Ümumi məlumat
- Fənn kodu
- İF - 3564e
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 90 saat - TSİ b) 30 saat - MRTSİ
Fənn haqqında
Fənnin tədrisi «050635– Qida mühəndisliyi» ixtisası üzrə ixtisaslaşan tələbələrin: • çörək, makaron və unlu qənnadı məmulatlarını istehsalının texnoloji sxemini mənimsəyərək • emal edilən məhsulun keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş mühəndis qərarları verməyi öyrətmək • çörək-bulka, unlu qənnadı və makaron məmulatları üçün xammalın xarakteristikası, bütün istehsal mərhələlərin uyğun gələn məhsulun texnologiyasının xüsusiyyətlərini və xammal, yarımfabrikat və hazır məhsulun keyfiyyət göstəricilərini təyin etməyi öyrənmək. “Çörək, makaron və unulu qənnadı məmulatlarının texnologiyası” fənninin tədrisinin başlıca məqsədi hаzırlаnаn bакаlаvr dərəcəli mütəхəssisə un xammalından alınan müхtəlif növ məmulatların аlınmа tехnоlоgiyаsını, tехnоlоgiyаnın əsаsını təşкil еdən prоsеslərin mаhiyyətini, yеni mütərəqqi tехnоlоji sхеmlərin əsаs prinsiplərini öyrənməкdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- komanda işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Çörək, makaron və unlu qənnadı məmulatlarının istehsalında istifadə olunan xammalın, yardımçı materialların və hazır məhsulların keyfiyyət göstəricilərini, istehsal proseslərinin fiziki-kimyəvi mahiyyətini izah edir.
CLO 2: FTN 2. Çörək, makaron və unlu qənnadı məmulatlarının istehsalının texnoloji sxemlərini, əsas proseslərini, parametr və rejimlərini izah edir.
CLO 3: FTN 3. Müxtəlif keyfiyyətli xammallara uyğun optimal texnoloji rejimləri müəyyənləşdirməyi və istehsal proseslərini idarə etməyi öyrədir.
CLO 4: FTN 4. Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətini sensor və fiziki-kimyəvi üsullarla qiymətləndirməyi, məhsulların saxlanma rejimlərini və qablaşdırma materiallarına olan tələbləri müəyyənləşdirməyi öyrədir.
CLO 5: FTN 5. Yeni çeşidli və funksional təyinatlı qida məhsullarının istehsal texnologiyalarını işləməyi, texnoloji və iqtisadi hesablamaları aparmağı, hazır məhsul çıxımını hesablamağı və texnoloji qərarların səmərəliliyini qiymətləndirməyi öyrədir.
Mövzu planı
- 1.Giriş. Fənnin predmeti məqsədi və əsas xüsusiyyətləri Mühazirə
- 2.Unun nəzərdə tutulmuş normativ sənədlərdən fiziki-kimyəvi göstəricilərinə görə qiymətləndirilməsi Laboratoriya
- 3.Çörəkbişirmə, makaron və unlu qənnadı sənayesi üçün istifadə edilən xammal və materiallar. Mühazirə
- 4.Buğda ununun çörəkbişirmə xassələrinin sınaq üçün labarator bişirmə nəticəsinə görə qiymətləndirilməsi Laboratoriya
- 5.Xəmirin hazırlanma üsullarıMühazirə
- 6.Çovdar ununun çörəkbişirmə xassəsinin qiymətləndirilməsi Laboratoriya
- 7.Xəmirin yoğrulması, yetişməsi və qıcqırmasıMühazirə
- 8.Mayaların keyfiyyətinin tutulmuş normativ sənədlərdən fiziki-kimyəvi göstəricilərinə görə qiymətləndirilməsi Laboratoriya
- 9.Xəmirin bölünməsi. Çörək məmulatlarının bişirilməsiBuğda Mühazirə
- 10.Hazır çörək-bulka məmulatının çıxımının və günlük xammal sərfinin təyini Məşğələ
- 11.Çörək məmulatlarının keyfiyyətinə təsir edən amillər, onun artırılması yolları Mühazirə
- 12.Xammalların qəbulu və saxlanması üçün avadanlığın əsaslandırılması və hesablanması Məşğələ
- 13.Pəhriz məmulatların və aşağı nəmlikli məmulatların texnologiyası Pəhriz Mühazirə
- 14.Mayanın qəbulu, saxlanması və istehsalata hazırlanması Məşğələ
- 15.Makaron xəmirinin hazırlanması və preslənməsiMühazirə
- 16.Əlavə xammalların qəbulu, saxlanma anbarları və istehsalata hazırlanma şöbələriMəşğələ
- 17.Qeyri ənənəvi makaron məmulatları istehsalıMühazirə
- 18.Çörəkbulka məmulatlarının keyfiyyətinin tutulmuş normativ sənədlərdən fiziki-kimyəvi göstəricilərinə görə qiymətləndirilməsi Laboratoriya
- 19.Makaron məmulatlarının qurudulması, stabilləşməsi, soyudulması, sortlaşdırılması, qablaşdırılması və saxlanmasıMühazirə
- 20.Makaron məmulatları üçün keyfiyyətin orqanoleptiki qiymətləndirilməsi və turşuluğun təyini Laboratoriya
- 21.Peçenye, kreker, qalet, unlu şərq şirniyyatlarının istehsal texnologiyasıMühazirə
- 22.Peçenye, kreker, qalet, unlu şərq şirniyyatlarının haırlanma texnologiyasıMəşğələ
- 23.Pryanik istehsalı texnologiyası Mühazirə
- 24.Pryaniklərin hazırlanmasıLaboratoriya
- 25.Vafli istehsalı texnologiyasıMühazirə
- 26.Vafli istehsalı texnologiyası Məşğələ
- 27.Tort və pirojna istehsalı texnologiyasıMühazirə
- 28.Tort və pirojnaların hazırlanması Məşğələ
- 29.Keks, romlu kökə və rulet istehsalı texnologiyasıMühazirə
- 30.Keks, romlu kökə və rulet istehsalı texnologiyası Məşğələ
Ədəbiyyat
- Abbasbəyli G.A., Qlıcov V.Q., İlyasova M.X., “Çörək və makaron məmulatlarının texnologiyası” kursundan laboratoriya işləri. – İqtisad Universiteti, Bakı 2010
- G.A.Abbasbəyli, F.R.Zeynalova, S.İ.Məhərrəmova. İ.H.Kazımova“Çörək, makaron və unlu qənnadı məmulatlarının texnologiyası “İqtisad Universiteti” 2017
- Nəsrullayeva G.M. “Çörək, makaron və unlu qənnadı məmulatları istehsalının texnologiyası” dərs vəsiti Bakı, “İqtisad Universiteti” nəşriyyatı, Bakı 2016. 110 səh
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |