Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Şəbəkənin idarə edilməsində süni intellekt və maşın öyrənməsiSillabus

İFS6 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS
Kredit
6
Tələbənin iş yükü
0
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar
Auditoriyadan kənar saatlar
a) 90 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

Fənn çərçivəsində müasir kompüter və telekommunikasiya şəbəkələrinin idarə edilməsində süni intellekt və maşın öyrənməsi yanaşmalarının nəzəri və praktiki əsasları araşdırılır. Tələbələr şəbəkə trafikinin təhlili, anomaliyaların və nasazlıqların aşkarlanması, resursların optimal bölüşdürülməsi, trafik proqnozlaşdırılması, şəbəkə performansının optimallaşdırılması və kibertəhlükəsizlik məsələlərinin həllində maşın öyrənməsi alqoritmlərindən istifadəni öyrənirlər.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • seminar
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Süni İntellekt və Maşın Öyrənməsinə Giriş: Telekommunikasiya Şəbəkələrində TətbiqlərMühazirə

    Süni intellekt (AI) və maşın öyrənməsinin (ML) əsas anlayışları, metodları və telekommunikasiya şəbəkələrində tətbiq istiqamətləri araşdırılır.

  2. 2.
    Nəzarətli Öyrənmə: Təsnifat və Reqressiya ModelləriMühazirə

    Nəzarətli öyrənmənin mahiyyəti, təsnifat və reqressiya məsələləri, əsas alqoritmlər, modelin təlimi və performans göstəriciləri öyrənilir.

  3. 3.
    Telekommunikasiya şəbəkələrində məlumatların toplanması və hazırlanmasıMühazirə

    Şəbəkələrdən məlumatların toplanması, məlumat mənbələri, verilənlərin təmizlənməsi, normallaşdırılması, xüsusiyyətlərin seçilməsi və ML üçün məlumat dəstlərinin hazırlanması öyrənilir.

  4. 4.
    Nəzarətsiz Öyrənmə: Klasterləşdirmə və Anomaliyaların AşkarlanmasıMühazirə

    Nəzarətsiz öyrənmənin prinsipləri, klasterləşdirmə alqoritmləri və telekommunikasiya şəbəkələrində anomaliyaların aşkarlanması üsulları araşdırılır.

  5. 5.
    Maşın Öyrənməsinin Əsasları və Telekommunikasiya Məlumatlarına TətbiqiMühazirə

    Maşın öyrənməsinin əsas prinsipləri, öyrənmə mərhələləri, modelin təlimi və qiymətləndirilməsi, telekommunikasiya məlumatlarına ML yanaşmalarının tətbiqi araşdırılır.

  6. 6.
    Dərin Öyrənmə və Neyron Şəbəkələri

    Süni neyron şəbəkələrinin quruluşu, dərin öyrənmə prinsipləri, təlim prosesi və telekommunikasiya məsələlərində dərin öyrənmə modellərinin tətbiqi öyrənilir.

  7. 7.
    Telekommunikasiya Şəbəkələrinin KPI-larının Təhlili və Performans ProqnozlaşdırılmasıMühazirə

    Şəbəkə KPI-larının mahiyyəti, performans göstəricilərinin təhlili, zaman sıraları və ML modellərindən istifadə etməklə şəbəkə performansının proqnozlaşdırılması araşdırılır.

  8. 8.
    AI əsaslı Radio Şəbəkə Planlaşdırılması və OptimallaşdırılmasıMühazirə

    Radio şəbəkələrin planlaşdırılmasında AI metodlarının tətbiqi, baza stansiyalarının yerləşdirilməsi, radio resurslarının optimallaşdırılması və əhatə dairəsinin yaxşılaşdırılması məsələləri öyrənilir.

  9. 9.
    Trafik Analizi və Şəbəkə Yükünün ProqnozlaşdırılmasıMühazirə

    Telekommunikasiya trafikinin xüsusiyyətləri, trafik nümunələrinin analizi, şəbəkə yükünün modelləşdirilməsi və ML əsasında trafik proqnozlaşdırılması öyrənilir.

  10. 10.
    Reinforcement Learning və Şəbəkə Resurslarının Dinamik İdarə EdilməsiMühazirə

    Gücləndirici öyrənmənin (Reinforcement Learning) əsas prinsipləri, agent, mühit, vəziyyət, fəaliyyət və mükafat anlayışları, şəbəkə resurslarının dinamik idarə edilməsində tətbiqi araşdırılır.

  11. 11.
    Nasazlıqların Aşkarlanması, Diaqnostikası və Proqnozlaşdırıcı Texniki XidmətMühazirə

    Şəbəkə nasazlıqlarının avtomatik aşkarlanması, səbəblərinin müəyyənləşdirilməsi, proqnozlaşdırıcı texniki xidmət və AI əsaslı diaqnostika üsulları araşdırılır.

  12. 12.
    AI əsaslı 5G/5G-Advanced Şəbəkələrinin İdarə Edilməsi və O-RANMühazirə

    5G və 5G-Advanced şəbəkələrində AI tətbiqləri, şəbəkə idarəetməsi, avtomatlaşdırma, RAN optimallaşdırılması və Open RAN (O-RAN) konsepsiyası öyrənilir.

  13. 13.
    Generativ Süni İntellekt, Böyük Dil Modelləri və AIOps-in Telekommunikasiya Şəbəkələrində TətbiqiMühazirə

    Generativ AI, böyük dil modelləri (LLM) və AIOps anlayışları, onların şəbəkə monitorinqi, əməliyyatların avtomatlaşdırılması, texniki dəstək və qərar qəbuletmədə tətbiqi araşdırılır.

  14. 14.
    Avtonom Şəbəkələr, Intent-Based Networking və 6G üçün Süni İntellektMühazirə

    Avtonom və özünüidarə edən şəbəkələrin prinsipləri, Intent-Based Networking yanaşması, avtomatik qərar qəbuletmə və 6G şəbəkələrində AI texnologiyalarının perspektivləri araşdırılır.

  15. 15.
    Şəbəkə Təhlükəsizliyi, Kibertəhdidlərin Aşkarlanması və AI əsaslı TəhlükəsizlikMühazirə

    Telekommunikasiya şəbəkələrində kibertəhdidlər, hücumların aşkarlanması, anomaliya analizi, AI/ML əsaslı təhlükəsizlik mexanizmləri və təhlükəsizlik monitorinqi öyrənilir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5