Bakalavr proqramı
Mexanikamühəndisliyi-bakalavrSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 15
COMPETENCY-52612
Riyaziyyatın ixtisas üzrə zəruri olan fundamental bölmələrinə dair biliklərə əsaslanaraq, matris və determinant əməliyyatlarını yerinə yetirmək, xətti cəbri tənliklər sistemini determinantların köməyi ilə həll etmək, ədədi ardıcıllığın limitini, nöqtədə və sonsuzluqda funksiyanın sadə limitlərini hesablamaq, mexanikada funksiyalara nümunə göstərmək, funksiyanın törəməsini tapmaq, sadə funksiyaların qeyri-müəyyən və müəyyən inteqrallarını hesablamaq, adi diferensial tənliklər sistemlərini həll etmək, ehtimal nəzəriyyəsinin bir sıra qanunuyğunluqlarını tətbiq etmək, tədqiqat nəticəsində əldə edilmiş məlumatların riyazi və statistik işləmək bacarığına;
COMPETENCY-20367
Fizika proseslərinin və qanunuyğunluqlarının mahiyyətini izah etmək və onları laboratoriyalarda təhlükəsizliyin təmin edilməsi üçün tətbiq etmək, termodinamikanın qanunlarını və mexaniki proseslərdə həmin qanunların xüsusiyyətlərini izah etmək, texnoloji proseslərdə baş verən fiziki kimyəvi proseslərin kinetik xarakteristikasını, başlanğıc maddələri və alınan məhsulları müəyyən etmək üçün istifadə edilən cihazların quruluşunu və işləmə prinsiplərini izah etmək, maddələrin aqreqat halları və onların keçid fazaları haqqında nəzəri bilikləri, bu proseslərin əsasında duran fiziki prosesləri şərh etmək, müxtəlif şüaların xassələri haqqında biliklərə əsaslanaraq onların mexaniki proseslərdə təhlükəsizliyi haqqında nəzəri biliklər nümayiş etdirmək və obyektlərin tədqiqi üçün zəruri olan fiziki metodların mahiyyətinə dair biliklərə əsaslanaraq onları tətbiq etmək bacarığına;
COMPETENCY-18879
Müasir dövrdə dünyada baş verən "kimyalaşdırma"nın əsas istiqamətləri və tendensiyaları haqqında nəzəri biliklər nümayiş etdirmək, müasir energetikanın problemlərini, həmçinin ənənəvi yanacaqla yanaşı perspektiv enerji mənbələrinin alınması və istifadəsinin əsas istiqamətlərini bilmək, mühüm xassələrə malik materialların yaradılması problemlərinin həlli istiqamətləri haqqında nəzəri bilikləri şərh etmək, onları tətbiq etmək bacarığına;
COMPETENCY-97364
Maşınqayırma məmulatının layihələndirilməsi üçün ilkin informasiya bazasının toplanması və analizi bacarığına;
COMPETENCY-18256
Standart avtomatlaşdırılmış layihələndirmə vasitələrindən istifadə etməklə, texniki tapşırığa uyğun olan maşın konstruksiyalarının, onların düyüm və hissələrinin layihələndirilməsi və hesablanması bacarığına;
COMPETENCY-64849
Maşın və avadanlıqların layihələndirilməsi, konstruksiya edilməsi ilə əlaqədar ümummühəndis biliklərini, mühəndis fəaliyyətində riyazi analiz və modelləşdirmə metodlarını tətbiq edə bilmək bacarığına;
COMPETENCY-76977
Müasir standartların tələbləri çərçivəsində layihə, konstruktor və texnoloji sənədlər komplektinin işlənməsində iştirak edə bilmək bacarığına;
COMPETENCY-42756
Layihənin məqsədlərinin, verilən meyarlar zamanı onun tapşırığının, məqsəd funksiyalarının, məhdudiyyətlərin qoyulmasında və onların qarşılıqlı əlaqəli strukturunun işlənməsində iştirak etmək, peşə fəaliyyətinin hüquqi, mənəvi tərəfləri nəzərə alınmaqla tapşırıqların həlli üçün prioritetləri müəyyənləşdirmək qabiliyyətinə;
COMPETENCY-97787
