Fənn · Qida mühəndisliyi

Qida sənayesi müəssisələrində texnoloji layihələndirilməSillabus

İF-3545y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3545y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 30 saat - seminar
Auditoriyadan kənar saatlar
a) 90 saat - TSİ b) 30 saat - MRTSİ

Fənn haqqında

“Qida sənayesi müəssisələrində texnoloji layihələndirilmə” fənnini çörəkbişirmə, unlu qənnadı, makaron, ictimai iaşə, ət, süd, balıq və konser və qida konsentratları istehsal edən müəssisənin müxtəlif avadanılqlarla təchizatı, sanitar gigiyena, təhlükəsizlik texnikası qaydalarına riayət olunması nəzərdə tutulmuşdur. Bundan əlavə fənnin tədrisində müəssisənin istehsal sxeminin normativləri, hazır məhsul çıxımının hesablanması, enerji və su təchizatı, əməyin təşkil olunması, mexanikləşdirilməsi və s. nəzərdə tutulmuşdur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Layihələndirilən qida sənayesi müəssisəsinin texnoloji sxemini izah edir.

  2. CLO 2: FTN 2. Qida sənayesinin strukturunu və müəssisələrin tərkibini izah edir.

  3. CLO 3: FTN 3. Müasir texnologiyaların formalaşdırılması və layihə sənədlərinin işlənib hazırlanması qaydalarını, onların tərkibini və məzmununu izah edir.

  4. CLO 4: Selects appropriate methods and controls for the treatment of information security risks, and develops a risk matrix and risk register.

  5. CLO 5: FTN 5. Kurs və diplom layihələrinin hazırlanmasında avtomatlaşdırılmış layihələndirmə metodlarından istifadə etməyi öyrənir.

  6. CLO 6: FTN 6. Texnoloji prosesləri təkmilləşdirməyi, onların səmərəliliyini yüksəltməyi və idarəetməni təşkil etməyi öyrənir.

Mövzu planı

  1. 1.
    Əsas anlayişlar.Texnoloji layihələndirmənin prinsip və metodları.Mühazirə
  2. 2.
    Qida sənaye müəssisələrinin texnoloji layihələndirilməsinin ümumi məsələləriMəşğələ
  3. 3.
    Layihələndirilən müəssisələrin texniki-iqtisadi əsaslandirilmasiMühazirə
  4. 4.
    Layihələndirilən müəssisələrin texniki-iqtisadi əsaslandırılması Məşğələ
  5. 5.
    Layihələndirilən müəssisənin baş planın qurulması metodları.Mühazirə
  6. 6.
    Layihələndirilən müəssisənin baş planı Məşğələ
  7. 7.
    Müəssisənin texnoloji layihələndirilmə metodikasi. Mühazirə
  8. 8.
    Texnoloji layihələndirilmə metodikasi.Texnoloji sxemlər. Xammal, hazır məhsullar, köməkci materiallar və tara hesabatlarıMəşğələ
  9. 9.
    Çörək istehsal edən sənayesi müəssisələrinin texnoloji layihəsi Mühazirə
  10. 10.
    Hazır çörək-bulka məmulatının çıxımının və günlük xammal sərfinin təyini Məşğələ
  11. 11.
    Makaron məmulatları istehsal edən sənaye müəssisələrinin texnoloji layihəsi. Mühazirə
  12. 12.
    Xammalların qəbulu və saxlanması üçün avadanlığın əsaslandırılması və hesablanması Məşğələ
  13. 13.
    Qənnadı məmulatları istehhsal edən sənaye müəssisələrinin texnoloji layihəsiMühazirə
  14. 14.
    Mayanın qəbulu, saxlanması və istehsalata hazırlanması Məşğələ
  15. 15.
    Şəkər sənaye müəssisələrinin texnoloji layihəsi Mühazirə
  16. 16.
    Əlavə xammalların qəbulu, saxlanma anbarları və istehsalata hazırlanma şöbələriMəşğələ
  17. 17.
    İctimai iaşə müssisələri və onların texnoloji layihələndirilməsi Mühazirə
  18. 18.
    Əsas və əlavə xammalların qəbulu, saxlanılma anbarları və istehsalata hazırlanması şöbələrinin uzlaşdırılması Məşğələ
  19. 19.
    Alkaqollu və alkoqolsuz içkilər istehsal edən sənaye müəssisələrinin texnoloji layihəsi.Mühazirə
  20. 20.
    Makaron istehsal edən müəssisələrin əsas avadanlıqların seçilməsi və texnoloji hesabatı Məşğələ
  21. 21.
    Ət və ət məhsulları istehsal edən sənaye müəssisələrinin texnoloji layihəsi Mühazirə
  22. 22.
    İaşə müəssisələrinin texnoloji layihələndirilməsi zamanı köməkçi və məişət otaqlari üçün avadanlıqların hesabatı Məşğələ
  23. 23.
    Balıq və su mənşəli məhsullar istehsal edən sənaye müəssisələrinin texnoloji layihəsi. Mühazirə
  24. 24.
    Iaşə müəssisələrinin texnoloji layihələndirilməsi zamani istehsal və qeyri-istehsal qrupu otaqlarının hesablatıMəşğələ
  25. 25.
    Süd və süd məhsulları istehsal edən sənaye müəssisələrinin texnoloji layihəsi.Mühazirə
  26. 26.
    Şərab istehsal edən müəssisələrdə əsas texnoloji avadanlıqların hesabatı Məşğələ
  27. 27.
    Konserv və qida konsentratları məhsulları istehsal edən sənayesi müəssisələrinin texnoloji layihəsiMühazirə
  28. 28.
    Balıq sənayesi müəssisələrində məhsul hesabatı. Xammal və materialların sərf normasinın hesablanması Məşğələ
  29. 29.
    Qida konsentratları istehsalının texnoloji xətti və xəttə daxil olan avadanlıqlar. Mühazirə
  30. 30.
    Balıq sənayesi müəssisələrində nəqletdirici avadanliqlarin seçilməsi və hesabati Məşğələ

Ədəbiyyat

  1. 1.Qasımova A.A., Bayramov E.Ə. Çörəkbişirmə müəssisələrində xammalların qəbulu, saxlanılma anbarları və istehsalata hazırlanması şöbələrinin layihələndirilməsi: dərs vəsaiti. - Gəncə: Ecoprint, 2021. - 120 s.
  2. 2.Ковалевский, В.И. Проектирование технологического оборудования и линий : учебное пособие для вузов / В.И. Ковалевский. – СПб. : ГИОРД, 2017. – 320 с.
  3. 3.НикуленковаТ. Т., ЯстинаГ. М. Н65 Проектирование предприятий общественного пита- ния. — М.: КолосС, 2016. — 247 с:

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6