Bakalavr proqramı
Mexanikamühəndisliyi-bakalavrKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
İstehsalat-texnoloji sahəsi üzrə peşə fəaliyyəti
Məzunların bu sahə üzrə əsas fəaliyyət imkanları: sahə müəssisələrində texnoloji prosesləri bilmək və idarə etmək; müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək; müasir texniki diaqnostika üsullardan istifadə etmək.
Elmi-tədqiqat fəaliyyəti sahəsi
Məzunların bu sahə üzrə əsas fəaliyyət imkanları: neft qaz mədən avadanlıqları müəssisələrində texnoloji prosesləri bilmək və idarə etmək; müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək; müasir mexaniki üsullardan istifadə etmək; elm və texnikanın nailiyyətlərindən, Azərbaycanın və xarici ölkələrin qabaqcıl təcrübəsindən istifadə etməklə, mexanika mühəndisliyi ixtisasının baza fənləri sahəsində aparılan elmi-tədqiqat işlərini təhlil etmək və nəticələri ümumiləşdirmək.
Təşkilati-inzibatçılıq fəaliyyəti sahəsi
Məzunların bu sahə üzrə əsas fəaliyyət imkanları: istehsalat işini təşkil etmək; fəaliyyət nəticələrini təhlil etmək; mexanika mühəndisliyi ixtisası üzrə informasiyanın avtomatik yığımı və emalında müasir üsullardan istifadə etmək; müasir riyazi və mexaniki üsulların tətbiqi ilə elm, texnika və idarəetmə məsələlərini həll etmək.