, fəaliyyət və mükafat anlayışları, şəbəkə resurslarının dinamik idarə edilməsində tətbiqi araşdırılır.

  11. 11. Nasazlıqların Aşkarlanması, Diaqnostikası və Proqnozlaşdırıcı Texniki Xidmət

    Mühazirə

    Şəbəkə nasazlıqlarının avtomatik aşkarlanması, səbəblərinin müəyyənləşdirilməsi, proqnozlaşdırıcı texniki xidmət və AI əsaslı diaqnostika üsulları araşdırılır.

  12. 12. AI əsaslı 5G/5G-Advanced Şəbəkələrinin İdarə Edilməsi və O-RAN

    Mühazirə

    5G və 5G-Advanced şəbəkələrində AI tətbiqləri, şəbəkə idarəetməsi, avtomatlaşdırma, RAN optimallaşdırılması və Open RAN (O-RAN) konsepsiyası öyrənilir.

  13. 13. Generativ Süni İntellekt, Böyük Dil Modelləri və AIOps-in Telekommunikasiya Şəbəkələrində Tətbiqi

    Mühazirə

    Generativ AI, böyük dil modelləri (LLM) və AIOps anlayışları, onların şəbəkə monitorinqi, əməliyyatların avtomatlaşdırılması, texniki dəstək və qərar qəbuletmədə tətbiqi araşdırılır.

  14. 14. Avtonom Şəbəkələr, Intent-Based Networking və 6G üçün Süni İntellekt

    Mühazirə

    Avtonom və özünüidarə edən şəbəkələrin prinsipləri, Intent-Based Networking yanaşması, avtomatik qərar qəbuletmə və 6G şəbəkələrində AI texnologiyalarının perspektivləri araşdırılır.

  15. 15. Şəbəkə Təhlükəsizliyi, Kibertəhdidlərin Aşkarlanması və AI əsaslı Təhlükəsizlik

    Mühazirə

    Telekommunikasiya şəbəkələrində kibertəhdidlər, hücumların aşkarlanması, anomaliya analizi, AI/ML əsaslı təhlükəsizlik mexanizmləri və təhlükəsizlik monitorinqi öyrənilir.