Konstruktor, texnoloji və istismar sənədlərinin tərkibinə daxil olan plan, proqram və metodikalar, digər sınaq sənədlərini işləyib hazırlamaq, texnoloji nizam-intizama, maşınqayırma istehsalının ekoloji təhlükəsizliyinə əməl olunmasına nəzarət etmək bacarığına;
COMPETENCY-55496
Neft-qaz, kimya, maşınqayırma və digər sənaye sahələrinin inkişafı və müasirləşdirilməsi istiqamətlərini bilmək və ixtisasla əlaqəli problemlərin həlli üzrə yerli və xarici təcrübələrin elmi-texniki məlumatları hesabına biliklərini artırmaq qabiliyyətinə;
COMPETENCY-92659
Standart paketlərdən və avtomatlaşdırılmış layihələndirmə vasitələrindən istifadə etməklə, elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təsvir etmək, elmi-tədqiqat əsasında üzrə işləri yerinə yetirmək, maşınqayırma istehsalının sistem və vasitələrinin alqoritmik və proqram təminatını tətbiq etmək bacarığına;
COMPETENCY-59271
Müəyyən edilmiş metodikalara uyğun təcrübələr aparmaq, nəticələri emal və təhlil etmək, elmi-tədqiqat işlərinin məhsullarının və obyektlərinin təsvirlərini, elmi hesabat və nəşrlər tərtib etmək üçün məlumat hazırlamaq bacarığına;
COMPETENCY-32313
Bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almaq qabiliyyətinə;
COMPETENCY-94652
Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali təhsil müəssisəsində elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilmək qabiliyyətinə;
COMPETENCY-18356
Maşınqayırma sənayesi şəbəkələrinin əməkdaşları üçün davamlı təhsil və təlim təşkil etmək bacarığına.
İxtisas səriştələri· 19
COMPETENCY-44042
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
COMPETENCY-48047
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
COMPETENCY-76754
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
COMPETENCY-80442
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
COMPETENCY-86865
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
COMPETENCY-88246
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
COMPETENCY-15894
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
COMPETENCY-96739
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
COMPETENCY-52278
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
COMPETENCY-68461
Peşəkar fəaliyyəti planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
COMPETENCY-33780
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
COMPETENCY-26970
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;
COMPETENCY-87166
Liderlik qabiliyyətinə;
COMPETENCY-42480
Fəlsəfi biliklərin əsaslarından istifadə etmək qabiliyyətinə, fəaliyyətinin sosial əhəmiyyətini dərk etmək üçün tarixi inkişafın əsas mərhələlərini və qanunuyğunluqlarını təhlil etmək bacarığına;
COMPETENCY-12516
Müxtəlif sahələrdə fəaliyyət sahibkarlığının qiymətləndirilməsində iqtisadi biliklərin əsaslarından istifadə etmək bacarığına;
COMPETENCY-59757
Müxtəlif fəaliyyət sahələrində ümumi hüquqi biliklərdən istifadə etmək bacarığına;
COMPETENCY-25198
Fövqəladə hallarda ilk tibbi yardım texnikalarından, mühafizə metodlarından istifadə etmək bacarığına;
COMPETENCY-30381
Maşınların layihələndirilməsi və konstruksiya edilməsi ilə əlaqəli problemlərin ümumiləşdirilmiş həllər variantlarının hazırlanmasında, onların təhlili əsasında həllərin proqnozlaşdırılan nəticələrindən optimal variantların seçilməsində iştirak etmək bacarığına;
COMPETENCY-26756
Peşə fəaliyyəti ilə əlaqədar texniki sənədlərin hazırlanmasında iştirak etmək bacarığına.