Bakalavr proqramı

Mexanikamühəndisliyi-bakalavrTəlim məqsədləri

Bakalavr050628Maşınqayırma və MetallurgiyaMexanika33 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

6 PLO
  1. PLO 1PLO-49659

    PTN-1. İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; İxtisası üzrə ən azı bir xarici dildə (ingilis dili daha məqsədəuyğundur) kommunikasiya bacarıqlarına;

  2. PLO 2PLO-46651

    PTN-2. Azərbaycan tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə; milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;

  3. PLO 3PLO-83271

    PTN-3. İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə; Peşə fəaliyyətində təbiət elmlərinin əsas qanunlarından, riyazi metodlardan və tədqiqat sınaqlarında modelləşdirmədən istifadə bacarığına

  4. PLO 4PLO-72940

    PTN-4. Mexanika mühəndisliyinin yeni nümunələrinin layihələrinin işlənməsində informasiya texnologiyalarından istifadə etmə bacarığına; informasiya texnologiyaları sahəsindəki tipik problemlərin həlli üçün analitik, alqoritmik və tətbiqi metodlara; mühəndis hesablamaları üçün Microsoft Excel, SMath Studio Desktop və s. proqramların tətbiqinə; sənaye avtomatlaşdırılması sahəsində əsas terminologiyaya; cizgilərin və detalların hazırlanmasında kompüter qrafikasından istifadə etmək və 3D modelləşdirmə bacarıqlarına; CAD / CAM sistemləri ilə işləmə bacarıqlarına; CAD / CAM sistemlərindən istifadə etməklə əldə olunan sənədlərin oxunması bacarıqlarına.

  5. PLO 5PLO-53689

    PTN 5. Konstruksiyaların, energetik və funksional avadanlıqların, texniki sistemlərinin və infrastruktur obyektlərinin texnoloji yeniləşdirilməsində iştiraketmə bacarığına; materialların və yarımfabrikatların xassələrinin, texnoloji proseslərin əsas parametrlərinin ölçülməsi üçün texniki vasitələrdən istifadəetmə bacarığına; praktiki fəaliyyətində iqtisadi analizin elementlərindən, texniki quruluşların sertifikatlaşdırılması, standartlaşdırılması və keyfiyyət üzrə normativ sənədlərdən istifadəetmə bacarığına; texnoloji proseslərin işlənməsi zamanı qəbul edilən texniki həllərin əsaslandırma bacarığına; ekoloji nəticələrin nəzərə alınması ilə texnologiyaların və texniki vasitələrin seçəbilmə qabiliyyətinə; texniki təhlükəsizlik qaydalarından, istehsalat sanitariyasından, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi normalarından istifadə edə bilmə bacarığına; istehsalat mikroiqlim parametrlərini ölçəbilmə və qiymətləndirmə, qazlanma və çirklənmə səviyyəsini, səs vibrasiyaları, iş yerlərinin işıqlandırma səviyyəsini təyinetmə bacarığına; texnoloji prosesi idarəetmə obyekti kimi analizetmə qabiliyyətinə;

  6. PLO 6PLO-52115

    PTN-6. Texniki-istismar, erqonomik, texnoloji, iqtisadi və ekoloji tələbləri nəzərə almaqla, texniki avadanlıqların, energetik qurğuların, müxtəlif təyinatlı qurğuların işləməsində iştiraketmə bacarığına; icraçıların işlərinin təşkili, əməyin təşkili və normallaşdırılması sahəsində idarəetmə qərarları qəbuletmə bacarığına; sənayenin resurslarının formalaşdırılması və istifadəsi sahəsində məlumatların ümumiləşdirilməsi və sistemləşdirilməsi bacarığına; maşın və avadanlıqların işləmə qabiliyyətlərinin, texniki və istismar xarakteristikalarının tədqiqində müasir metodikalardan istifadə qabiliyyətinə; istismar, texniki xidmət, təmir və renovasiyası, həmçinin mexanika profilli konstruksiyaların, energetik qurğuların, funksional avadanlıqların, texnoloji proseslərin işlənməsində iştirak etmək bacarıqlarına; qurğuların texniki vəziyyətini və qalıq resurslarını müəyyənləşdirmə qabiliyyətinə.